Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Onların ölümü haqda “onsuz da çox yaşadılar” demək...

Onların ölümü haqda “onsuz da çox yaşadılar” demək...

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə qəribə, anormal və eyni zamanda, düşündürücü bir müzakirə gedir: Azərbaycanın iki tanınmış sənət adamı - biri yazıçı, biri xanəndə - vəfat edib. Hər ikisi yaşlıydı, biri 82, o biri 87 il yaşamışdı. Amma onların ölümü bir qisim insan üçün dərindən kədərləndirən itki olsa da, digərləri üçün adi bir xəbərdir, informasiyadır. Hətta ikincilər birinciləri tənqid edir, qınayırlar.“Onsuz da onlar çox yaşayıblar, ağlamaq, qəmlənmək nəyə lazımdır? Bu yaşda ölmək normaldır. Yaxşı yaşadı, əziyyət çəkmədən öldü" və s. məzmunlu atmacalar, reaksiyalar demək olar, hər gün rastımıza çıxır və açığı, məni heyrətləndirir. Yəni ölüm, xüsusən də məşhur, qiymətli söz, musiqi, sənət adamlarının vəfatı sıradan bir hadisədirmi? Və biz heç nə olmamış kimi, təsirlənməməli, qüssələnməməli, heç nə olmamış kimi gündəlik həyatımıza, rutinlərimizə davammı etməliyik? Sevgi doğrudanmı, gərəksiz və dəbdən düşmüş bir hissdir? Biz zombiyik, robotuq, yoxsa insanıq? Nədir onlardan fərqimiz?..

Sual budur: doğrudanmı uzun ömür sürmüş, yaşı 80-i adlamış insanların ölümünə təəssüflənmək yersizdir? Bəs onların uzun illər milyonların ruhunu oxşayıb, nəsillərin yaddaşına hopmalarını necə edək, unudaq, gözardı edək? Ölüm bioloji faktdır, amma insanın yoxluğu təkcə fiziki deyil axı, mədəni, sosial və emosional məsələdir. Biz onları dəfn edərkən yalnız bir bədənləmi vidalaşırıq? Bəs o tarix, o xatirələr, o yaddaş, o estetika?..

Yaş axı təkcə quru rəqəm deyil, həm də bir dövrün ölçüsüdür. Bəli, 82 və 87 yaş - hazırkı reallıq üçün uzun ömür sayıla bilər. Amma məsələ sadəcə “çox yaşamışdı” deməklə bitirmi?Əgər o insanlar öz “uzun ömür”lərini sənətə, xalqa, milli kimliyə, milli dəyərlərə xidmətə həsr ediblərsə, onların ölümü sadəcə, bir fərdin yoxluğu yox, bir dövrün, bir epoxanın, bizim də şahidi olduğumuz bir dönəmin sonudur. Sarsıntı, qəm məhz bununla bağlıdır: o qiymətli insanlar ölür və həqiqətən son olur. Bizim də bir parçamız olan o qiymətli dövr başa çatır, bizdən ayrılır, uzaqlaşır, gedir...

Məncə, bir xanəndə ölürsə - onun səsi ilə minlərlə insanın yaddaşında arxivlənən anlar xatırlanır. Keçmiş - çox qiymətli keçmiş anılır...

Bir yazıçı ölürsə - onun qələmi ilə yaşadığımız, böyüdüyümüz, mübarizə apardığımız, formalaşdığımız, cilalandığımız, düşündüyümüz, hiss etdiyimiz nəhəng bir dünya yada düşür. O nəhəng dünyada, aləmdə nələr var, onları təsəvvür etmək, göz önündə canlandırmaq, vərəq-vərəq oxumaq və düşünmək... ifadəsi həddən ziyadə çətin, amma müqəddəs və mükəmməl olan bir xəzinə. Ölərkən belə sənə xəzinəni - o qiymətsiz sərvəti xatırladırlar. Belə insanlar ölkəmizdə və dünyada nə qədərdir, neçə nəfərdir? Hər şeyi fiziki ölçmək, əllə tutulan, gözlə görülən, maddi təsəvvür etmək işin ən rahatı, ən asanıdır. Beyni, zehni, ruhu əziyyətə salmamaqdır, zombilikdir, robotluqdur, qeyri-insani yanaşmadır.

“82 yaşlı yazıçı bundan sonra nə yazacaqdı, 87 yaşlı müğənnidə səs qalıb ki” demək vicdansızlıq və ürəksizlikdir. Yalnız zombilər böyük sənətkarların ölümünü bioloji sayar, onlar anlamaz mədəni itkidən, ümumiyyətlə, mədəniyyətdən, sevgidən. “Onsuz da qocalmışdı” kimi bivec cümlələr dərin mədəni və milli hörmətsizliklə yanaşı, kollektiv və ümummilli yaddaşa laqeydliyin, hörmətsizliyin, sevgisizliyin ifadəsidir. Mənəvi və ruhi yoxsulluqdur, natamamlıqdır, travmadır. Maraq üçün kiçik bir araşdırma apardım internetdə və bir daha heyrətləndim: Qərbdə və Avropa ölkələrində belə insanların ölümü mədəni hadisə səviyyəsində qəbul olunur!

Mən xatırlayıram bir müddət öncə məşhur aktyor Jan-Pol Belmondonun vəfat etməsini və fransızların ona münasibətini. Paris küçələrində minlərlə insan aktyorun tabutunun keçdiyi zaman ayağa qalxdı və onu alqışlarla, ehtiramla, göz yaşlarıyla son mənzilə yola saldılar. Sadə insanların sevgisi, ehtiramı, hüznü... o qədər qeyri-adi, o qədər gözəl və ülvi idi ki, sosial şəbəkələrdə yayılan o səhnələri dəfələrlə seyr etmişdim... Çünki alqış - məhz o məqamda matəm yox, şükranlıq jestidir.

Sanki insanlar sevimli sənətkara “Sən bizim ruhumuz oldun, sən bizi yetişdirdin, sən bizi öyrətdin” deyə təşəkkür edirdilər. Və sanki bu, həm də Tanrıya təşəkkür idi... Bir xalqın sənətə, yaddaşa və estetikaya verdiyi dəyərin göstəricisiydi...

Yaxud yazıçı Marqerit Duras dünyasını dəyişəndə Fransa radiosu onun əsərlərinə və müsahibələrinə həsr olunmuş üç günlük xüsusi efir hazırlamışdı...

Avropalılar bir sənətkarın ölümünü bir dönəmin başa çatması kimi qəbul edir, amma yalnız ölüm faktı ilə deyil, irsin yaşadılması, gələcək nəsillərə necə qiymətli bir sərvətin çatdırılması ilə məşğul olurlar.

82 yaşlı Leonard Koen, kanadalı musiqiçi və şairin ölümündən sonra dünya mediasında yüzlərlə məqalə dərc olunmuş, konsertlərdə, musiqi törənlərində onunla bağlı bir-birindən ilginc xatirələr, əhvalatlar danışılmışdı.

94 yaşlı Milan Kunderanın vəfatını yada salaq: yazar olsa da, Çexiya və bəzi Avropa ölkələrində milli kimliyin bir hissəsi kimi qəbul edilirdi.

Onların uzun yaşaması - ölümlərinə münasibəti, şəxsiyyətlərinə rəğbəti azaltmır, əksinə, onlara olan minnətdarlığın və sevginin dərinliyini göstərməyə daha bir səbəb yaradır.

Azərbaycan xalqı emosional, sənətə və sənətkara bağlı xalqdır. Ənənəvi olaraq xanəndələr, aktyorlar, yazıçılar, bəstəkarlar, bütövlükdə yaradıcı adamlar cəmiyyətin ruhunu, mənəviyyatını formalaşdıran simalar olublar. Bu insanlar sadəcə sənətkar deyillər, xalqın yaddaşını, ruhunu, tarixini daşıyan canlı mədəniyyət daşıyıcıları və simvollarıdır, “ildırımötürənləri”dir.

Onların ölümü, xüsusən də onlar həyatda ikən dəyər verilmişsə, cəmiyyət üçün gözlənilməz, sarsıdıcı ola bilər. Bu ağrını azaltmaq “onsuz da qocalmışdı” deyərək deyil, onların irsinə, mirasına sahib çıxmaqla mümkündür. Onları yaddaşlarda yaşatmaqla, əsərlərini təkrar oxumaqla, musiqilərini təkrar-təkrar dinləməklə, yeni nəsillərə, gənclərə tanıtmaqla, onlara həsr olunmuş xatirə tədbirləri keçirməklə...

Amma təəssüf ki, biz çox zaman bu insanları hələ sağ olduqları, yaşadıqları müddətdə unuduruq, bir də onların səssiz gedişi - vəfat xəbəri ilə silkələnirik.

Niyə bizdə sənətkarın tabutunu alqışlamaq, sayğı duruşu üçün ayağa qalxmaq hələ də qəribə qarşılanır?

Niyə susqunluq daha təbii, daha “uyğun” sayılır?

Niyə xalqın qürur yerinə çevrilmiş bir məşhur sima həyatdan gedəndə, onu sadəcə torpağa tapşırırıq, yaddaşımıza yox?..

Bunlar cəmiyyət olaraq özümüzə verməli olduğumuz suallardır. Çünki sənətkarların gedişinə etinasız qalmaq yalnız bir insanı deyil, bütöv bir dəyərlər sistemini, mənəvi konstitusiyanı, mənəviyyat ərkanını itirməkdir.

Bu insanlar uzun illər - uşaqlığımızdan indiyədək musiqi ilə ruhumuza sığal çəkiblər, sözləri ilə bizi düşündürüblər, ifaları və əsərləri ilə neçə-neçə nəsil yetişdiriblər.

Onların uzun yaşaması - onların gedişinə olan ehtiramı azaltmamalı, əksinə, bu ömür boyu qazandıqları nüfuzun təntənə ilə, alqışla, minnətdarlıqla başa çatmasını tələb edir.

Təəssüflənmək, kövrəlmək, ağlamaq, hüznlənmək "teatral"lıq deyil. Bu, bir dəyərin itirilməsinə empatiya ilə yanaşmağın təbii halıdır.

Əgər cəmiyyət bir sənətkarın ölümünə sadəcə “çox yaşadı” deyirsə, bu artıq emosional deformasiyanın, sosial laqeydliyin əlamətidir.

Sənət bitmir. Bitməməlidir.

Əgər biz bunu istəmiriksə – yaşına baxmadan hər sənətkarı xatırlamağı, yaşatmağı və layiqli şəkildə yola salmağı bacarmalıyıq.

Çünki bu, təkcə dəyərlərimizə deyil, özümüzə də olan sayğımızdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Avqust 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri