Onların qələbəsi təəccüblü olmadı Qəzənfər Abbasov
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünən 2-ci Liqanın 4-cü turu başa çatdı. Ötən mövsüm "Qaradağ Lökbatan"ın baş məşqçisi qismində bu çempionatda iştirak etmiş Qəzənfər Abbasovla əlaqə saxlayıb komandaların performansı ilə bağlı fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İkinci Liqanın 4-cü turunda qeyri-adi və ya sürpriz hesablar qeydə alınmadı. "Şirvan" komandasının "Şəki" üzərində 6:0 hesablı qələbəsi gözlənilən idi. Turun maraqlı oyunlarından biri "Marafon" – "Ağstafa Gəncləri" qarşılaşması oldu. Bu oyunda da "Marafon"un qələbə qazanacağı gözlənilirdi. "Ağstafa Gəncləri" yaxşı mübarizə aparsa da, "Marafon"un heyətində kifayət qədər təcrübəli futbolçular yer alıb. Hətta deyərdim ki, "Marafon" bu mövsüm İkinci Liqada çempionluq uğrunda mübarizə aparan ən real namizədlərdən biridir. Buna görə də onların qələbəsi təəccüblü olmadı. Ağstafa təmsilçisi də yaxşı mübarizə apardı, əlinə düşən imkanları dəyərləndirə bilsə idi, fərqli hesab qeydə alına bilərdi. Lakin matç boyu üstünlük təşkil edən "Marafon" layiqli qələbə qazandı. Turun ən maraqlı qarşılaşmalarından biri də "Hypers" – "Dinamo" matçı oldu. "Hypers" 8-ci dəqiqədə qol vuraraq önə keçsə də, "Dinamo" təqdirəlayiq oyun nümayiş etdirdi. Gənc futbolçulardan təşkil olunmuş "Dinamo" rəqib meydanında və azarkeş təzyiqi altında qələbə qazanmağı bacardı. "Dinamo"nun son oyunlarını izləyirəm. Onlar topu ələ keçirdikdən sonra sürətli və hərəkətli əks-hücumlar qurmaqda liqanın bir çox komandasından üstündürlər. Meydan sahibləri doğma azarkeşləri önündə nə qədər çalışsalar da, "Dinamo" futbolçuları oyunu daha soyuqqanlı, dəqiq idarə edərək qələbəni təmin etdilər. Bu çıxışa görə "Dinamo" komandası afərinə layiqdir. "Ağdaş" – "Zəngəzur" matçının nəticəsi də gözlənilən idi. "Kür-Araz" – "Difai" oyununa gəldikdə isə, "Difai"nin nəhayət toparlandığını qeyd edə bilərəm. Mətbuatdan oxuduğum qədərilə, komanda daxilində iclas keçirilib və bu toparlanma onlar üçün düşərli olub. Səfərdə "Kür-Araz" kimi iddialı və liderlərdən xal almağa qadir komanda ilə oynamaq çətin olsa da, "Difai" vacib qələbəni təmin etdi. Bu münasibətlə "Difai"ni təbrik edirəm. "Qaradağ Lökbatan" – "Şəmkir" matçında meydan sahibləri böyükhesablı qələbə qazandılar. 7:0 hesabı bir az gözlənilməz olsa da, "Qaradağ Lökbatan"ın üstünlüyü öncədən bəlli idi. "Şəmkir"in bu hesablı məğlubiyyətində uzaq yol və yorğunluq amilinin də rolu olduğunu düşünürəm, çünki oyun günü səfərə gəlib dərhal meydana çıxmaq futbolçular üçün çətindir. Bütövlükdə isə "Qaradağ Lökbatan"ın qələbəsi tamamilə məntiqi idi. Ümumilikdə, bu turda hər hansı sensasiya yaşanmadı, favorit sayılan komandalar öz qələbələrini qazandılar".
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 22 Sentyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















