Onların radioda yer alması mümkün deyil
Pravda.az-ə istinadən Icma.az xəbər verir Onların radioda yer alması mümkün deyil.
"Radiolar arasında ayrıseçkilik salmıram, hamısında əsl Azərbaycan mahnıları səsləndirilir. Etiraf edək ki, televiziyada bu, fərqlidir". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev verilişində deyib. O, telekanallarda bayağı mahnıların reklam edilməsindən danışıb:
"Radiolar musiqi mədəniyyətimizə daha çox xidmət edirlər. Onlar daha çox o musiqini qoruyurlar. Azərbaycan radiolarında bayağı musiqilər eşitməmişəm. Çox nadir hallarda belə bir şey ola bilər. Amma radiolarımıza həqiqətən də halal olsun. Burada bayağı musiqinin və mahnıların səslənməsi mümkün deyil".
