Icma.az
close
up
RU
Onlayn alış verişdə kibertəhlükə riski

Onlayn alış verişdə kibertəhlükə riski

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mütəmadi olaraq aparılan maarifləndirmə tədbirlərinə və edilən çox sayda xəbərdarlığa baxmayaraq, onlayn alış-veriş zamanı vətəndaşların kiberdələduzluqla üzləşməsi halları hələ də müşahidə olunur. Aparılan araşdırmalar və daxil olan müraciətlər göstərir ki, kiberdələduzlar saxta satış səhifələri yaradaraq müxtəlif məhsulları cəlbedici qiymətlərlə təklif edir, ödəniş alındıqdan sonra isə vətəndaşla əlaqəni kəsərək telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlığında bildirilib. Qeyd olunub ki, bu kimi halların qarşısının alınması məqsədilə vətəndaşlara internet və sosial şəbəkələrdə rastlaşdıqları satış səhifələrinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları və etibar etmədikləri şəxslərdən məhsul sifariş etməmək, xüsusilə əvvəlcədən ödəniş tələb edilən təkliflərə diqqət yetirmək tövsiyə olunur: "Məhsul sifariş etməzdən və ödəniş həyata keçirməzdən əvvəl satıcı barədə məlumatların, əlaqə vasitələrinin və təqdim olunan səhifənin həqiqiliyinin yoxlanılması vacibdir. Etibar edilməyən və ya həqiqiliyinə əmin olmayan səhifə və saytlara ödəniş edilməməli, bank kartı məlumatlarını, CVV/CVC kodunu, SMS vasitəsilə göndərilən təsdiq kodlarını və digər məxfi məlumatları üçüncü şəxslərlə paylaşmaq qəti şəkildə olmaz".

Son zamanlar beynəlxalq internet şəbəkəsi üzərindən həyata keçirilən alış-veriş zamanı alıcıların dələduzluq yolu ilə aldadılması və pul vəsaitlərinin ələ keçirilməsi hallarına təsadüf olunur. Onlayn alış-veriş bir tərəfdən insanlara rahatlıq və geniş seçim imkanı təqdim etsə də, digər tərəfdən onların hüquqlarının pozulması riskini artırır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, son dövlərlər Azərbaycanda da sosial media üzərindən ticarət edənlərin sayı kəskin şəkildə artıb. Artıq bir çoxları alış-verişini xüsusilə də "İnstagram" vasitəsilə onlayn şəkildə həyata keçirir. Əslində bu, normal yanaşmadır. Əgər xidmət qane edirsə, bu addımı təqdir etmək olar. İnsanların rəqəmsal, elektron ticarətə marağının artması, onların daha çevik, effektiv üsulla alış-verişini təmin etməsinə xidmət edir".

Ekspertin dediyinə görə, əgər onlayn alış-veriş zamanı aldatma, dələduzluq, etibardan sui-istifadə varsa, o zaman bu, qınanılacaq məsələdir: "Ona görə də insanlar sosial şəbəkələr üzərində olan internet mağazalardan alış-veriş edərkən daha diqqətli olmalıdırlar. İlk öncə qısa müddət müəyyən araşdırma aparmaq, mağazanın kontaktı, əks əlaqə imkanlarının, nə vaxt yarandığının, sahibinin kimliyi haqqında məlumatlı olmaq vacibdir. Bundan əlavə, mağaza ilə bağlı rəylərə baxmaq, axtarış sistemi ilə məlumat toplamaq olar. Üçüncü addım ilkin məktublaşma ola bilər. Bu vasitə ilə alış-veriş şərtləri, onların çatdırılması, məhsulun tərkibi, onu alana qədər intehlakçının hüququnun necə qorunacağı, məhsul bəyənilmədikdə onun geri qaytarmaq imkanı, pulu geri almaqla bağlı yazılı şəkildə suallara cavab tapmaq mümkündür".

O.Gündüz qeyd edib ki, alış-veriş etdikdə istifadə olunan kredit kartlarından ehtiyatlı olmaq lazımdır: "İlkin vaxtlarda böyük vəsaitlər olan kartlarla alış-verilş etmək doğru olmaz. Bunun üçün ayrıca kartların olması məsləhətlidir. İnternet vasitəsilə alış-veriş edərkən vətəndaşların diqqət yetirməsi vacib olan məsələlərdən biri insanların sosial mediada olan mağazalarda vergidə qeydiyyatdan keçmələridir. VÖEN-in orada qeyd olunması artıq vətəndaşın etibar etməsi üçün əsas şərtlərdən biri ola bilər. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi tərəfindən bu cür mağazaların vergidən azad olunaraq uçot işinin aparılması faydalı ola bilər. Bizim əsas çağırışımız bu cür qurumların qeydiyyata düşməsi, bəlli bir müddətdə vergidən azad olunması ilə bağlıdır. Artıq onların uçota düşməsi, şəffaflıq, hökumətin nəzarəti üçün əlavə alətdir. Onların vəziyyəti yaxşılaşdıqdan sonra vergi məsələləri də şamil oluna bilər".

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, rəqəmsal imkanların genişlənməsi ilə paralel olaraq kiberdələduzluq üçün də yeni imkanlar yaranır. Bu gün əsas problemlərdən biri insanların saxta satış səhifələri və müxtəlif aldadıcı kampaniyalar vasitəsilə həm pullarını, həm də bank və şəxsi məlumatlarını itirməsidir: "Kiberdələduzların əsas məqsədi təkcə vətəndaşın hesabından pul çıxarmaq deyil. Bəzən daha böyük risk şəxsin bank kartı, mobil telefon nömrəsi, elektron poçt ünvanı, hesab məlumatları və digər şəxsi informasiyalarının əldə edilməsidir. Bu məlumatlar sonradan başqa dələduzluq sxemlərində də istifadə oluna bilər. Xüsusilə sosial şəbəkələr üzərindən həyata keçirilən satışlar diqqət tələb edir. Saxta səhifələr real mağazaların adından və loqosundan istifadə edə, peşəkar hazırlanmış reklamlar yerləşdirə və hətta saxta müştəri rəyləri yarada bilərlər. İstehlakçı məhsulun həqiqətən mövcud olduğunu düşünərək ödəniş etdikdən sonra həmin səhifə bağlana və satıcı ilə əlaqə yaratmaq mümkün olmaya bilər. Digər geniş yayılmış üsul isə saxta endirim və kampaniyalardır. Məhsulun real bazar qiymətindən xeyli aşağı qiymətə təklif edilməsi insanlarda fürsəti qaçırmamaq düşüncəsi yaradır. Dələduzlar məhz bu psixoloji məqamdan istifadə edərək vətəndaşı tez qərar verməyə sövq edirlər. "Kampaniya yalnız bu gün keçərlidir", "son bir neçə məhsul qalıb" kimi ifadələr insanın məhsulu araşdırmadan ödəniş etməsinə səbəb ola bilər. Burada vətəndaşların ən böyük səhvlərindən biri tələskən davranmaqdır. Onlayn alış-veriş zamanı istehlakçı satıcının kim olduğunu, şirkətin real əlaqə məlumatlarının olub-olmadığını, məhsulun qaytarılması və ödəniş şərtlərini araşdırmalıdır. Naməlum şəxslərin göndərdiyi keçidlərə daxil olmaqdan, şübhəli saytlarda kart məlumatlarını yazmaqdan və tanımadığı şəxslərə təsdiq kodlanı göndərməməlidirlər".

Ekspertin dediyinə görə, kiberdələduzluqla mübarizədə əsas istiqamətlərdən biri rəqəmsal savadlılığın artırılması olmalıdır. İnsanlara yalnız "ehtiyatlı olun" demək kifayət deyil. Onlara konkret olaraq saxta saytın necə tanınması, şübhəli keçidin hansı əlamətlərinin olması, hansı məlumatların heç bir halda paylaşılmaması və dələduzluqla qarşılaşdıqda hansı addımların atılması izah edilməlidir. Xüsusilə yaşlı insanların və rəqəmsal texnologiyalardan daha az istifadə edən şəxslərin maarifləndirilməsinə diqqət artırılmalıdır. Çünki dələduzlar bəzən məhz texnologiyadan istifadəsi məhdud olan insanları hədəf seçirlər. Ailə daxilində də bu istiqamətdə maarifləndirmə aparılması vacibdir.

Onlayn alış-verişdən imtina etmək problemin həlli deyil. Əksinə, rəqəmsal ticarətin inkişafı müasir iqtisadiyyat üçün mühüm imkanlar yaradır. Əsas məsələ bu imkanlardan təhlükəsiz istifadə etməkdir. İstehlakçı rahatlıqla təhlükəsizlik arasında balans yaratmalı, satıcını və ödəniş platformasını yoxlamadan maliyyə əməliyyatı həyata keçirməməlidir.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri