Somalidə ŞİDDƏTLİ DÖYÜŞLƏR: Üç minədək silahlı şəhərə hücum etdi
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Somalinin cənub-qərbində yerləşən Baydoa şəhərində aviasiya, ağır silahlar və pilotsuz uçuş aparatlarının tətbiq olunduğu şiddətli toqquşmalar baş verib.
"Yeni Sabah" xəbər verir ki, döyüşlər hökumət qüvvələri ilə Cənub-Qərb ştatının keçmiş rəhbəri Abdiaziz Həsən Məhəmməd Laftaqarinin tərəfdarları arasında baş verib.
Məlumata görə, sentyabrın 28-də səhər saatlarında Laftaqarinin 2-3 min nəfərdən ibarət qüvvələri şəhərə bir neçə istiqamətdən hücum edib. pizza
Somali ordusunun nümayəndəsi Məhəmməd Əli bildirib ki, hücum edənlər minalanmış avtomobillərdən və partlayıcılarla təchiz edilmiş dronlardan istifadə ediblər. Onun sözlərinə görə, hökumət qüvvələri hücumu dəf edərək qarşı tərəfi şəhərdən çıxarıb. Yerli sakinlər isə Baydoanın kənar ərazilərinə aviazərbələrin endirildiyini bildiriblər.
AFP-nin məlumatına görə, günün ortalarına doğru şəhərdə vəziyyət sabitləşib. Lakin ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil.
Baydoa ətrafında qarşıdurma mart ayından - federal qüvvələrin Laftaqarini Cənub-Qərb ştatının rəhbərliyindən uzaqlaşdırmasından sonra davam edir. Bundan sonra onun tərəfdarları regional mərkəzə nəzarəti geri qaytarmağa dəfələrlə cəhd ediblər.
Hazırkı hücum son aylarda baş verən ən böyük hücumlardan biri olub və tərəflərin itkilər və şəhərə nəzarətlə bağlı bir-birinə zidd açıqlamaları ilə müşayiət olunub./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 Sentyabr 2026 01:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















