Icma.az
close
up
RU
Onlayn media hadisəni ictimai fikrə, milli şüur faktına çevirmək iqtidarında deyil

Onlayn media hadisəni ictimai fikrə, milli şüur faktına çevirmək iqtidarında deyil

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Onlayn media hadisəni ictimai fikrə, milli şüur faktına çevirmək iqtidarında deyil".

Milli.Az xəbər verir ki, bu cümləni "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev Facebook profilində yazıb.

Əslində, cümlə yox, simptomdur. Dərin, təlaşlı, hətta ümidsiz bir diaqnoz. Onlayn mediamızın vəziyyətini o şəxs təftiş edərək şikayətlənir ki, özünü media gerçəkliyinin hakimi saysa da, fərdi eqosunda qalıb.

Bu cümlə təhlil yox, şüurun darlığı, zamanın gücünü anlamamaqdır.

Alqış Musayev bu cümləni mütəxəssis, nüfuzlu media bilicisi kimi yazıb. Halbuki o, xalqla, cəmiyyətin hücrəsi olan vətəndaşla əlaqəni itirən, gerçəyi tam qəbul etməyən əyyami-qədim şüurun dəfn sədalarını eşitmək istəmir.

Dərk etmək istəmir ki, onlayn media "ənənənvi" deyilən, yeniliklərə və çağdaşlığa uyğunlaşa bilməyən arxiv düşüncəsindən fərqli olaraq canlıdır. Mütəhərrikdir, maraqlıdır, yaşayır, nəfəs alır.

Onlayn medianı göstərişlə, məcburiyyətlə yox, seçərək oxuyurlar.

Seçim məsələsidir, cənab Musayev. Naftalin qoxulu kabinetlərdə yox, onlayn-mediada, yazılarda, araşdırmalarda, şərhlərdə, xalqın səsində formalaşır gerçək, ictimai şüur.
Alqış Musayev yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır.

Çünki bu cümlə sadə bir fikir yox, bilaəks, könüllü diaqnozdur. Və təəssüf ki, diaqnoz onlayn mediaya yox, elə bu sözlərin müəllifinə aiddir.

Bu, zamanın ruhunu anlamamaq kimi xroniki bir haldır.

Bu sözləri kim deyir? Ölkədə oxucu auditoriyası faktiki olaraq minimum səviyyəli qəzetin.
Həm də elə bir qəzetin ki, onu nə sosial şəbəkələrdə kütləvi şəkildə paylaşırlar, nə də ciddi ictimai diskussiyalarda istinad edirlər. Bu şəxs onlayn medianın təsir gücünü müzakirə etmək istəyir?!

Bugünkü media artıq kağızda dərc olunan, rəsmi xronika ilə dolu arxiv sənədi deyil. Bu gün onlayn media - xalqın döyünən nəbzi, səslənən ritmidir. Onlayn media - xalqın təpəridir, əsəbləridir, reaksiyasıdır. Bu, dövrün gedişini müəyyən edən gücdür.
Azərbaycanın onlayn mediası təkcə ölkədaxili ictimai-siyasi proseslərə deyil, beynəlxalq mövzulara da dərhal reaksiya verir, ölkənin düşmənlərinə cavab verir, xalqın səsini dünyaya çatdırır.

Onlayn medianın bir paylaşımı minlərlə insanın düşüncəsini dəyişə, cəmiyyəti silkələyə bilər. Tək bir video gecə ilə 300 min baxış toplaya bilir. Onlayn mediamızda bir videomüsahibə, bir yazı bəzən bir qəzetin illərlə demədiyi həqiqəti bir cümlədə deyir.

Alqış Musayev deyir: "Onlayn media hadisəni ictimai fikrə çevirə bilmir." Sual verirəm: siz nə zaman belə bir hadisəni ictimai şüura çevirmisiniz? Haradadır o yazılarınız ki, cəmiyyət onlardan iqtibas gətirsin? Haradadır elə bir məqaləniz ki, onun ətrafında ciddi müzakirələr getsin, nəinki Facebook-da bir-iki bəyənmə, həqiqətən rezonans doğursun?

Nə siz, nə də rəhbəri olduğunuz qəzet belə bir nüfuz qazana bilməmisiniz. Sadəcə rəsmi məlumatları tirajlayaraq cəmiyyətin şüuruna təsir etmək mümkün deyil. Sizin qəzet sadəcə formal olaraq mövcuddur. Oxunan, dinlənilən, təsir edən - məhz onlayn mediamızdır.
Yazırsımız: "Milli şüur". Amma milli şüur yalnız afişa tipli başlıqlarla formalaşmır. Milli şüur xalqın dərdidir, ağrısıdır, sevinci və qəzəbidir. Bu gün həmin şüuru ifadə edənlər əllərində dizüstü kompüterlə, evindən, küçədən, sadə xalqın içindən yazan və danışan onlayn media jurnalistləridir.

Siz həmin şüuru kağızın arxasında, rəsmi başlıqlarda axtarırsınız. Amma artıq o kağızlar tarixə çevrilib. Gerçək həyat ekranda baş verir. Gerçək söz "online"da danışılır. Siz eşitmirsinizsə, bu, onların susduğuna görə deyil. Bu, sizin eşidə bilməməyiniz və yainki eşitmək istəməməyinizlə bağlıdır.
Və bəli, siz onlayn mediamızın gücünü danmağa davam etdikcə, həmin media anaxronist düşüncəliləri milli informasiya muzeyimizin köhnəlmiş eksponatı kimi qəbul edir.
Reallığa xoş gəlmisiniz.
 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 İyul 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri