Icma.az
close
up
RU
Onlayn ödəniş qəpiyi sıradan çıxarır?

Onlayn ödəniş qəpiyi sıradan çıxarır?

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son bir neçə ildə kart və onlayn ödəniş sistemindən geniş istifadə olunması dövriyədə olan xırda pulların əhəmiyyətini xeyli azaldıb. Bu gün xüsusən də 1, 3, 5 qəpik kimi kiçik məbləğlərdən insanlar çox az-az istifadə edirlər. Nəğd alış-veriş zamanı da insanlar çox vaxt pulun qalığı kimi qaytarılan bu qəpikləri götürmürlər. Bir, üç qəpiyə heç nə almaq mümkün olmadığı üçün insanlar bu xırda pulları cüzdanlarında da daşımırlar.

1 qəpiyi istehsal etmək üçün dövlət onun dəyərindən artıq vəsait xərcləyir

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu gün qəpiklərin istehsal olunmasının maya dəyəri öz nominal dəyərindən daha çoxdur. Yəni 1 qəpiyi istehsal etmək üçün dövlət onun dəyərindən artıq vəsait xərcləyir. Bu səbəbdən də onun istehsalının dayandırılması sərfəli olar. Lakin yaxın zamanlarda buna gedilməsi real görünmür: "Azərbaycan Mərkəzi Bankı da qəpiklərin hazırlanmasını sifariş verərkən bütün bunları nəzərə alır. 1 və 3 qəpikliklərin xərci dəyərindən çoxdur. Amma ümumi sifarişdə Mərkəzi Bankın xərci pulların dəyərindən çox olmur. Təkrar edirəm, kiçik qəpiklərin istehsal xərci ilə bağlı yaranan ziyan böyük əskinaslarda əldə edilən mənfəət hesabına aradan qaldırılır. Son illərdə ölkədə POS-terminalların sayı xeyli artıb. Onlayn alış-veriş platformaları geniş şəkildə istifadə olunur. Bu gün üçün kağız pullardan istifadə öz aktuallğını qoruyub saxlasa da, xırda pullar üçün bunu demək bir qədər çətindir. Xırda qəpiklər ictimai nəqliyyatda, həm də ticarət obyektlərində demək olar ki, çox az istifadə edilir. Nəticədə insanlarda qəpiklərə ehtiyac azalır. Qeyd edim ki, rəqəmsallaşmanın geniş yayıldığı bu dövrdə 1, 3 və 5 qəpiklərin yavaş-yavaş dövriyyədən çıxması mümkündür. Dünyanın bir çox inkişaf etmiş ölkələrində bununla bağlı bir sıra addımlar atılıb. Gələcək zamanlarda Azərbaycanda da buna gedilə bilər. Beynəlxalq praktikada bu var və gələcəkdə ondan istifadə edilə bilər".

1, 3, 5 qəpiklərin dövriyyədən çıxarılması bahalaşmaya səbəb olar

İqtisadçı ekspert Akif Nəsirlinin dediyinə görə, kiçik nominasiyalı, yəni 1, 3, 5 qəpiklərin dövriyyədən çıxarılması bazarda qiymət dəyişkənliyinə gətirib çıxaracaq: "Bu gün o xırda pullar müəyyən hesablamalarda dürüstlük və şəffaflıq baxımından böyük əhəmiyyətə malikdir. Onların dövriyyədən çıxarılmasının tərəfdarı deyiləm. Bundan əlavə, 1, 3, 5 qəpiklərin dövriyyədən çıxarılması bazarda bahalaşmaya gətirib çıxarar. 1, 3, 5 qəpiklər olmasa, daha çox bahalaşma ola bilər. 1, 3, 5 qəpiklər olmasa, deməli, 10 qəpikdən başlamalıdır məhsullar. Bu, avtomatik belə olacaq. Nəticədə hər şeydə 10 qəpik bahalaşar. Bu səbəblə qəpiklərin qalması və istifadəsinə ehtiyac var".

Ekspert vurğulayıb ki bütün dövlətlərin bank sistemində maya dəyərindən baha başa gələn xırda pullardan istifadə olunur. Bu, bu gün də belədir: "Əksər ölkələrdə 1 və 5 sentlik, 1 və 2 qəpiklik kimi sikkələrin hazırlanması üçün istifadə olunan xammal, enerji, emal və logistika xərcləri həmin sikkənin üzərində yazılmış nominal dəyərdən daha baha başa gəlir. Xarici ekspertlər hesab edirlər ki, xırda nominal sikkələrin dövriyyədə qalması rəsmi qiymət artımını yavaşlatdığı görüntüsünü yaradır. Eyni zamanda inflyasiya təzyiqlərinə psixoloji sipər ola bilir. Ona görə də baha başa gəlməsinə baxmayaraq, xırda pullar istehsal olunur". 

İqtisadçının dediyinə görə, dünya ölkələrinin çoxu nağdsız ödəniş sisteminə keçib. Azərbaycanda da demək olar ki, insanların böyük əksəriyyəti kartla ödəniş edirlər. Kiçik məzənnəli qəpiklər iri supermarketlərin rəqabət bazarı üçün vacibdir. Buna görə, marketlər xırda pulları almaqda maraqlıdırlar.

Xırda nominallı metal pul nişanlarının dövriyyədən çıxarılması planlaşdırılmır

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, son illərin statistik göstəriciləri metal pul nişanlarının dövriyyədəki həcminin artım tendensiyasını təsdiqləyir. Belə ki, 1, 3 və 5 qəpiklərin dövriyyədəki ümumi həcmi məbləğcə əvvəlki il ilə müqayisədə müvafiq olaraq 2023-cü ildə 9 faiz, 2024-cü ildə isə 7.2 faiz, 2025-ci ilin ilk 8 ayı ərzində isə ilin əvvəlinə nisbətən 5 faiz artıb: "Mərkəzi Bankda kiçik nominallı qəpiklərin gündəlik ödənişlərdə payı üzrə ayrıca uçot aparılmır. Bununla belə, mövcud məlumatlara əsasən, nağd pul dövriyyəsinin təxminən 0.05 faizi 1, 3 və 5 qəpiklik metal pul nişanlarının payına düşür. Bu nominallar daha çox pərakəndə satış məntəqələrində əhali tərəfindən gündəlik ödənişlərdə istifadə olunur".

Həmçinin vurğulanıb ki, mövcud iqtisadi şərtlər nəzərə alınaraq, onların dövriyyədə saxlanılması vacib hesab edilir. Bununla yanaşı, milli valyutanın nominal strukturu onun funksiyalarının daha səmərəli yerinə yetirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən mütəmadi olaraq təhlil olunur.

Rəqəmlər göstərir ki, gündəlik həyatda istifadəsi az görünsə də, kiçik nominallı qəpiklər hələ də tədavüldə aktiv qalmaqdadır.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see623

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see511

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see375

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see257

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see255

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see253

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see252

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see244

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see236

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see230

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see227

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see227

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see226

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see222

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see211

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see199

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see194

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see192

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see187

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri