Icma.az
close
up
RU
Onlayn təhlükələr artmaqdadır: Uşaqların hüquqları qorunmalıdır

Onlayn təhlükələr artmaqdadır: Uşaqların hüquqları qorunmalıdır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması 

Ekspert: “Texnologiya dövründə uşaq hüquqlarının müdafiəsi daha sistemli yanaşma tələb edir"

20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü, dünyanın hər yerində uşaqların müdafiəsini, rifahını və inkişafını prioritet edən ən mühüm tarixlərdən biridir. BMT tərəfindən qəbul edilən “Uşaq Hüquqları Konvensiyası” məhz bu gündə imzalanıb və bu sənəd uşaqların yalnız qayğıya ehtiyacı olan fərdlər deyil, həm də hüquqlara malik olan müstəqil insan kimi tanınmasını təsdiqləyən ən mühüm beynəlxalq aktdır. Bu gün sadəcə bir xatırlatma deyil, uşaqların təhlükəsiz, sağlam və xoşbəxt bir mühitdə böyüməsi üçün həm dövlətlərin, həm də cəmiyyətlərin üzərinə düşən vəzifəni yenidən dərk etmək üçün çağırışdır.

Azərbaycan bu istiqamətdə son illərdə atdığı addımlarla diqqət çəkir. Uşaqların təhsil, səhiyyə, sosial müdafiə, psixoloji dəstək və inkişaf imkanlarına çıxışının yaxşılaşdırılması, eləcə də ailə institutunun möhkəmləndirilməsi sahəsində həyata keçirilən islahatlar ölkəmizin bu mövzunu prioritet kimi gördüyünü göstərir. Xüsusilə məktəbəqədər təhsilin genişləndirilməsi, aztəminatlı ailələrdən olan uşaqlara yönələn sosial proqramlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı layihələrin artırılması dövlətin uşaqlara münasibətində müsbət dönüşün bariz nümunəsidir.

Bu baxımdan 20 noyabr yalnız beynəlxalq bir tarix deyil, həm də Azərbaycan üçün gələcək nəsillərin daha sağlam, daha savadlı və daha güvənli yetişməsi istiqamətində görülən işlərin hesabatı kimi dəyərləndirilə bilər. Uşaqların xoşbəxtliyi isə təkcə bu günün deyil, bütövlükdə cəmiyyətin inkişafının ən mühüm göstəricisidir.

Xatırladaq ki, hər il 20 oktyabr – 20 noyabr tarixləri arasında ölkəmizdə “Uşaq hüquqları aylığı” qeyd olunur. Məqsəd uşaq hüquqlarının müdafiəsi sahəsində məlumatlılığın artırılması, uşaqlara diqqət və qayğının təşviqi, Ombudsman təsisatı ilə digər qurumlar, vətəndaş cəmiyyəti institutları, hüquq müdafiəçiləri ilə birlikdə bu sahəyə diqqətin cəlb olunmasıdır. Ənənəyə sadiq qalaraq 20 oktyabrda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yaymışdı. 

Müraciətdə qeyd edilib ki, aylığın keçirilməsində məqsəd uşaq hüquqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılması, aidiyyəti dövlət orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, digər müvafiq qurumları səfərbər etməklə cəmiyyətin diqqətinin uşaqların müdafiəsinə cəlb edilməsindən və bu sahədə ictimai fəallığın təşviqindən ibarətdir.

Uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir.

1989-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının da iştirakçısı olduğu “Uşaq hüquqları haqqında” Konvensiya uşaqların hüquqlarının qorunması sahəsində zəruri olan standartları və iştirakçı dövlətlərin öhdəliklərini müəyyən edən əsas beynəlxalq sənəddir.

Azərbaycan dövləti tərəfindən uşaqların hüquqlarının təmini, müdafiəsi və təşviqi sahəsində müntəzəm olaraq mühüm islahatlar həyata keçirilir, uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə güclü normativ-hüquqi baza və institusional struktur formalaşdırılır.

UHK-nin əsas prinsipləri kimi uşaqların yaşamaq və inkişaf etmək hüququnun təmin edilməsi, onların mənafeyinin üstün tutulması, uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi, onların fikirlərinə hörmətlə yanaşılması bu gün ölkəmizdə uşaqlar barəsində dövlət siyasətinin və milli qanunvericiliyin əsas istiqamətlərini təşkil edir. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası uşaqların hüquqlarının təmini istiqamətində mühüm müddəaları və öhdəlikləri ehtiva etməklə, uşaqlar da daxil olmaqla insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində münasibətlərin tənzimlənməsində hüquqi baza rolunu oynayır.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyimiz Qələbə nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi işğaldan azad olunmuş ərazilərimizdə də uşaqların hüquqlarının təmininə imkan yaradıb və bu istiqamətdə də genişmiqyaslı tədbirlərin icrası davam etdirilir.

Uşaq hüquqlarının qorunması və təşviqi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən biridir və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.

Onu da deyək ki, “Uşaq hüquqları aylığı” çərçivəsində ölkədə uşaqların müdafiəsi, onların hüquqlarının daha geniş tanıdılması və bu sahədə maarifləndirmənin gücləndirilməsi məqsədilə müxtəlif tədbirlər, sosial aksiyalar və maarifləndirici layihələr həyata keçirilib. Aylıq boyunca ictimaiyyətə uşaqların təhlükəsizliyi, təhsili, sağlam inkişafı və sosial rifahı ilə bağlı aktual mesajlar çatdırılıb, həmçinin dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən mövcud problemlərin aradan qaldırılması istiqamətində vacib təşəbbüslər irəli sürülüb. Bu çərçivədə görülən işlər uşaqların hüquqlarının qorunması sahəsində davamlı fəaliyyətin zəruriliyini bir daha gündəmə gətirib.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü Mehriban Zeynalova “Şərq”ə bildirib ki, uşaqların hüquqlarının qorunması hər bir cəmiyyətin mənəvi və sosial inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biridir. Hər bir uşaq doğulduğu andan etibarən yaşamaq, inkişaf etmək, təhsil almaq, sevgi və qayğı ilə əhatə edilmək, zorakılıq və istismardan müdafiə olunmaq hüququna malikdir:

“Uşaqların hüquq və azadlıqlarının qorunması Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biridir və bu, həm Konstitusiya, həm də Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqlarına dair Konvensiya kimi beynəlxalq sənədlərdə öz əksini tapır. Son illər uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər genişlənsə də, risklərin artması daha sistemli yanaşma tələb edir. Xüsusilə uşaq istismarı, onun müxtəlif formaları və yaratdığı sosial-psixoloji fəsadlara diqqət etmək lazımdır. İstismar təkcə fiziki zorakılıqla məhdudlaşmır, iqtisadi, emosional və seksual istismar kimi halların hər biri uşağın gələcək inkişafına dərin zərər vurur. Bu gün texnologiyanın inkişafı yeni təhlükə kanalları da yaradıb. Sosial şəbəkələr və onlayn platformalar vasitəsilə uşaqların aldadılması, müxtəlif vədlərlə manipulyasiya olunması və istismara cəlb edilməsi halları dünyada olduğu kimi, Azərbaycanda da aktual risk kimi qalır. Bu problemlərlə mübarizədə valideynlərin rolu həlledicidir”. M.Zeynalova ailələri uşaqlarla daha sıx ünsiyyət saxlamağa, onların onlayn fəaliyyətini diqqətdə saxlamağa, sosial mediada tanımadığı şəxslərlə əlaqə yaratmasının qarşısını almağa çağırıb. O qeyd edib ki, hər hansı şübhəli davranış, təhdid və ya istismar ehtimalı müşahidə olunduqda valideynlər, müəllimlər və ictimaiyyət dərhal aidiyyəti qurumlara müraciət etməli, məsələyə laqeyd yanaşmamalıdır: “Uşaqların hüquqlarının müdafiəsi yalnız dövlət qurumlarının işi deyil, cəmiyyətin bütün təbəqələrinin birgə məsuliyyətidir və bu istiqamətdə davamlı maarifləndirmə mühüm əhəmiyyət kəsb edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Noyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see183

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see136

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri