Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Onu azərbaycanlı olması xilas etdi: Əsir düşərgəsindən dünya elminə

Onu azərbaycanlı olması xilas etdi: Əsir düşərgəsindən dünya elminə

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

 Bu dəfə “Azərbaycanlı olmayan azərbaycanlılar”  rubrikamızda unudulmuş bir zəkanın izi ilə gedəcəyik.

Söhbət 20-ci əsr riyaziyyat elminin nadir şəxsiyyətlərindən biri Vladimir Abramoviç Roxlindən gedir. O, 1919-cu ildə Bakıda anadan olub. Atası siyasi səbəblərlə güllələnmiş, 5 yaşında isə anası şəhərdə baş verə biləcək epidemiya ilə bağlı xəbərdarlıq etdiyi üçün qətlə yetirilmişdi. Belə bir taleyin içindən çıxan Vladimir Roxlin özünü elmə həsr edir və riyaziyyat aləmində adını əbədi olaraq yazır.

O, həyatının çox hissəsi susqunluq, unudulmuşluq və rejimlə toqquşmalar içində keçirib. Hətta ölümündən sonra da adı geniş elmi çevrədən kənarda demək olar ki, çəkilməyib. Bəlkə də buna görə biz bu torpağın yetirməsi olan “azərbaycanlı olmayan azərbaycanlı” Vladimir Roxlin haqqında danışmalıyıq...

Atası müsavatçı deputat olan dahi
Vladimir Abramoviç Roxlinin həyatı XX əsrin ən fırtınalı dövrlərindən keçib. O, 1919-cu ilin 23 avqustunda yəhudi ailəsində dünyaya göz açıb. Artıq uşaqlıqdan həyatın ona asan yollar vəd etmədiyi bəlli idi. Atası Abram Veniaminoviç Roxlin Bakı Menşevik Təşkilat Komitəsinin üzvü, eyni zamanda “Sentrokaspi” hökumətində ərzaq üzrə komissar və “Müsavat” Partiyasından Bakı Şəhər Dumasının üzvü idi. O, dövrün siyasi burulğanından qurtula bilmir: 1939-cu ildə həbs olunur, 1941-ci ildə isə güllələnir. Anası Henrietta Emmanuilovna Levinson görkəmli uşaq yazıçısı Korney Çukovskinin atabir bacısı idi.

Həkim kimi Bakı şəhər sanitariya-epidemiologiya stansiyasına rəhbərlik edirdi. 1923-cü ildə şəhəri epidemiyadan qorumaq üçün inadkarlıqla kanalizasiya sularının bağlanmasını tələb etdiyi üçün vəzifəsinin qurbanına çevrilir və vəhşicəsinə qətlə yetirilir. Ailəsi məhv edilmiş Vladimir Roxlin bütün ağrılara baxmayaraq elmə sarılır. 16 yaşında, 1935-ci ildə Moskvaya üz tutur və Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olur.

Onun elmi rəhbəri məşhur alim A. İ. Plesner idi. 1940-cı ildə V. Roxlin universiteti müvəffəqiyyətlə bitirir. Lakin həyatın ona növbəti sınağı gəlir. 1941-ci ilin iyulunda, universiteti bitirən Vladimir könüllü xalq milisinə yazılır. Təcrübəsi yox , silahı yox, amma iradəsi vardı. O, 8-ci Krasnopresnensk diviziyasına, daha sonra sıravi əsgər kimi 995-ci artilleriya polkuna təhkim olunur. Bu döyüşçülər əslində adi mülki şəxslər idi, Stalin rejiminin müharibəqabağı və müharibə sonrakı səhvlərinin qurbanları... 

Özünü azərbaycanlı kimi təqdim edir və xilas olur

1941-ci ilin oktyabrında Roxlin Vyazma yaxınlığında bölməsi ilə mühasirəyə düşür və hər iki ayağından yaralanır. O, bir kənd qadınının tövləsində gizlənərək həyatda qalmağı bacarır. Dəfələrlə cəbhə xəttini keçib yenidən Sovet ordusuna qoşulmaq istəsə də alınmır. Yaraları ağırlaşanda, almanların nəzarətində olan ərazidə bir mülki xəstəxanaya yerləşdirilir. Orada 1942-ci ilin iyuluna qədər qalır. Kiminsə donosu ilə yerini öyrənən almanlar onu həbs edir və əsirlər üçün nəzərdə tutulmuş düşərgəyə göndərirlər.

V. Roxlin orada tifə yoluxur, ölümün bir addımlığına gəlir amma sağ qalmağı bacarır. Düşərgədə yəhudi olduğunu gizlədir və özünü azərbaycanlı kimi təqdim edir və həyatı xilas olur. Daha sonra Roxlin Belarus və Polşa ərazilərindəki digər düşərgələrə köçürülür və o, yenidən qaçmağa cəhd göstərir. V. Roxlin alman dilini mükəmməl bilirdi. Onun danışığında nə yəhudi ləhcəsi vardı, nə də davranışlarında milli əlamət. Bu onu az da olsa almanlardan qoruyurdu. Amma onu həqiqətən qoruyan başqa bir şey vardı – elmə bağlılığı. Əsir düşərgəsində, taxta çarpayılar, islanmış yorğan-döşək, günlərlə qarın altında qalan paltarlar arasında, ağrıları, itkiləri içində o, riyaziyyatla məşğul olmağa davam edirdi.

Özünün dediyinə görə, düşərgədə ölçü nəzəriyyəsi ilə bağlı qeydlərini etdiyi kiçik bir dəftəri vardı. Həmin dəftəri o, əvvəl alman, sonra isə sovet düşərgələrində gizli saxlayaraq qorumağı bacarmışdı. Bu dəftər onun üçün təkcə elmi sənəd deyildi : hər sətir, hər düstur, hər ideya onu sağ saxlayan bir ümid idi. Düşərgədə olduğu müddətdə alman dilini daha da təkmilləşdirdi. Yeni donoslara, şübhəli baxışlara, sərt sorğulara baxmayaraq, sağ qalmağı bacardı. 1945-ci ilin əvvəlində o, düşərgədən qaçır və böyük risklərə baxmayaraq 1-ci Belarusiya cəbhəsinin 5-ci ordusunun toplanma məntəqəsinə çatır.

Sovet əsgərləri ilə birlikdə müharibəni Almaniyada başa vurur. Lakin onun sərgüzəştləri bununla da bitmir. May ayında o, yenidən sovet hərbi əsirləri üçün nəzərdə tutulmuş keçid düşərgəsinə göndərilir. Orada da uzun-uzadı sorğular, yoxlamalar, etibarsızlıq hökm sürür. Sanki öz vətəndaşınla deyil, düşmənlə mübarizə aparırlar. 1946-cı ilin yanvarında Vladimir Roxlin Komi MSSR-dəki Vojayel qəsəbəsində yerləşən xüsusi yoxlama düşərgəsinə aparılır. İyunda yoxlamadan keçsə də, onu buraxmırlar. Düşərgədə mühafizəçi kimi işləməyə məcbur edirlər. Səbəb bəllidir, müharibəni görmüş, əsirlikdə olmuş insanlar susmalıydı. Onlar ölkədən kənarda gördükləri, eşitdikləri, düşündükləri ilə yaşamalı, amma heç nə danışmamalı idilər. Onların biri içində danışan bir həqiqətlə rejim üçün təhlükəyə çevrilmişdi. Roxlinin bu vəziyyətdən nə vaxt çıxacağı, ya ümumiyyətlə, çıxıb-çıxmayacağı bilinmirdi. Lakin onu bu dəfə elm xilas edir. 

Azadlığa çıxaran məktub

Roxlin Moskvaya özü haqqında bir məktub çatdırır. 1946-cı ilin fevralında, Sovet elminin iki nəhəngi – Andrey Kolmoqorov və Lev Pontryagin daxili işlər naziri Kruqlova və general Qolikovun adına müdaxilə məktubu yazırlar. Bu məktub quru bir müraciət deyildi, onun arxasında elmin, zəkanın, insanlığın harayı vardı:

“Biz hesab edirik ki, sovet riyaziyyatının inkişafı naminə V. A. Roxlinə yaxın zamanda aspiranturaya qayıdaraq elmi işini bizim rəhbərliyimiz altında davam etdirmək imkanı verilməsi son dərəcə məqsədəuyğundur (13 fevral 1946-cı il)”. 

Bir ildən sonra 1946-cı il dekabrın 4-də cavab gəlir. MDU-nun Riyaziyyat və Mexanika İnstitutunun direktoru V. V. Stepanovanın müraciətinə rəsmi cavab SSRİ Daxili İşlər Nazirliyinin İslah-əmək düşərgələri və koloniyaları Baş İdarəsinin Mühafizə və Rejim İdarəsinin rəisi tərəfindən imzalanmışdı. Məktubda yazılmışdı:

“QULAQ tərəfindən V.A. Roxlinin mühafizə xidmətindən azad olunaraq, Sizin sərəncamınıza göndərilməsi barədə göstəriş verilmişdir”.

Eyni gündə Ust-Vımlağ düşərgəsinə də göstəriş göndərilir:

“Vladimir Roxlinin sənədləri tam hazırlanaraq, Moskva şəhərinə – Riyaziyyat İnstitutunun sərəncamına göndərilsin.”

Beləliklə, 1946-cı ilin dekabrında Vladimir Abramoviç Moskvaya dönür. Arxasında düşərgələrin qaranlıq illəri, qarşısında isə naməlum bir gələcək dayanırdı. Cəmi altı ay keçir. 1947-ci ilin iyununda Roxlin namizədlik imtahanlarını müvəffəqiyyətlə verir. Elə həmin ilin dekabrında isə o, “Lebeq fəzaları və onların avtomorfizmləri” mövzusunda dissertasiyasını müdafiə edərək elmi dərəcə alır. Onun rəsmi opponentlərindən biri elə görkəmli alim A. N. Kolmoqorovun özü idi. Moskvada yenidən Pontryaginin aspirantı olur. SSRİ Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda çalışır, daha sonra Pontryaginin tövsiyəsi ilə Steklov adına Riyaziyyat İnstitutunda onun elmi köməkçisi vəzifəsində fəaliyyət göstərir. O, sanki gecikmiş, amma davam edən bir elmi dirçəlişin içində idi. 

Siyasətə qarışmırdı, lakin ...

Lakin bu dirçəliş uzun çəkməyəcəkdi. 1950-ci illərin əvvəllərində, Stalinin başladığı “kosmopolitizmə qarşı mübarizə” kampaniyası çərçivəsində yəhudi mənşəyi səbəbilə Moskvadan uzaqlaşdırılır. Bu dəfə sürgün yox, təcrid idi, həm də elmi mühitdən. 1952–1955-ci illərdə Arxangelskdəki texniki və pedaqoji ali məktəblərdə dərs deyir. Daha sonra 1955-ci ildə, ailəsi ilə birlikdə paytaxt yaxınlığındakı bir əraziyə köçməyə müvəffəq olur. İvanovo Pedaqoji İnstitutunun riyazi analiz kafedrasında professor kimi fəaliyyət göstərməyə başlayır. 1957-ci ildən isə Kolomna Pedaqoji İnstitutunun riyaziyyat kafedrasında çalışır. 1960-cı ildə isə həyatında yeni bir dönüş baş verir. Belə ki, Leninqrad Universitetinin rektoru, akademik A. D. Aleksandrovun dəvəti ilə Leninqrada köçür.

Bu şəhər onun son elmi ünvanına çevrilir. Lakin bu illər onun həm də sağlamlığın zəifləməyə başladığı illər idi. Roxlin ürəyindən şikayət etməyə başlayır, bir dəfə yüngül infarkt keçirir. Amma xəstəlik tək problem deyildi. 1970-ci illərin sonları, xüsusilə də 1980-ci illərin əvvəlində onun universitetdəki vəziyyəti getdikcə çətinləşir. Ölkədəki ümumi mənəvi atmosferin ağırlaşması, elm və təhsildə bürokratiyanın hakim kəsilməsi Roxlin kimi sərbəst düşüncəli və qeyri-konformist bir alimin nəfəs alma imkanlarını daraldırdı. Onun sistemdənkənar mövqeyi heç kimə sirr deyildi. Səssiz idi, siyasətə qarışmırdı, lakin rəsmi baxışlara uyğun gəlməyən düşüncə tərzi hər zaman hiss olunurdu.

Elmi və pedaqoji fəaliyyətindən savayı heç nə ilə məşğul olmasa da, “anketi, yəhudi olması, ailəsinin keçmişi onun qarşısına görünməz divarlar hörürdü. Nə qədər istedadlı və çalışqan olsa da, təhlükəli idi. Nəhayət, 1980-ci ildə, 60 onu  təqaüdə getməyə məcbur edirlər. Bəzi yaxın dostlarının bu ədalətsiz qərara qarşı qəti etirazı yalnız bir illik yubanmaya səbəb olur. Ona sadəcə 1981-ci ilə qədər professor-məsləhətçi statusunda işləməyə “icazə” verilir. Halbuki o, keçirdiyi infarktın fəsadlarının davam etməsinə baxmayaraq, fəal elmi fəaliyyətə davam edirdi. Məhz həmin illərdə bu gün də tanınan və qəbul edilən, həqiqi cəbr coğrafiyası sahəsində yeni bir məktəbin təməlini qoyur. Bütün bu illər ərzində V. Roxlin xəstəliyi ilə cəsarətlə mübarizə aparır, heç vaxt gileylənmir, zəifliyinə təslim olmur. Bəlkə də elə buna görə idi ki, 1984-cü il dekabrın 3-də onun vəfatı hər kəs üçün gözlənilməz olur. Ölümündən cəmi bir neçə gün əvvəl Vladimir Abramoviç tələbələri və həmkarları ilə böyük maraq və enerji ilə aktual riyazi problemləri müzakirə edirdi… Onun elmi yaradıcılığı əsasən geometriya, erqodik nəzəriyyə, ölçü nəzəriyyəsi, real ədədlər üzərində alqebrik həndəsə və xüsusilə də topologiya sahələrini əhatə edirdi.

O, dördölçülü çoxluqlar üçün kobordizm invariantı kimi tanınan "Signatura" anlayışını riyaziyyata gətirmişdi. Bu mühüm ideya sonradan Rene Tom tərəfindən ümumi kobordizm nəzəriyyəsinin əsasına çevrildi. Hirtsenbruç bu nəticəni ümumiləşdirdikdən sonra Roxlin – Tomdan asılı olmadan Pontryagin və Hirtsenbruç siniflərinin kombinator konstruksiyasını hazırladı. Bundan əlavə, o, homotopik topologiya sahəsində də ciddi töhfələr vermişdi. Onun yetirmələri sırasında bu gün dünyada tanınan riyaziyyatçılar var: Mixail Qromov, Yakov Eliashberq, Anatoli Verşik, Vladimir Xarlamov və başqaları.

Onun oğlu ABŞ-də tanınmış riyaziyyatçıdır, Yel Universitetində professor kimi fəaliyyət göstərir, Vladimir Abramoviç Roxlin anası tərəfdən Odessa texniki termodinamika məktəbinin banisi, professor Semyon Levinsonun da qohumudur. Ailədə elmə maraq çox erkən yaşlardan hiss olunub. Uzaq qohumları arasında ədəbiyyat və poeziya maraq göstərənlərdən isə biri yazıçı və şair Sofiya Şapoşnikova idi. 

Onu dəyərli edən nə idi?

Bəs Roxlini bu qədər dəyərli və unudulmaz bir alim, tanınmış müəllim və riyaziyyat məktəblərinin formalaşmasında böyük rol oynamış şəxsiyyət edən nə idi? Bu suala bəlkə də sadə bir cavab var: hər şeydən əvvəl, o, istedadı ilə hamını heyran buraxan və qəbul edilən riyazi qabiliyyətə sahib idi. Bu, onun toxunduğu hər bir sahədə önə çıxmasına səbəb olurdu.

Elmə olan dərin sədaqəti, intellektual dürüstlüyü və mənəvi təmizliyi onu təkcə elmi dünyada deyil, həm də elmdən kənar həyatda mürəkkəb situasiyalarda əsl tərəfsiz hakimə çevirirdi. Onun təmkinli mühakimələri, düşünülmüş və ölçülüb-biçilmiş yanaşmaları, qərarlılıqla verdiyi qiymətləndirmələri, səliqəli və intizamlı zahiri görünüşü, bütün bunlar onunla bir dəfə də olsa ünsiyyətdə olmuş hər kəsin yaddaşında silinməz iz buraxıb. 

Səbinə Uğur
“Cebheinfo.az” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 May 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri