Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Və sonra tarix qapını döydü...

Və sonra tarix qapını döydü...

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elşən Aslanovun həyatı sadə bir gəncin ömür yolundan çox, bir qəhrəmanlıq dastanının qısa, amma işıqlı səhifəsidir. Qızıldaşın küləkli yollarında böyüyən bu gənc, bir gün həmin yolların ən şərəfli oğullarından birinə çevriləcəyini bəlkə özü də bilmirdi. Zəhmətkeş bir ailənin oğlu kimi böyüdü: ananın ahəngdar duası, atanın sükutla verdiyi nəsihət onun xarakterinin, mənəviyyatının təməlini qurdu. 1999-cu ilin payızında dünyaya gələn bu uşaq, 21 illik ömrünü bütöv bir millətin qürur tarixçəsinə çevirə bildi.

Uşaqlıqdan çalışqan, tərbiyəli, sakit, amma qətiyyətli idi. Bu xüsusiyyətlər Elşəni hamıdan fərqləndirirdi. Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 saylı məktəbin sinif otaqları onu hələ də xatırlayır: müəllimlərinin təsvirində nümunəvi, səmimi, dürüst olaraq qalan bir gənc idi. Dostlarının dilində isə ürəyitəmiz, gülərüz, güvənilən. Onun həyat yolu elə buradan uşaqlıq və gənclik illərinin sadə, amma təmiz səhifələrindən başlayırdı.

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi hər kəsi sınağa çəkdi. Elşən bu sınağa könüllü getdi. Silaha sarılmaq onun üçün nə şöhrət, nə də fərqlənmək hissi idi: bu, uşaqkən eşitdiyi Qarabağ həsrətinin, xalqın yüz illik nisgilinin onun içində yanan bir odu idi. O, döyüşə çağırılanlar kimi yox, döyüşə "ürəyi yetənlər" kimi getdi. Qətiyyətlə, inamla, Vətən sevgisinin ən saf halı ilə.

Elşənin döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd, Hadrutdan keçdi... Bu adlar yalnız xəritə üzərində nöqtələr deyil, Elşənin iradəsinin, cəsarətinin izləridir. Füzuli uğrunda gedən çətin əməliyyatlarda onun soyuqqanlılığı yoldaşlarına güc verirdi. Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə o, əsl döyüşçü qətiyyəti ilə irəliləyirdi. Xocavənd istiqamətində göstərdiyi igidlik isə əsgər yoldaşlarının yaddaşında əbədi iz qoydu. Hadrutun yüksəkliklərində isə Elşən bir əsgərdən çox, bir dastan qəhrəmanına bənzəyirdi: qorxmadan, geri dönmədən, bir addım belə tərəddüdsüz.

23 oktyabr 2020-ci ildə, Cəbrayıl-Qubadlı istiqamətində gedən ağır döyüşlərdən birində Elşən Aslanov şəhidlik zirvəsinə yüksəldi. O gün sanki səmada buludlar belə ağırlaşmışdı. O gün torpaq bir oğlunu aldı, amma Vətən bir qəhrəman qazandı. Elşənin gənc yaşında şəhid olması onun ömrünü yox, taleyini tamamladı. Çünki bəzi insanlara uzun ömür yox, böyük ömür qismət olur. Elşən də həmin böyük ömür sahiblərindən idi.

Onun göstərdiyi şücaət dövlət tərəfindən də dəyərləndirildi. Şəhadətindən sonra bir neçə ali təltifə - 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olundu.

Bu medallar sadə mükafat deyil. Bunlar Elşənin döyüş meydanında yazdığı sətirlərin metal üzərində həkk olunmuş davamıdır. Hər biri bir döyüşün, bir addımın, bir iradənin simvoludur. Bu təltiflər torpağın onun qarşısında borcunu ödəmə formasına bənzəyir.

Elşən Aslanovun haqqında danışanda sanki torpaq da daha yumşaq nəfəs alır, külək də daha təmiz əsir. Çünki onun kimi oğullar bu torpağın adı ilə böyüyüb, bu torpağın adı ilə əbədiyyətə gediblər. Onun həyatı bir qəhrəmanlıq dastanıdır və qısa, amma ucalığına görə min illərin dastanından geri qalmayan. Bir ailənin gərdişində yetişmiş bir gəncin necə böyük zirvəyə qalxa biləcəyinin canlı nümunəsidir. Elşənin ömrü bizə göstərdi ki, Vətən sevgisi bəzən bir ömrə yox, bir anın içində yazılan tale də ola bilər.

Bu torpaq Elşən kimi oğullar yetişdirdiyi üçün qürurludur.

Bu xalq Elşən kimi övladları olduğu üçün güclüdür.

Bu Vətən Elşən kimi şəhidlərlə əbədi yaşayır.

Tanrı onu və bütün şəhidlərimizi nur içində saxlasın. Onlar yaşadıqca biz varıq. Onlar xatırlandıqca torpaq nəfəs alır. Onlar bu xalqın əbədi dastanıdır.

S.BİLNƏLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri