Onu ölümdən 1 saniyə ayırdı Bakıda DƏHŞƏTLİ ANLAR
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünən gecə saatlarında paytaxtın Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində nizamlanmayan piyada keçidində yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a bildirilib ki, piyada keçidində piyadaya yol vermək üçün dayanan avtomobilə arxadan başqa bir nəqliyyat vasitəsinin çırpılması nəticəsində avtomobildə yanğın olub. Dərhal polis əməkdaşları tərəfindən yanğın söndürənlərin hadisə yerinə təhlükəsiz çatması üçün zəruri tədbirlər görülüb.
Hadisə nəticəsində piyada ilə yanaşı, yanan avtomobildə olan sürücü və iki sərnişin son anda nəqliyyat vasitəsini tərk edərək xilas olublar.
Hadisənin görüntüləri hərəkət zamanı diqqətsizliyin və qayda pozuntusunun hansı ağır nəticələrə gətirib çıxara biləcəyini bir daha göstərir. Dəfələrlə qeyd edildiyi kimi, belə hadisələrin baş verməməsi üçün sürücülər keçidlərə yaxınlaşarkən sürəti azaltmalı, təhlükəsiz ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 17 Sentyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















