Icma.az
close
up
RU
Onu yaman tutub şeir havası…

Onu yaman tutub şeir havası…

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Əkbər QOŞALI

Şair Ramiz Qusarçaylı çağdaş Azərbaycan poeziyasında milli yaddaşın, bayraq təəssübünün, vətənkeşlik duyğusunun təsirli poetik daşıyıcılarından biridir. Onun “Azərbaycan bayrağı” şeiri müstəqillik illərimizin bayraq himni kimi səslənmiş, dərs vəsaitlərinə düşmüş, sonrakı illərdə “Vətən” və “Zəfər” poetik xətti ilə bütöv bir milli-poetik salnaməyə çevrilmişdir. Hətta, onun ünvanına “Bayraq şairi”ni ilk dəfə, bu sətirlərin yazarı, 2012-ci ildə Qubada demiş olmalı… Həmin vaxt “Teleqraf”a müsahibə verən şairin üzləşdiyi “Sizin təxəllüsünüz Qusarçaylıdır, özünüz Qubada doğulmusuz, bəs Qudyalçay sizdən inciməzmi?” kimi “xoş çətin sual”ın meydana çıxmasında da fikir payımız vardır).

Qusarçaylı ilə Qoşalının qiyabi tanışlığı daha öncəki illərə dayansa da, ~20 ilə yaxındır doğmalığımız, dostluq-qardaşlığımız vardır. Nə yaxşı vardır!

Bəli, ünlü “Azərbaycan bayrağı” şeirində şair bayrağı “İstiqlalın əbədiyyət sancağı”, “and yeri”, “iman yeri” kimi tanıdır; o, Şuşada bayrağın qonduğu daşı “pir” sayacağını söyləyirdi. Bax, bu misralar, haqlı olaraq sonradan Zəfər poeziyasına keçidin mənəvi başlanğıcı kimi görünür.

Yeni kitab – “İki gül” isə – Ramiz Qusarçaylının poetik dünyasında iki ana xətti birləşdirir: biri Vətən, tarix, bayraq, Zəfər xətti; digəri isə təbiət, sevgi, muğam, saz, kənd yaddaşı və insanın iç aləmi...

Bu kitabda şairin Vətən anlayışı coğrafi sınırları aşaraq, taleyin özünə çevrilir.

“Öz göyüm var, öz mələyim,

Öz xəttim var, öz lələyim…” misralarında Vətən həm göy, həm yazı, həm məzar, həm də mənlik kimi görünür – elə deyilmi? –Yəni şairin xəyalı öz göyündə, öz qanadında uçub… Ardınca gələn

“Davam nə can davasıdı,

Nə də yorğan davasıdı,

Azərbaycan davasıdı…”

misraları isə fərdi ağrını milli məsuliyyətə çevirir. Bu baxımdan, Ramiz Qusarçaylıda vətəncanlılıq bir varlıq biçimidir; şair Vətəni yazmır, Vətənin içindən danışır, Vətəni könlündən keçirir, Vətənini köksündə bəsləyir.

Şairin “Səni Şuşa-Şuşa qaytardım, Vətən,

Qarabağ-Qarabağ qaytardım səni”

misraları artıq Zəfərdən sonrakı Azərbaycan insanının mənəvi hesabatı kimi gəldi mənə...

“İki gül”ün kulturoloji dəyəri ondadır ki, Ramiz Qusarçaylı milli kimliyi yalnız siyasi qavram olaraq poetikləşdirmir, onu dil, muğam, saz, təbiət, kənd, dağ, bulaq, gül, balaban, segah, təcnis və qoşma yaddaşı ilə birlikdə təqdim edir. “Yastı balaban”, “Yetim Segah”, “Mahur-hindi”, “Şəddi-Şahnaz”, “Bəstənigar” kimi şeirlərdə muğam adları xalq ruhunun səs yaddaşı təsiri bağışlayır. Örnək versək,

“Muğam Rəbbin səs rəngidi,

Səs də ruhun ahəngidi”

misraları bu baxımdan kitabın estetik açarlarından biri sayıla bilər.

“İki gül”də təbiət də, necə deyərlər, dekorasiya kimi çıxış etmir; o, şairin mənəvi özkeçmişidir. “Gəl oxuyaq saz dilində”, “Gilanar”, “Yaşıl”, “Gül, adam belə”, Tovuzun eyniadlı kəndinə ismarladığı “Qandallar” kimi şeirlərdə təbiət insanın iç səsi ilə danışır. Dağ, çay, gül, bənövşə, bulaq, yağış, qaya… – hamısı Ramiz Qusarçaylı poeziyasında milli duyğunun canlı elementləridir. Şair torpağı (və ayağı bu torpaqda, başı ağ buludda olan hər doğma təbiət hadisəsini…) ana dili kimi eşidir, duyur, dinləyir və şeirə çevirir.

“İki gül”ün, qərənfilin və xarıbülbülün dialoqunun – can ətri alış-verişinin fəlsəfi mərkəzində iki böyük duyğu dayanır: gözəllik və məsuliyyət. Gözəllik və məsuliyyət bir cümlədə və ilk baxışda qəribəmi görsənir? – Əslində, dərində belə deyil. Gözəllik – gülün, sazın, muğamın, təbiətin, sevginin, məsuliyyət isə bayrağın, şəhidin, Vətənin, tarix qarşısında cavabdehliyin içindədir. Ona görə “İki gül” bir poetik toplu olmaq etibarıyla, çağdaş Azərbaycan insanının ruh xəritəsidir: bir gül yaddaşdır, bir gül ümiddir; bir gül Vətənin şəhid nəfəsidir, bir gül Zəfərdən sonra açan sabahdır.

Beləliklə, Ramiz Qusarçaylı poeziyasında bayraq göydə dalğalanan rəmz olmaqdan çıxır, insanın vicdanında dalğalanan mənəvi ölçü-ülgüyə çevrilir.

“…Bu dağlar qardaşım, bu çaylar bacım,

Özündən gəlməyən özündən qaçır.

Zaman qapımızda əlində qayçı...

Hər adi ölçüyə, ülgüyə gəlsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!” – Vaxtilə Məmməd Araz Xudu Məmmədova ünvanladığı şeirdə belə deyirdi…

Bəli, mənəvi ölçü-ülgüyə çevrilmədən danışırdıq.

“İki gül” bu ölçünün yeni kitab halıdır – Vətənin, sözün, sazın, muğamın və Azərbaycan ruhunun iki ləçəkli, amma çoxqatlı poetik çiçəyi…

Ramiz Qusarçaylı poeziyasında Vətən insanın ruh yaddaşı, yığvalı və mənəvi kimliyidir.

Ramiz Qusarçaylı poeziyasında Şuşa qutsal estetik məkandır:

“Hər daşın üstündə şəhid nəfəsi,

Hər daşın altında şəhid qanı var.” –

Bu misralar eynən “Şəhidlər ölmədi, Vətən bölünmədi!” aydınlığıdır. Şuşa burada həm tarixdir, həm vicdan, həm də milli yaddaşın metafizik ünvanı…

Ramiz Qusarçaylının təbiət şeirləri sanki milli ruhun ekologiyasıdır:

“Gəzirəm şeirimin gül ləklərini,

Heyrətim könlümü qana çevirir.”

və ya:

“Şəhərin zərində üzən lək kimi

Düzəsən sətrinə gül adlarını…”

Bu poetik örnəklərdə təbiət və söz arasında mistik bağlılıq yaranır. Gül artıq botanikadan çıxır, poetikanın yaddaşına əkilir... Musa Yaqubda, Zəlimxan Yaqubda olduğu kimi. – Budur, Qusarçaylı hər iki Yaqubun ruhunu şad edir:

Tənha bir çiçəyin yuxusu şehli,

Şehli yuxulardan keçirəm mən də.

Nəmli yovşanların qoxusu şehli,

Yovşan qoxusunu içirəm mən də…

Kitabın ən maraqlı kulturoloji qatlarından biri isə bu sətirlərin yazarına da xas (və çox doğma!) Turan duyğusudur. “Saxalar-Yakutlar” şeirində Ramiz Qusarçaylı çağdaş Türk dünyasını poetik coğrafiya kimi düşünür:

“Mənə gəl-gəl deyir Turan elləri,

Səsləyir Saxalar – Yakutlar məni.”

Burada Turan romantik şüar təsiri bağışlamır; Turan – dillərin, coğrafiyaların, yaddaşların ruh birliyidir.

Beləcə, “İki gül” Azərbaycan ruhunun poetik xəritəsidir. Bayraqdan başlayan yol burada muğama, Şuşaya, Turana, bulağa, segaha, şəhid nəfəsinə, gül qoxusuna qədər uzanır. Ramiz Qusarçaylı isə bu yolun həm şairi, həm yolçusu, həm də sazlı salnaməçisidir… Nə yaxşı, belədir!

“Məni yaman tutub şeir havası,

Göyləri qanımla silməyim gəlir.

Davam gül davası, çiçək davası

Düşüb bir çəmənə ölməyim gəlir…”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 İyun 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri