Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

“Onun ən böyük məqsədi Azərbaycanı müstəqilliyə qovuşdurmaq idi”

“Onun ən böyük məqsədi Azərbaycanı müstəqilliyə qovuşdurmaq idi”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan müasir tarixinin mühüm bir dövrü Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik kursu ilə sıx bağlıdır. Xalqımız bu şərəfli və qürurlu tarixi mərhələni haqlı olaraq Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi səciyyələndirir. 

Ümummilli Lider Heydər Əliyev XX əsrdə unikal idaretmə təcrübəsi və uzaqgörən siyasəti sayəsində respublikamızı keçmiş SSRİ-də yüksək inkişaf mərhələsinə ucaltmış, sovet hökumətinin ali hakimiyyət strukturlarında əvəzolunmaz xidmətlər göstərmiş, türk dünyasının nəhəng siyasi xadiminə çevrilmişdir. 

Heydər Əliyev bir-birinə zidd olan iki sistemin - sosializm və demokratik cəmiyyət şəraitində respublikamıza başçılıq etmiş, hər iki cəmiyyətdə özünün islahatçı iş üslubu və dəmir iradəsi ilə dövlət sistemində köklü dəyişikliklərə nail olmuşdur. 1970-ci ilə qədər ittifaq respublikaları içərisində geridə qalan, az qala böhrana düçar olan Azərbaycanı bu ağır sosial-iqtisadi vəziyyətdən çıxarmış, milli inkişaf və intibaha çatdırmışdır. Azərbaycan həmin dövrdə SSRİ-də yeganə olan Bakı Məişət Kondisionerləri zavodu, regionun ən nəhəng elektrik stansiyası, Cənubi Qafqazın ən iri Poladtökmə zavodu, neft sənayesi üçün vacib olan Bakı Dərin Özüllər Zavodu və bir çox iri müəssisələri istifadəyə verməklə sovetlərin güclü sənaye mərkəzlərindən birinə çevrilmişdi.

Respublikamızın iqtisadi həyatına böyük sənaye inqilabı kimi daxil olmuş 1969-1982-ci illərdə sənaye istehsalı 2,7 dəfə artmaqla milli gəlirinin ümumi həcmini 2,5 dəfə artırmışdı, minlərlə yeni iş yerlərinin yaradılması insanların rifahını yüksəltmişdi.

Ulu Öndər Azərbaycanın milli özünüdərk, milli dövlət ideyasının da müəllifidir. Onun birinci hakimiyyəti illərində Azərbaycanın dövlətçilik ənənələrinin, milli ruh və milli ideologiyanın sovet imperiyası tərəfindən məhv edilməsinin qarşsını alınmış, milli kimliyimiz qorunub saxlanılmış, Azərbaycançılıq ideologiyası inkişaf edərək müstəqillik amalının gerçəkləşməsinə təkan vermişdir.

Ümummilli Lider Heydər Əliyev harada çalışmasından asılı olmayaraq həmişə dövlətə, dövlətçiliyə sadiq olmuş, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində işləyərkən respublikamızın inkişafı üçün yorulmaz iradəsini nümayiş etdirmiş, doğma Vətənində ən mühüm proqramların gerçəlşəməsinə nail olmuşdur.  Onun yüksək dövlət vəzifələrində çalışarkən ən böyük məramı və məqsədi Azərbaycanı müstəqilliyə qovuşdurmaq idi. Azərbaycan xalqı kommunist rejimində, ümumittifaq sosialist dövlətinin tərkibində olduğundan heç şübhəsiz ki, müstəqilliyini itirmiş, amma dövlətçiliyini itirməmişdi. Azərbaycanın bir çox atributları qalmış, yaşamışdı. Cəmiyyət totalitar sistemdən çıxaraq demokratiya hüdudlarına keçmişdi. Bütün bunlar müstəqil dövlətin bərpası üçün dərin zəmin yaratmışdı.

Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının yeni başlandığı çətin və mürəkkəb dövrdə dövləti idarə edəcək güclü liderə ehtiyac vardı. Bu çətin tarixi günlərində ölkə rəhbərliyi Azərbaycanın xilası üçün Heydər Əliyevin zəngin idarəçilik qüdrətindən istifadə etmək əvəzinə, milli birlik olmaq əvəzinə Onun Bakıya gəlişinə imkan vermədilər. Ulu Öndər həmin dövrdə doğulduğu doğma torpağa - Naxçıvana getmək məcburiyyətində qaldı. Ancaq Onun bu gedişi Xilaskarlıq missiyasının növbəti akkordu idi. Bütün bölgələrində olduğu kimi Naxçıvanda da ağır ictimai-siyasi vəziyyət hökm sürürdü. Ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə fəallaşan hərbi toqquşmaları Muxtar Respublikanın sabahını təhlükə ilə üzləşdirmişdi. Heydər Əliyev həyatına qarşı təhlükələrə, tarixin ağır və sərt sınaqlarına rəğmən, böyük bir məsuliyyəti çiyinlərinə götürdü və 1990-cı ilin iyul ayında isə doğulduğu Naxçıvana gələrək bu fəlakətin qarşısını aldı. Qardaş Türkiyə ilə birgə “Ümid” körpüsünü  açmaqla Muxtar Respublikanı ağır blokadadan çıxardı. 

Ulu Öndər Heydər Əliyev Naxçıvanda dağınıq və nizamsız Azərbaycanın milli həmrəyliyini, xalqın milli ideya ətrafında sıx birləşməsini təmin etdi, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli bayrağını qaldıraraq, Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxararaq dövlətçilik instututlarını bərqərar etməyə başladı. Bu, eyni zamanda parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycanın müstəqilliyinin təminatı, siyasi taleyi üçün yeni dövrün əsasını qoydu. 

1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi və Heydər Əliyevin partiyaya Sədr seçilməsi dövlət qurucluğunun möhkəm təməllərinin də qoyulması demək idi. O, 1993-cü ilin iyun ayında Qurtuluş hərəkatını zəfərlə başa çatdıraraq Azərbaycanda ikinci şərəfli siyasi missiyaya başladı. İlk növbədə, aramsız davam edən təcavüzkar Ermənistanın işğalçılıq planlarının da qarşısını aldı, atəşkəsə nail olaraq peşəkar nizami Milli Ordumuzun formalaşmasını təmin etdi. 

O dövrdə keçmiş iqtidar tərəfindən valyuta ehtiyatları, büdcəsi soyğunçuluqla bitirilmiş ölkənin iqtisadi imkanlarını səfərbər etmək, ölkənin hətta neft-qaz sənayesini dirçəltmək, milli sahibkarlıq sinfini formalaşdırmaq, eləcə də, xarici sərmayəçiləri ölkəyə cəlb etmək çox çətin idi. Xarici investorları ölkəyə gətirmək, onları inandırmaq olduqca böyük siyasi məharət tələb edirdi ki, bunu da Heydər Əliyev ustalılqa həyata keçirdi. Bu baxımdan 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin kontraktı” ölkəmizin siyasi və iqtisadi həyatında növbəti bir dönüş nöqtəsi hesab edilə bilər.

Ulu Öndər həm də, böyük demokrat, siyasi qətiyyət sahibi idi. O, yeni siyasi münasibətlər sisteminin əsasını qoyaraq demokratik islahatların müəllifi kimi xatırlanır. Bilavasitə Onun təşəbbüsü ilə müstəqil Azərbaycanda qanunun aliliyini təmin edən dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının real təmini üçün bütün lazımi əsaslar yaradılmış, Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutmuşdur.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası idi. Ulu Öndər milli Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, Şərqdə ilk dəfə ölüm cəzasını ləğv etdi. Mətbuat üzərində senzura götürüldü. İlk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı - bələdiyyələr yarandı. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, Bakıda dünya azərbaycanlılarının qurultayının keçirilməsi, milli diasporumuzun fəaliyyətinin canlandırılması, azərbaycançılıq ideyasının, milli özünüdərkin gücləndirilməsi Ümummilli Lider Heydər Əliyev zəkasının bəhrəsidir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 illik tarixi bir dövrdə nəhəng quruculuq, misilsiz təşkilatçılıq işləri ilə yanaşı, çox zəngin elmi-nəzəri və mənəvi irs yaratmışdır. Bu zəngin irs ən qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin qızıl fonduna daxil olmuş, milli dövlət quruculuğu prosesində əvəzsiz sərvətə çevrilmişdir. Heydər Əliyevin xarakterində əyilməzlik, vüqarlılıq, möhtəşəmlik Onu həm də Vətənin, dövlətin böyük sərkərdəsi kimi ucalığını göstərir. 

Heydər Əliyevin gələcəyi, idealları Onun siyasi kursunun davamlılığındadır.  O, sona çatdıra bilmədiyi taleyüklü işləri, dövlət kursunu cənab İlham Əliyevə əmanət etməklə bir daha uzaqgörənliyini göstərdi. 2003-cü ildə xalqa müraciətində siyasi varisi İlham Əliyevi dəstəkləməyə çağırırdı. Ulu Öndər İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəyinə əmin idi. Onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyiniz və dəstəyi ilə İlham Əliyevin başa çatdıracağına inanırdı. O, bu əminliyində tamamilə haqlı idi. 

Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu möhkəm bünövrə üzərində Azərbaycanı  gücləndirərək artan iqtisadi imkanları ilk növbədə ordu quruculuğuna yönəltdi. Qüdrətli ordumuzun rəşadəti, iqtisadi gücümüz və artan beynəlxaql nüfuzumuz sayəsində Ulu Öndərin müqəddəs vəsiyyətini yerinə yetirdi. Ərazi bütövlüyümüzü təmin edərək üçrəngli bayrağımızı bütün torpaqlarımızda, Qarabağın tacı olan Şuşada, mili ləyaqət ünvanızmız olan Xankəndidə qürurla dalğalandırdı.

Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında ən qürurlu mərhələsini yaşayır. Ulu Öndər cismən  aramızda olmasa da, xalqımızın hər an qəlbindədir, çünki O əbədiyaşarlıq qazanıb. Milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev hər bir azərbaycanlının qürur mənbəyi, Azərbaycanın simvoludur! 

Samir Vəliyev
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see567

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see416

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see388

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see321

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see307

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see283

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see259

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see258

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see253

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see237

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see237

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see232

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see231

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see225

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see204

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see204

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see193

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see191

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see189

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri