Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Əhməd Cavadı Şükriyyə xanımla xatırlamaq...

Əhməd Cavadı Şükriyyə xanımla xatırlamaq...

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Musa RƏHİMOĞLU-QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

1985-ci il, iyunun 17-si idi, Bakıdaydım. Unudulmaz şair Əhməd Cavadın yaradıcılığını çox sevdiyimdən onun həyatı ilə bağlı məsələləri ətraflı öyrənmək istəyirdim. Ancaq elə dövr idi ki, oxucu suallarına cavab verə biləcək yazılar yox dərəcəsində idi. Çünki Əhməd Cavad 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuşdu. Unudulmaz maarifçi və yazıçı Əli Səbri Qasımovun məlumatlarından bilirdim ki, Şükriyyə  xanım sağdır və Şamxor (indiki Şəmkir) rayonunun Leninkənd (indiki Çinarlı) kəndində oğlu Aydının yanında yaşayır. Arada bir Bakıya gəlib nəvəsi Qabilgildə qalır. Sonradan bildim ki, keçmiş H.Hacıyev küçəsində yazıçıların və şairlərin yaşadığı bu binada şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanıma da mənzil verilibmiş.

Bakıda olduğum günlərdə Şükriyyə xanımla (əgər Bakıda olardısa) görüşməyi qərara aldım. O vaxtlar Azərbaycan Daxili İşlər Nazirliyində "Ünvanlar bürosu" xidmət göstərirdi. Səhv etmirəmsə, o vaxtkı Leytenant Şmidt küçəsində də "Ünvanlar bürosu" var idi. Hər ikisində olsam da, Şükriyyə Axundzadənin Bakı qeydiyyatında olmadığını bildirmişdilər. Şükriyyə Bejanoğlu, Bejanidze familiyaları ilə sorğulamışdım. Yenə də eyni cavablı qeydiyyat vərəqini mənə vermişdilər.       Paşa Əlioğluya bu haqda dedim. Məsləhət gördü ki, Turan Caviddən soruşum. O vaxtlar Turan xanım Nizami Muzeyində olan arxivdə işləyirdi. İş yerinə getdim. Naxçıvanda onunla tanış olmuşduq. Görəndə sevindi. Fikrimi biləndə, onların ünvanını bilmədiyini dedi. Baxmayaraq ki, aşkarlıq deyilən illər idi. Amma 1937-ci ilin kabusu qalmaqdaydı. Dedi ki, saat 5 tamamda gələrsən, öyrənə bilsəm, deyərəm. Və nəhayət, təkrarən onun iş yerinə gələndə Şükriyyə xanımın nəvəsi Qabilin yaşadığı ünvanı dedi: H.Hacıyev küçəsində "Yazıçılar binası"na gedərsən, orada axırıncı giriş qapısından lap axırıncı mərtəbəyə çıxarsan. Orada soruşarsan, mənzili sənə göstərərlər. Şükriyyə xanımınsa Bakıda olub-olmamasından xəbərim yoxdur.

İyunun 18-i olsa da, Bakıda havalar hələ çox istiləşməmişdi. Şair Rəsul Rza ilə Nigar xanım Rəfibəylinin yaşadıqları binanın Fəvvarələr meydanına baxan tərəfində xoşuma gələn bir gül-çiçək mağazası vardı. Orada yaxşıca bir gül dəstəsi bağlatdırdım. Həmin binanı tapıb pillələri sürətlə qalxdım. Axırıncı mərtəbənin foyesində bir qadın stulda əyləşmişdi. Naşı adam olduğumu görüb soruşdu ki, kimi axtarırsan? Dedim ki, Şükriyyə xanımgilin mənzilini. Cavab verdi ki, Şükriyyə xanım mənəm. Bir anlığa donub qaldım. Bunu görən Şükriyyə xanım əlüstü soruşdu: - Bəs o gözəl, ətirli buket kimin üçündür?

Cavabım yubanmadı:

- Yaradıcılığım çox sevdiyim şair Əhməd Cavadın sədaqətli ömür-gün yoldaşı Şükriyyə xanım üçündür.

Və bir qucaq gül buketini Şükriyyə xanıma təqdim etdim. Bu günə qədər onun cavabını olduğu kimi, kədərlə xatırlayıram:

- Ay oğul, nə danışırsan? Mənə, Şükriyyə xanıma - Əhməd Cavadın həyat yoldaşına onun oxucularından gül buketi?! İnana bilmirəm. Ömrümdə ilk dəfə Əhməd Cavadın oxucularından mənə gül buketi təqdim olunur.

Şükriyyə xanımın dəvətilə onun qaldığı mənzilə daxil olduq. Qabilin həyat yoldaşı çox səmimi qarşıladı. Şükriyyə xanımın kiçik oğlan nəticələrinin səsləri mənzili daha da şənləndirirdi. Şükriyyə xanımın dediklərindən:

- 1902-ci ildə Rusiya imperiyasının tərkibində olan Acarıstanda, Batumidə anadan olmuşam. Atam Süleyman bəy Bejanoğlu acar türkü və nəinki Batumi şəhərinin, bütün Acarıstanın varlı zadəganlarından biri idi. Sonralar familiyamızı Bejanidze eləmişdilər. Atamın Çakvada və Kobuletidə malikanələri və çay fabrikləri vardı. İndi sovet hökumətinin çay istehsal etdiyi fabrik mənim atamın idi. Orta məktəbi Batumidə bitirmişəm. Əhməd Cavadla 1914-cü ildə tanış olmuşam. Onda 12 yaşım vardı. Əhməd Cavadsa 22 yaşında yaraşıqlı cavan şair idi. İlk tanışlıqdan bir-birimizə bağlandıq. Kitabların dili ilə desək, bir-birimizi ürəkdən sevməyə başladıq.

Əhməd Cavad o vaxt Batumidə yaşayırdı. Türkiyə ordusuna yardım edən bir fondun katibi idi. Bir dostu da vardı: Əli Səbri Qasımov. Birlikdə gəzirdilər, həm də eyni yerdə işləyirdilər. Atam Süleyman bəy artıq "Knyaz" titulunu almış şəxs olsa da, bizə gələn Əhməd Cavada və onun dostu Əli Səbriyə dərin hörmət bəsləyirdi. Əhməd Cavadın şeirlərini çox xoşlayırdı. Deyirdi ki, cavan olasan, amma belə incə ruhlu şeirlərin ola. Amma atam bilmirdi ki, gənc şair vurğunluqla onun qızını sevir. Şükriyyə xanım gülümsəyərək əlavə edir ki, mənlə Cavadın evlənməsini Əli Səbri çox yaxşı bilirdi və qələmə də alıb. Xatirələrində yazıb bizim haqqımızda. Tapıb oxuyarsan.

Haşiyə: Unudulmaz maarifçi və yazıçı Əli Səbri Qasımov vəfatından iki il əvvəl, yəni 90 yaşında xatirələrini qələmə alıb və 1983-cü ildə çap etdirib ("Ömürdən yarpaq düşür, Bakı, 1983"). Müəllif yazır: "Mən bu xatirələri 10 il, 15 il, 20 il əvvəl də qələmə ala bilərdim. Amma nə fərqi! Xatirimdən ki, heç nə çıxmayıb".

Əli Səbri Batumidə tanış olub dostlaşdığı şair Əhməd Cavad haqqında yazır: "Batumidəki dəstəmizdə şair Əhməd Cavad da var idi. Bizim dostlaşmağımız çox tez başa gəldi. Bir gün Trabzondan Batumiyə gələndə Əhməd Cavadı çox dilxor və pərişan gördüm. Səbəbini soruşdum, amma sirrini o dəmdə mənə açmadı. Müəyyən münasibətlə Bakıya gəldim, işimi görüb yenidən Batumiyə qayıtdım. Nəhayət, məlum oldu ki, Əhməd Cavad Süleyman bəy Bejanoğlunun (o, varlı türk idi) qızını sevir, özü də bu münasibət qarşılıqlıdır. Lakin kimi elçi göndərək? Mahmud bəy Əfəndiyev qəti imtina etdi. Əlacsızlıqdan elçiliyə getməyə razılıq verdim. O zaman 22-23 yaşım var idi.

Süleyman bəy boylu-buxunlu kök adam idi.

- Süleyman bəyə salam!

- Salam, oğlum, xoş gəlmisən. Mənə dair qulluğun?

- "Yük əyməsə, daş qəribliyə düşməz" - dedim.

- O nə yükdür?

- Siz mənim dostum Cavadı tanıyırsınızmı?

- Bizə bir-iki dəfə gəlib. Pis oğlan deyil, Şeirlərini mənə oxuyub.

"Sağ ol, Cavad!" - ürəyimdə ona əhsən dedim.

- Sizin qızınız Şükriyyə xanımla bizim Cavad bir-birini sevirlər. Gəlin, onlara xeyir-dua verək.

- Nasıl? Nasıl? - o, yerindən qalxdı.

Qorxumdan mən də qalxdım. Mənə tərəf gələndə bayıra qaçdım.

- Mən şiəyə, qızılbaşa qız vermərəm.

Mən də pilləkanlardan qaça-qaça qışqırırdım.

- Verməzsən, biz də götürüb qaçarıq!

- Baxalım! - deyə o bağırdı.

Dediyimizi etdik. Əhməd Cavad Şükriyyəni götürüb qaçdı. Düz 20 ildən sonra (1935-36-cı illər idi) Süleyman bəy Şamxora gəldi. Nəvələrini, qızını, kürəkəni Əhməd Cavadı gördü. Bir müddət qonaq da qaldı".

Şükriyyə xanımla söhbətimizə qayıdaq.

- Əhməd Cavadla mən 1915-ci ildə ailə qurduq. Gəncədə yaşayırdıq. Bizim 5 uşağımız oldu. Niyazi, Aydın, Tukay, Yılmaz adlı oğlanlarımız və Almaz adlı qızımız. Almazı 1936-cı ildə itirdik.16 yaşında, xəstəlikdən dünyasını dəyişdi. Atasının ona ithaf etdiyi şeirləri də var.

Sən Batumiyə gedərsən. Sovetski prospektini taparsan. Orada mənim doğmalarım yaşayırlar. Onlar sənə çoxlu məlumatlar verəcəklər. Mənim babalarım Zendidi kəndindəndir. Bir hissəsi Türkiyə ərazisində qalıb. Orada mənim babalarımın nekropolu var. Mülkləri, limanları var Qara dəniz sahilində.

1920-ci ildə Azərbaycanda Sovet hökuməti quruldu. Əhməd Cavadı Qusara, Xuluq kəndinə müəllim təyin etdilər. Şükriyyə xanım Əhməd Cavadın "Xuluq" şeirini əzbərdən söyləyir. Onu sonralar bu şeirə görə də çox incitdilər. Onu da deyim ki, Mir Cəfər Bağırov da Qusarda müəllimlik edirdi. Əhməd Cavadı o illərdən tanıyırdı və paxıllığını çəkirdi. Bu paxıllıq o qədər güclü idi ki, axırda qisasa çevirdi Mir Cəfər Bağırov. 1922-ci ilədək Xuluqda yaşadıq və həmin ildə Bakıya köçdük.

1937-ci ilin 3 iyununda Əhməd Cavadı və məni həbs elədilər. Hər ikimizi millətçilikdə və müsavatçılıqda günahlandırırdılar. Bizim ocağımız söndü. Balalarım pərən-pərən düşdü. Nə yaxşı ki, Əhməd Cavadın anası vardı. Qoca olsa da, onlara həyan olacaqdı. 2 yaşlı Yılmazımı heç unuda bilmirdim. Bütün günü ağlayırdım. Mənə təklif edirdilər ki, Əhməd Cavaddan boşanım. Onda məni buraxacaqlar. Mən onların təklifini qətiyyətlə rədd edirdim. Əhməd Cavad kimi mərd bir həyat yoldaşıma xəyanət edə bilməzdim. Var gücümlə çalışırdım ki, onun namusunu qoruyum. Mənə 8 il sürgün həyatı yaşatdılar. Sürgün elan ediləndə dekabrın 9-u idi. Məni 1938-ci il fevralın 2-də Qazaxıstana Akmolaya sürgünə göndərdilər.

14 oktyabr 1945-ci ildə həbsdən çıxdım. Azərbaycana döndüm. Amma mənə Bakıda yaşamağa icazə vermədilər. Ona görə də Əhməd Cavadın ata vətəni Şəmkirə getdim. Öyrəndim ki, bizim həbsimizdən sonra 16 yaşlı Aydını Keşlədə həbsxanaya salıblar, 14 yaşlı Tukayı çətin tərbiyə olunan uşaqlar üçün uşaq evinə veriblər. 2 yaşlı Yılmazı bir ailəyə oğulluğa veriblər. Balalarımı bir yerə yığmalıydım...

Həm də Əhməd Cavadın ölümünə inanmırdım. Onu hər yerdə axtarırdım. Müxtəlif dövlət idarələrinə məktublar göndərirdim. Onun ölümünə heç indi də inanmıram. Yolunu gözləyirəm. Akmolada bir dustaq qadın mənə demişdi ki, onu dustaqxanada görüb. Başı sırıqlı idi, üzü qançır imiş.Bildim ki, onu lənətə gəlmiş Mir Cəfər Bağırov döyürmüş. Tanıdığı məşhurları döyməkdən ləzzət alırdı. 1955-ci ildə mənə yazılı məlumat verdilər ki, Əhməd Cavadı 1937-ci ildə dənizkənarı məşhur binanın zirzəmisində güllələyiblər. 1955-ci ldə ona bəraət versələr də, haqqında çox az yazırdılar, ya heç yazmırdılar. Mir Cəfər Bağırovun məhkəməsinə məni də çağırmışdılar şahid kimi. Rusca danışdım. Elə sözlər dedim ki, Bağırov müttəhimlər kürsüsündə daşa dönmüşdü. Əhməd Cavadı Yazıçılar İttifaqından çıxaran yaramaz da orada idi. Eninə-uzununa döşədim. Nə qədər utanmazdılar ki, 1958-ci ildə Əhməd Cavadın çap edilən kitabına rəy yazırdılar, ön söz yazırdılar. Yəqin ki, mən olmayanda xatirə də yazacaqlar. Orada onun şeirlərini oğurlayıb öz adlarına çıxanları bir-bir sadaladım. Mən Əhməd Cavadın yaradıcılığını əzbər bilirəm, oğul. Bax, mənim üzümə vurulan qamçıların yerinə bax, oğul. Mən həmişə Əhməd Cavada sədaqətli qaldım...

2 saata yaxın söhbət elədik deməzdim Şükriyyə xanımla. Əməllicə dərdləşdik. Sağollaşanda dedi:

- Oğul, Şəmkirə, Çinarlıya da gəl, Batuma da get. Ünvanlari sənə vermişəm. Orada Fuadla, Ziya ilə görüş. Onlar sənə ətraflı məlumat verəcəklər. Yazarsan hamısını. İndi imkan verməzlər çap edəsən. Yazarsan, nə vaxt istəsən, çap etdirərsən...

Şükriyyə xanım 1993-cü ilin oktyabrında Şəmkirin Çinarlı kəndində dünyasını dəyişdi. Dünyalarca sevdiyi, ömrü uzunu yolunu gözlədiyi istiqlal şairi, incə, lirik şeirlər müəllifi olan ömür-gün yoldaşı Əhməd Cavada o dünyada qovuşmaq üçün!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see476

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see375

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see336

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see289

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see288

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see283

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see200

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see134

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri