Icma.az
close
up
RU
“Onun günahı böyükdür” Ayxan Abbasov

“Onun günahı böyükdür” Ayxan Abbasov

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Üzücü məğlubiyyət oldu. Azarkeşlərimizə təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik. Rəqibi təbrik edirəm. Çempionatda belə oyunlar olur, səndə heç alınmır, hər şey rəqib tərəfdə olur. Bu gün bizim üçün həmin matçlardan idi. Oyuna yaxşı başlasaq da, qol vursaq da, 20-ci dəqiqədən sonra komandada eniş hiss etdik.

Matçın qırılma anı Abdullahi Şuaybunun qırmızı vərəqə aldığı epizod idi. Bəlkə də 11 nəfərlə oynasaydıq, nələrisə dəyişə bilərdik. Növbəti qarşılaşmalara hazırlaşmalıyıq. Belə hadisələr ötən mövsümdə də başımıza gəlib. Zədələr var. Rotasiyalar etməkdə çətinlik çəkirik. Amma bu, bəhanə deyil. Komanda olaraq toparlanmağa ehtiyacımız var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqisi Ayxan Abbasov Misli Premyer Liqasının 8-ci turunun “Kəpəz”lə oyunundan (1:4) sonra keçirilən mətbuat konfransında deyib. Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Abdullahi Şuaybunun qırmızı vərəqə aldığı epizodu necə şərh edərdiniz?

- Şuaybunun günahı böyükdür. Təsəlli ediləsi bir şey yoxdur. Futbolçuları belə epizodlara hazırlamışdım. “Kəpəz”in oyunçuları var ki, rəqib hücumçuları özündən çıxarmağı bacarır. Onlardan biri Dioqo Verdaşkadır. Belə qırmızı vərəqələri bağışlamıram. Çünki komandanı pis vəziyyətdə qoydu. Bəlkə də özünü keçmiş komandasına göstərmək istəyir.

- “Şamaxı” “Kəpəz”ə nədə məğlub oldu?

- Bu gün rəqibdə hər şey alındı. Bizdən istəkli olduqlarını da demək lazımdır. İlk 20 dəqiqədə oynadığımız oyunu saxlamaq lazım idi. Qol da vurmuşduq. Bu gün əlbəttə rəqib bizdən üstün idi.

- Sizin iki həftə milli komandada olmağınızın təsiri ola bilər?

- Ötən ay millidən qayıdandan sonra ən yaxşı oyunumuzu oynamışdıq, “Karvan-Yevlax”a qalib gəldik. Mənim olub-olmamağımın məğlubiyyətə təsiri yoxdur. Bəzi futbolçular olmayanda, oyunumuz aşağı düşür. İrəli baxmaq lazımdır.

- İki həftə ərzində üç məğlubiyyət mental olaraq sizə necə təsir edir?

- Əlbəttə çətindir. Məğlubiyyətlərdən sonra daha güclü olmalısan. Neçə ildir Premyer Liqadayam. Ardıcıl məğlubiyyətlər də, qələbələr də olub. Bu dəqiqə biz futbolçularda özünəinam yaratmalıyıq. Bilirik ki, nə üçün vuruşuruq. Bəli, bizə uyğun rəqiblərlə matçlarda məğlubiyyət qəbuledilməzdir. Amma futbolda hər şey olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see336

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see334

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see325

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see277

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see263

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see247

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see242

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see241

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see240

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see212

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see198

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see196

Mərkəzi Bank sədrinin 10 mühüm mesajı

30 İyul 2026 09:34see196

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see191

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see186

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see180

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see179

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see176

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see173

Ukraynada F 16 qəzaya uğrayıb

30 İyul 2026 05:45see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri