Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Minsk qrupu artıq tarixdir: Regionda yeni dövr başlayır ŞƏRH

Minsk qrupu artıq tarixdir: Regionda yeni dövr başlayır ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“1 dekabr həm tarixi qərar, həm də Minsk qrupunun sonu oldu”

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun nəhayət ləğv edilməsi ATƏT-in tarixinin ən qaranlıq fəsillərindən birinə son qoyur və Azərbaycan Prezidentinin liderliyinin nəticəsidir. Azərbaycan diplomatik səyləri hərbi və təhlükəsizlik istiqamətində peşəkar fəaliyyətlə məharətlə birləşdirərək ölkənin maraqlarını qorumağı bacarıb. Minsk prosesinin haqlı şəkildə diplomatik müstəvidə tamamilə sıradan çıxarılması Azərbaycanın müasir tarixi üçün əsas dönüş nöqtəsi olmaqla yanaşı, Bakının beynəlxalq siyasətdəki mövqeyini də daha da möhkəmləndirir. Prezident İlham Əliyevin təsirli liderliyi ticarət marşrutlarının qorunması və regional təhlükəsizliyin təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır. Xüsusilə 2025-ci il avqustun 8-də Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilən tarixi görüş fonunda ATƏT-in Minsk qrupunun rəsmi şəkildə bağlanması və ona aid bütün bürokratik strukturların ləğv edilməsi gözlənilən idi. Həmin görüşdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi istiqamətində Birgə Bəyannamə imzalandı. Bu hadisə illərlə Azərbaycan barədə yanlış təsəvvürlər yaradan, müxtəlif beynəlxalq platformalarda Fransanın Azərbaycana qarşı qarayaxma kampaniyalarını dəstəkləyən səmərəsiz Rusiya, Fransa və ABŞ diplomatlarından ibarət Minsk qrupunun səssiz şəkildə fəaliyyətini dayandırmasının başlanğıcı oldu. 

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, ATƏT-in Minsk qrupu və onunla əlaqəli strukturların bağlanması prosesinin məhz 1 dekabrda başa çatması diqqət çəkir. Ekspertə görə, Ermənistan SSR Ali Sovetinin “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” qərarı 1 dekabr 1989-cu il tarixində qəbul edilib: "Sonra baş verənlər məlumdur: Qarabağ və ətraf rayonlar işğal edildi, münaqişənin həlli məqsədilə yaradılan Minsk qrupu isə Azərbaycan torpaqlarında işğala əsaslanan status-kvonu saxlamaq missiyasını həyata keçirirdi. 2020-ci ildə ərazi bütövlüyümüz, 2023-cü ildə suverenliyimiz bərpa edilsə də, Minsk qrupunun de-yure mövcudluğu Qarabağ məsələsinin beynəlxalq müstəvidə açıq qalması demək idi. Ermənistanda revanşistlər, diaspor və regionda maraqlı tərəflər həmsədrlik institutunun qalmasında iki perspektiv görürdülər. Birincisi, ermənilərin Qarabağa “qayıtmaq” adı ilə yenidən köçürülməsi, ikincisi, regionda şərtlərin dəyişə biləcəyi gələcəkdə münaqişəni yenidən aktuallaşdırmaq idi. Minsk qrupunun de-yure ləğv edilməsi Qarabağ məsələsinin beynəlxalq müstəvidə tamamilə bağlanması və gələcək təxribat imkanlarının da sıradan çıxması deməkdir. Və 1989-cu ilin 1 dekabr tarixində başlanan prosesin 36 il sonra 1 dekabrda məğlub edilməsi həm də simvolikdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri