Icma.az
close
up
RU
Onun puça çıxan sabotaj cəhdi

Onun puça çıxan sabotaj cəhdi

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ümummilli məsələləri öz siyasi maraqları üçün manipulyasiya etmək Əli Kərimlinin köhnə vərdişidir. 

O, indi də keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdış prosesinə qarşı müxalifətçilik etməyə başlayıb. Əli Kərimli iddia edir ki, guya keçmiş məcburi köçkünlərin öz evlərinə köçürülməsi ləng aparılır, bu məsələdə səhvə yol verilir, ərazilərin işğaldan azad edilməsindən ötən 5 il ərzində cəmi 15 minə yaxın insan öz evinə dönə bilib. Ağ yalan yenidən ortadadır. 

“Böyük Qayıdış” prosesinin bu mərhələsində Qarabağda məskunlaşma 30 mindən çoxdur. Lakin lazım olanda azaltma, özünə lazım olanda şişirtmə Əli Kərimli üçün adi sabotaj növüdür. Ona görə bu dəfə də ürəyi istəyən rəqəmi deyib ictimaiyyəti aldatmağa çalışır. 

Müxalifətçiliyi siyasi düşmənçilik kimi başa düşən Əli Kərimli ənənəvi prinsiplərinə sadiq qalaraq bununla da keçmiş məcburi köçkünlərin qayıdış məsələsindən sui-istifadə etməyə çalışıb. 44 günlük müharibədən sonra bir dəfə işğaldan azad edilmiş ərazilərə səfər etməyən, oradakı vəziyyətlə tanış olmayan Əli Kərimli indi şayiə yayır, şəxsi təxəyyülünə uyğun hesablamalar aparır, özünü erməni işğalından əziyyət çəkmiş insanların qayğısına qalan şəxs kimi qələmə verməyə çalışır. 

Əli Kərimlinin nə üçün Qarabağa, məcburi köçkünlərə “qarmaq” atdığını anlamaq çətin deyil. Çünki Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Xalq-Prezident birliyinin möhkəmlənməsi Əli Kərimli kimi perspektivi olmayan radikal şəxsi siyasi gündəmdən çıxarıb. Evlərinə dönən, məcburi köçkünlük həyatından xilas olan vətəndaşlar yaradılmış yeni şəraitə görə Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə minnətdarlığını bildirirlər. 

İndi keçmiş məcburi köçkünlər öz torpaqlarında Birinci Qarabağ müharibəsindən əvvəlkindən də təhlükəsiz və daha gözəl həyat yaşamağa başlayıb. Belə vəziyyətdə Əli Kərimli unudulmaqdan, yaddaşlardan silinməkdən qorxur. Ona görə də köçkünlərin köçürülməsində hansısa nöqsanlar axtarmağa, bundan öz siyasi məqsədləri üçün faydalanmağa səy göstərir. 

Siyasətdə olduğu illər boyu bir məcburi köçkünə yardım göstərməyən, onların problemləri ilə maraqlanmayan Əli Kərimlinin indi qayğıkeş obrazında peyda olması uğurlu qayıdış prosesini sabotaj etmək istəyindən başqa bir deyil. Əli Kərimlinin siyasi məntiqinə görə, ərazilər minalardan tamamilə təmizlənməmiş, yaşayış evləri, infrastruktur inşa olunmamış yüzminlərlə insanın kütləvi qayıdışı həyata keçirilməli imiş. 

Halbuki, bu, vaxt tələb edən və mərhələli prosesdir. Radikal müxalifətçilik xisləti Kərimlinin gözünü elə örtüb ki, o, məcburi köçkünlərin təhlükəsizliyini, həyatını düşünmür. 5 ildir işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə əməliyyatı aparılsa da, hələ bu proses tamamilə başa çatmayıb. 

Əli Kərimli isə deyir ki, hökumət insanların kütləvi Qarabağa qayıtmasına qarışmamalıdır. Görünür, bu, insanları öz siyasi maraqlarına qurban verməyə adət etmiş Əli Kərimli üçün adi haldır. 

Süleyman 
“Cebheinfo.az”

Açar sözlər: Əli Kərimli məcburi köçkün Qarabağa qayıdış

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Sentyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri