Onun titullarının sayı mənim yaşımdan çoxdur Mbappe
Fanat saytına istinadən Icma.az xəbər verir.
"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe xorvatiyalı komanda yoldaşı Luka Modriçin çoxlu sayda titul qazanmasına münasibət bildirib.
Fanat.Az "Liveresult"-a istinadən xəbər verir ki, fransız forvard Qitələrarası Kubokun finalında Meksikanın "Paçuka" komandasını məğlub etdikdən sonra paltardəyişmə otağında Modriçi tərifləyib:
"Mənim yaşımdan çox onun titulları var".
“Kral klubu” Meksika təmsilçisini 3:0 hesabı ilə məğlub edərək növbəti kubokunu qazanıb. Beləliklə, Luka Modriç "Real Madrid"lə karyerasında 28-ci titulunu qazanıb. Bu göstəriciyə görə, xorvatiyalı yarımmüdafiəçi “kral klubu”nun tarixində hamını qabaqlayır.
26 yaşlı Mbappe 2024-cü ilin yayından Madrid komandasında çıxış edir.
Mirağa


