Onun üçün də hər şey tam uğurlu keçməyib... Tramp Putinlə görüşlə bağlı yeni bəyanat yaydı...
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq planları və Rusiya lideri Vladimir Putinlə mümkün görüş barədə yeni açıqlama verib.
Moderator.az xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Yeni seşilmiş prezident "Newsmax" kanalının müharibəni bitirmək üçün strategiyası ilə bağlı sualı cavablandırıb: "Yalnız bir strategiya var və bu, Putindən asılıdır. Onun hadisələrin gedişindən xoşlanlandığını təsəvvür edə bilmirəm, çünki onun üçün də hər şey tamamilə uğurlu keçməyib"
Putinlə gözlənilən görüşdən danışan Tramp gözlənilən tarixləri açıqlamasa da, vəzifəyə gəldikdən sonra bunu ən qısa zamanda etməyi planlaşdırdığını qeyd edib.
"Onun görüşmək istədiyini bilirəm və mən də çox tez görüşməyə hazırlaşıram. Mən bunu daha tez edərdim, amma... ofisə getmək lazımdır. Bəzi şeylər üçün orada olmalısan", - deyə Tramp bildirib.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 14 Yanvar 2025 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















