Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Onun yoxluğunun bizə ziyanı olacaq Azər Salahlı

Onun yoxluğunun bizə ziyanı olacaq Azər Salahlı

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Neftçi”nin müdafiəçisi Azər Salahlı Misli Premyer Liqasının 28-ci turunda “Araz-Naxçıvan”la oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

- Çempionatdakı fasilədən sonra ilk oyunumuz idi. İstirahətin ardınca meydana çıxmaq asan olmur. Buna baxmayaraq, yaxşı çıxış etdik, epizodlarımız çox oldu. Sadəcə olaraq son anda bir qədər soyuqqanlığımız çatmadı. Buna görə də 1:1 hesabı qeydə alındı.

- 7 dəqiqəyə 2 qol vurulduqdan sonra sanki komandalar meydanda dayandılar, hər iki tərəf daha ehtiyatlı oynamağa başladı. Bu, nədən irəli gəlirdi?

- Deməzdim ki, ehtiyatlı oynamağa başladıq. Niyyətimiz oyuna aqressiv başlamaq idi. Belə də oldu. Erkən qol vurduq. Sonradan öz səhvimizdən, ehtiyatsızlıqdan qol buraxdıq. Yenidən hesabda önə keçə bilərdik. Epizodlarımız çox oldu. Lakin onlardan yararlana bilmədik.

- Cari mövsüm 4 oyunun heç birində “Araz-Naxçıvan”ı məğlub edə bilmədiniz. Naxçıvan klubu ilə bacarmamağınıza səbəb nədir?

- “Araz-Naxçıvan”la əvvəlki 3 görüşdə cəmi 1 xal qazanmışdıq. Ona görə də budəfəki matça xüsusi hazırlaşmışdıq. İstəyirdik ki, nəhayət 4-cü oyunda onlara qalib gələk. Təəssüf ki, ikinci hissədə əldə etdiyimiz  şansları qola çevirə bilmədik.

- Ola bilərmi ki, “Neftçi” çempionata tam köklənə bilmir, fikrinizin bir hissəsi kubokdadır?

- Təbii ki, kubok bizim üçün vacibdir. Lakin bu günə qədər ilk növbədə çempionat matçını düşünürdük. Yalnız bu gündən “Sabah”la matça köklənəcəyik və çox ciddi hazırlaşacağıq.

- Razısınız ki, mövsümün xilası üçün “Neftçi”nin kubokda minimum finala çıxması mütləqdir?

- Çempionatın sonuna 8 tur qalıb. Riyazi baxımdan Premyer Liqadan da avrokuboklara yollanmağımız mümkündür. Düzdür, çətindir, amma bu, baş verə bilər. Biz hər matça ciddi hazırlaşırıq. Təbii ki, indiki halda kubokdan Avropaya yollanmağımız daha real görünür. Görək mövsümün sonunda necə olur.

- Son oyunlarda “Neftçi”nin qollarını vuran Bassala Sambu cəza səbəbindən kubokun yarımfinalında komandaya kömək edə bilməyəcək. Onun yoxluğu oyununuza nə dərəcədə təsir edəcək?

-- Sambu həqiqətən də hazırda yaxşı formadadır. Son oyunlarda vacib qollar vurur, komandaya fayda verir. Belə halda onun yoxluğunun bizə ziyanı olacaq. Düşünürəm ki, Sambunun əvəzinə meydana çıxacaq hücumçular onu layiqincə əvəz edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://qol.az
archiveBu xəbər 30 Mart 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri