Borcunu istəyən iş yoldaşını döydü
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib.
Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib.
Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə günə qaytaracağına söz verib. Mahir də onun sözünü yerə salmayıb və ona borc verib.
Hadisədən xeyli müddət keçməsinə baxmayaraq, Mahir bir neçə dəfə Akifdən pulunu istəsə də, o, vaxt istəməklə prosesi uzadıb. Çarəsiz qalan Mahir Akifin tanışları vasitəsilə ona xəbər göndərib və pula ehtiyacının olduğunu deyib. Bir gün sonra axşam saatlarında Mahir qohumugildən gələrkən Akif qəfil ona hücum edib və onu döyüb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, Akif saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmədə tərəflər arasında barışıq elan olunub, zərərçəkmişə dəymiş ziyan ödənilib və cinayət işinə xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 04 Noyabr 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















