Icma.az
close
up
RU
Onunla aramızda heç bir problem yoxdur Azər Bağırov

Onunla aramızda heç bir problem yoxdur Azər Bağırov

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Kəpəz”in baş məşqçisi Azər Bağırovun QOL.az saytına müsahibəsi

- Artıq bir neçə gündür məşqlərə başlamısınız. Komandada vəziyyət, ab-hava necədir?

- Ayın 3-dən məşqlərə start vermişik. Hər şey qaydasındadır. Hazırlığımız çox yaxşı keçir. Artıq bütün futbolçular sıraya qayıdıb. 1-2 zədəli futbolçumuz var. Onlar da hazırda bərpa dövrü keçirlər.

- Transfer çalışmaları ilə bağlı nə kimi yeniliklər var?

- Yeni ilə görə adətən bütün transferlər “donur”. Yalnız son 1-2 gündə proses bərpa olunub. Danışıqlar gedir. Düşünürəm ki, yaxın bir həftə ərzində transferlərimiz tam bitəcək və heyətimiz formalaşacaq.

- Ümumiyyətlə, əsasən hansı mövqeləri gücləndirmək istəyirsiniz?

- İlk növbədə mərkəzə futbolçu axtarırdıq, 10 nömrə. Bildiyiniz kimi, artıq gürcü yarımmüdafiəçi Rati Ardazişvili ilə anlaşmışıq. Hazırda əsasən vingerlər barəsində düşünürük. Bir neçə namizədlərimiz var. Yaxın zamanda digər transferləri də yekunlaşdıracağıq.

- Mövsümün ikinci hissəsindən gözləntiləriniz nədir?

- Gözləntilərimiz çox ola bilər. Lakin indiki məqamda əsas istəyimiz mövsümün ikinci hissəsinə yaxşı start verməkdir. Bunu bacarsaq, çox yaxşı olar. İnanıram ki, bu gün məşqlərdə üzərində çalışdıqlarımızı rəsmi oyunlarda reallaşdıra biləcəyik.

- Orxan Əliyevin “Turan Tovuz”a keçidi barədə yayılan xəbər nə dərəcədə doğrudur?

- Bəli, Orxan Əliyev “Kəpəz”dən ayrıldı. Onunla müqaviləyə xitam verildi. Yəqin ki, bu gün-sabah keçidi açıqlanar. Yaxşı təklif aldı, buna görə də yollarımızı ayırdıq. Gələcək karyerasında Orxana uğurlar arzu edirəm.

- Heç kimə sirr deyil ki, uzun müddət futboldan kənarda qalan Orxan Əliyevi siz futbola qaytardınız. İndi çətin məqamda onun komandanı, dolayısı ilə sizi qoyub getməsi nə dərəcədə düzgündür?

- Futbolda belə hallar olur. Mən tərəfdən heç bir problem yoxdur. Yaxşı təklif alıb və dəyərləndirmək qərarına gəlib. Ümumilikdə götürəndə biz də onu anlayışla qarşıladıq. Hər şey qaydasındadır, aramızda heç bir problem yoxdur. Nə vaxtsa yenidən biryerdə çalışa da bilərik. Bu, futbol həyatıdır. Dediyim kimi, heç bir inciklik yoxdur, münasibətlərimiz də korlanmayıb. Böyük olduğumuza görə onu anlayışla qarşılayırıq. Həmişə futbolçularımıza dəstək olmağa hazırıq və olmuşuq da.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://qol.az
archiveBu xəbər 07 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri