Icma.az
close
up
RU
OPEC+ a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz azaldılıb

OPEC+ a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz azaldılıb

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-2026-cı illər üçün “OPEC+” razılaşmasına (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 54,01 mln. barel olacağı ehtimal olunur (proqnoz dəyişməyib), bu 2024-cü ilin göstəricisi ilə müqayisədə 0,81 mln. barel çoxdur.

Bununla yanaşı OPEC gələn il üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb. Proqnoza əsasən, 2026-cı ildə qeyd olunan göstəricinin 54,64 mln. barel səviyyəsində olacağı gözlənilir (öncəki proqnoz göstərici – 54,74), bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 0,63 mln. barel çoxdur.

Hesabatda qeyd olunur ki, ötən il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 53,2 mln. barel olub, bu 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,36 mln. barel çoxdur.

Xatırladaq ki, 2023-cü ildə “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı 51,84 mln. barel səviyyəsində olub.

Qeyd edək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Avqust 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri