OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Bu ilin avqust ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 448 min barel səviyyəsində olub ki, bu da aylıq müqayisədə 7 min barel azalma deməkdir.
"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, iyul ayında qeyd olunan göstərici 455 min barel səviyyəsində olub.
Məlumata əsasən, ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 454 min barel, ikinci rübündə isə 456 min barel təşkil edib. Beləliklə, ilin ikinci rübündə qeyd olunan göstərici 2 min barel artıb.
Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.
Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan avqust ayında "OPEC+" çərçivəsində kvotasından 103 min barel geri qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 10 Sentyabr 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















