Icma.az
close
up
RU
“OpenAI” şirkəti GPT 5.1 i təqdim edib

“OpenAI” şirkəti GPT 5.1 i təqdim edib

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“OpenAI” şirkəti GPT-5 seriyasının yeni versiyası olan “GPT-5.1”i təqdim edib. Yeni model “ChatGPT”ni daha ağıllı, təbii ünsiyyət quran və istifadəçilərin fərdi üstünlüklərinə daha uyğun hala gətirir. Yeniləmə əvvəlcə ödənişli istifadəçilərə, daha sonra isə bütün istifadəçilərə təqdim olunacaq.

Lent.az “OpenAI” şirkətinin məlumatına istinadla xəbər verir ki, yenilənmə iki əsas modeli əhatə edir.

Ən geniş yayılmış versiya olan “GPT-5.1 Instant” indi daha səmimi və daha ünsiyyətcildir. O, mürəkkəb sorğular zamanı daha çox vaxt tələb olunduğunu “anlayaraq” düşünmə sürətini tənzimləyə bilir, bu da cavabların dəqiqliyini və əsaslandırılmasını artırır. Bu, xüsusilə riyaziyyat və proqramlaşdırma tapşırıqlarında faydalıdır.

Digər model olan “GPT-5.1 Thinking” daha dərindən analiz və məntiqi nəticə çıxarma üçün nəzərdə tutulub. O, sadə sorğulara tez cavab verir, mürəkkəb suallara isə ətraflı və anlaşılan izahlar təqdim edir.

Eyni zamanda “OpenAI” “ChatGPT”nin üslub və ton tənzimləməsini sadələşdirib. İstifadəçilər “Dostyana”, “Effektiv”, “Peşəkar”, “Səmimi” və ya “Qeyri-adi” kimi hazır üslub variantlarını seçə bilər, həmçinin cavabların səmimilik dərəcəsini, lakonizmini və emodzi istifadəsini dəqiq tənzimləyə bilərlər.

“ChatGPT” hətta söhbət zamanı tonun dəyişdirilməsini təklif edə bilər ki, bu da istifadəçinin ünsiyyət tərzinə uyğunlaşdırma məqsədi daşıyır.

“GPT-5.1”in tətbiqi mərhələli şəkildə aparılır. Əvvəlcə Pro, Plus, Go və Business istifadəçiləri, sonra pulsuz və sistemə daxil olmayan istifadəçilər yeniləmədən istifadə edə biləcəklər. Enterprise və Edu müştəriləri üçün isə 7 günlük erkən giriş imkanı nəzərdə tutulub.

Əvvəlki “GPT-5” versiyaları üç ay ərzində əlçatan olacaq, bu müddət ərzində istifadəçilər yeni sistemə uyğunlaşa biləcəklər.

“GPT-5.1” həmçinin API vasitəsilə də təqdim olunacaq və hər iki modeldə adaptiv düşünmə funksiyasını dəstəkləyəcək. Yenilənmə “ChatGPT”ni daha dəqiq, sürətli və gündəlik istifadə, iş və təhsil üçün daha əlverişli edir.

Bu, istifadəçinin ehtiyac və ünsiyyət tərzinə uyğunlaşan fərdiləşdirilmiş “ChatGPT”yə doğru növbəti addımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Noyabr 2025 06:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri