Icma.az
close
up
RU
Opera və Balet Teatrının baş dirijoru Çində beynəlxalq Forumda çıxış edib

Opera və Balet Teatrının baş dirijoru Çində beynəlxalq Forumda çıxış edib

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çinin paytaxtı Pekində Dünya İfaçılıq Sənətləri Assosiyasiyası (WAPA) və Çin Dövlət İfaçılıq Sənəti birliyinin (NCPA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib.

“Qlobal İfaçılıq Sənəti: Davamlı gələcəyə doğru” adı altında keçirilən foruma dünyanın nüfuzlu opera teatrları, incənəsət  və musiqi kollektivlərinin rəhbərləri, tanınmış dirijor və sənət xadimləri dəvət olunub.

1-4 noyabr tarixlərində Çin Dövlət İfaçılıq Sənəti Mərkəzinin Opera Teatrı və Filarmoniyasında baş tutan forumda müxtəlif mövzulara dair dəyirmi masa və müzakirələr keçirilib. Forumda Azərbaycanı Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Respublikanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev təmsil edib.

Forumun rəsmi açılış mərasimində Çinin Mədəniyyət və Turizm Nazirliyi, Çin Dövlət İfaçılıq Sənəti Birliyi, UNESCO və Pekin şəhər meriyasının rəhbərliyi tərəfindən iştirakçılara ünvanan təbrikləri oxunub. Çıxışlarda dünyadakı mürəkkəb geosiyasi vəziyyətdə ölkələr arası mədəni körpülərin qurulması, cəmiyyətin sağlam mənəvi inkişafı proseslərinə dəstək, uşaq və gənclərin mədəni layihələrə cəlb olunması və istedadların formalaşmasında nüfuzlu qurumların fəaliyyətinin xüsusi önəmi qeyd olunub. Forumun işində yaxından iştirak edən məşhur opera teatrları və musiqi kollektivlərinin rəhbərləri – Londonun Kral Opera Teatrı “Kovent Qarden” baş direktoru Alex Beard, Berlin Dövlət Opera Teatrının rəhbəri Rolf Suhl, Oman Kral Opera Teatrının direktoru Umberto Fanni, Nyu Yorkun Carnegie Hall zalının beynəlxalq əlaqələr departamentinin rəhbəri Anna Weber, Sürix Opera Teatrının direktoru Matthias Schulz, Seul İncəsənət Mərkəzinin rəhbəri Chang Joon, Filadelfiya Sinfonik orkestrinin prezidenti Narius Tarnopolski, Fransanın Bordo Milli Opera teatrının direktoru Emmanuel Hondre və London Kral Filarmonik orkestrinin direktor müavini Huw Davisin çıxışları maraqla qarşılanıb.

Dirijor Əyyub Quliyevin  “Azərbaycan Opera və Balet sənəti – Şərq və Qərbin qovuşduğu məkan” məruzəsi zamanı 1908-ci il Şərqdə ilk opera “Leyli və Məcnun”un yaranması tarixindən indiyənə qədər Azərbaycan musiqi və teatr sənətinin dünyaya verdiyi töhfələr barədə geniş məlumat verilib. Çıxış zamanı  Azərbaycan Dövlət Akademik Opera Teatrının təqdimatında “Leyli və Məcnun” operasının (Mənsum İbrahimov və Nəzakət Məmmədovanın ifasında) video çarxı böyük marağa səbəbə olub. Digər müzakirələr zamanı Cənubi Amerika Opera Assosiasiyası (Opera Latino America), Avropa Opera Birliyi (Opera Europe), Yaponiyanın “New Tokio” , Argentina, Braziliya, Yeni Zelandiya, Cənubi Afrika (Cape Town), Şanxay və Guangzhou milli opera teatrlarının rəhbərləri arasında təcrübə və ideya mübadiləsi baş tutub.

Forumun son günü WAPA – Dünya İfaçılıq Sənətləri Assosiyasiyası yekun iclasında ümumi bəyannamə qəbul edilib. Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 2019-cu ildən həmin birliyin tam hüquqlu üzvüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri