“Opta” Messinin komandasının favorit saymadı
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Opta” superkompüteri DÇ-2026-nın 1/4 final mərhələsi başa çatdıqdan sonra dünya çempionluğu ilə bağlı proqnozunu yeniləyib.
İdman.Biz xəbər verir ki, turnirin əsas favoriti Fransa millisi hesab olunur. “Üçrənglilər”in dünya çempionu olmaq ehtimalı 33,81 faiz qiymətləndirilib.
Siyahıda ikinci pilləni İspaniya millisi tutur. Luis de la Fuentenin rəhbərlik etdiyi komandanın titul qazanmaq şansı 24,16 faizdir.
Əsas namizədlərin ilk üçlüyünü İngiltərə millisi tamamlayır. Tomas Tuxelin komandasının çempionluq ehtimalı 21,97 faiz göstərilib.
Yarımfinal iştirakçıları arasında ən aşağı göstərici hazırkı dünya çempionu Argentinaya məxsusdur. Lionel Messinin kapitanı olduğu komandanın titulunu qorumaq şansı 20,06 faiz qiymətləndirilib.
DÇ-2026-nın yarımfinal mərhələsində Fransa İspaniya ilə, İngiltərə isə Argentina ilə qarşılaşacaq. Bu mərhələnin oyunları müvafiq olaraq iyulun 14-də və 15-də keçiriləcək. Dünya çempionatının final matçı iyulun 19-na nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 12 İyul 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















