Icma.az
close
up
RU
“Optimal”dan kreditlə tikiş maşını aldı, 5 dəfə təmir etdilər, sonra isə qaytarmadılar... GÖYÇAY SAKİNİ KREDİTİ ÖDƏMƏYƏ MƏCBUR EDİLİR

“Optimal”dan kreditlə tikiş maşını aldı, 5 dəfə təmir etdilər, sonra isə qaytarmadılar... GÖYÇAY SAKİNİ KREDİTİ ÖDƏMƏYƏ MƏCBUR EDİLİR

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Göyçay rayon sakini, 1-ci qrup gözdən əlil Abdullayev Ramin Məhəmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Optimal” mağazası tərəfindən dələduzluqla üzləşib:

"2023-cü ilin aprel ayında “Optimal” mağazaya yaxınlaşıb, kreditlə paltartikən maşın almaq istədiyimi bildirdim. Nəticədə, 2 illik zəmanətlə tikiş maşınını alıb, evə gətirdim.

Bir müddət sonra maşın işləmədi. Mağazaya qaytardım, dedilər ki, servisə göndəriləcək, oradan nə cavab gəlsə, sizə bildirəcəyik.

Maşın 2 ay servisdə qaldı. Sonra zəng etdilər ki, gəlin götürün. Gətirdim, yenə işləmədi. Yenə apardım, mağazada özləri yoxladılar və gördülər ki, həqiqətən maşın işləmir. Dedilər, yenə servisdə düzələcək.

Bu proses 5 dəfə təkrarlandı. Aradan bir il keçdi, hər dəfə eyni problem.

Sonuncu dəfə maşını servisə göndərdim, 5-6 ay keçdi, heç bir xəbər çıxmadı. Sonra mağazaya yaxınlaşdım, gördüm mağaza bağlanıb. Ucarda, Ağdaşda, digər rayonlarda olan filiallara da getdim, heç kim cavab vermədi.

70 manata qədər ödəmişdim, sonra ödənişi dayandırdım. Maşını düzəldib verməyiblər ki, ödənişi də edim.

2024-cü ilin sonlarında, 2025-ci ilin əvvəlində “Ferrum Kapital” deyilən təşkilat mənə zəng edib, borc tələb etməyə başladı. Dedim ki, məhsul mənə qaytarılmayıb, mən necə pul ödəyim? Hədələdilər ki, məhkəməyə veriləcəksən. Sonra bildiriş gəldi ki, əgər məhkəmə prosesində iştirak etməsən, qərar veriləcək. Etiraz ərizəsi yazdım, amma heç bir faydası olmadım.

Mən birinci qrup əliləm, heç yerdən kredit verilmir. İllərlə müştəri olmuşam, amma bu son məhsulla bağlı başıma bu iş gəldi.

Polisə də müraciət etmişəm, dedilər ki, bu, 2022-ci ilə aiddir, biz tapa bilmərik. Hazırda isə “Ferrum Kapital” məndən pul tələb edir. Bu nə qədər doğru bir addımdır? Malımı vermirlər, amma pul tələb edirlər. Bu qədər qanunsuzluq olar?

Belə çıxır ki, bank gedib dələduzlarla müqavilə bağlayır və ikitərəfli vətəndaşları aldadırlar. Mən maşını aldığım vaxt bankdan xəbərim olmayıb. Çox alış-veriş etmişəm onlardan. Hər zaman daxili kredit açılıb. Bu dəfə həm xarab mal satdılar, həm də pulumu mənimsədilər.

Hər kəsə bəllidir ki, bank müqavilə bağladığı şirkətlə zəmanət müqaviləsi imzalayır. Mal xarabdırsa, niyə bunun bütün əziyyətini mən çəkməliyəm?"

Məsələ ilə bağlı bank sahəsi üzrə ekspert Əkrəm Həsənovla əlaqə saxladıq. O, bildirdi ki, müqavilə əsasında “Ferrum Kapital”dan pul götürülübsə, əlbəttə, pul ödənilməlidir: "Maşın xarab çıxıbsa, vətəndaş bu problemi mağaza ilə həll etməlidir. Mağazanı məhkəməyə verməlidir. Yenə də sənədləri görməmiş bu haqda düzgün rəy bildirmək biraz çətindir". 

Məsələ ilə bağlı “Optimal” mağazalar şəbəkəsi ilə əlaqə saxlamaq mümkün olmadı. 

Jalə FAMİLQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyul 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri