Icma.az
close
up
RU
Oqtay Qasımov: “Gürcüstan hökuməti mənfi variantlara hazır və qətiyyətlidir” KONKRET

Oqtay Qasımov: “Gürcüstan hökuməti mənfi variantlara hazır və qətiyyətlidir” KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gürcüstanda baş verən hadisələr geopalitik savaşın tərkib hissəsi kimi də dəyərləndirilə bilər. Bölgə uğrunda  mübarizə gedir. Doğrudur, Gürcüstan hakimiyyətini birmənalı şəkildə Rusiya yönümlü adlandırmaq da yanılış olardı”.

Bunu KONKRET.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

“Hazırkı hökumət  Gürcüstanın maraqlarından çıxış edib. Ukrayna savaşı başlayandan bəri Gürcüstan üzərindən ikinci cəhbənin açılamasına icazə verməyiblər. Bu, Gürcüstan üçün ağır nəticələrə gətirib çıxara bilərdi. Təbii ki, Gürcüstan kökumətindən narazı olan Qərb  onun dəyişdirilməsinə cəhd edib. Cəhdlərini bu gün davam etdirirlər. Son bir ildə təzyiqlər daha intensiv xarakter alıb. Bu ilin əvvəlindən iyun ayına qədər Gürcüstanda ciddi etiraz aksiyalarının şahidi olduq. Bu, Gürcüstan parlamentinin xarici agentlərlə bağlı qəbul etdiyi qərarlarla bağlı idi.

Gürcüstan hökumətini bu məsələlərdə dayandıra bilməyən Qərb, onu devirmək üçün küçə etirazlarının yetərli olmadığını  gördükdən sonra seçkilər vasitəsi ilə bunu etməyə çalışdı. Seçkilərə qədər biz Qərbdən Gürcüstan hökumətinə ciddi basqılar müşahidə etdik. Bundan başqa seçkilər ərəfəsində proseslərə kopud müdaxilələrin şahidi olduq. Bir çox ölkələrin Xarici İşlər Nazirlərinin, səfirlərinin  məsələyə ciddi müdaxiləsi oldu. Seçkilərdə Gürcüstan vətəndaşları hakim partiyaya səs verdikdən sonra Qərb seçkinin nəticələrini tanımadı. Yeni seçkilərin keçirilməsini tələb etsələr də, Gürcüstan hökuməti də bunu qəbul etmədi. Məhz Konstitusiya Məhkəməsi nəticələri qəbul etdikdən sonra, Gürcüstan prezidenti parlamentin ilk iclasını çağırmadığına görə hökumət  özü iclas keçirdi. Artıq yeni hökumət formalaşıb. Müxalifət parlamentin iclaslarında iştirak etmədiyi üçün təbii ki, müəyyən problemlər qalmaqdadır. Xüsusilə də dekabrın 14-də keçiriləcək prezident seçkiləri Gürcüstanda yenidən etirazları qızışdırır, gərginliyi artırmaqdadır. Hökumətin Avropa İttifaqı ilə bağlı məsələlərin 2028-ci ilə qədər gündəmdə olmayacağı ilə bağlı açıqlamalar fərqli formada xalqa çatdırıldı. Bu isə Gürcüstanda vəziyyəti gərginləşdirib.

Proseslərdə kifayət qədər neqativ rolu Gürcüstan prezidenti oynamaqdadır. Bu şəxs konstitusiyaya görə siyasi proseslərdə iştirak etməməlidir. Amma prezident konstitusiyanı kopud şəkildə pozaraq proseslərdə aktiv şəkildə iştirak edir. Bu da onu göstərir ki, Gürcüstanda gərginlik özünün növbəti mərhələsinə qədəm qoyur. Digər tərəfdən, əsas problem odur ki, tərəflər kompramisə getmək niyyətində deyillər. Ona görə də vəziyyət kifayət qədər ciddidir. Gürcüstan hökumətinə gəldikdə isə hökumət özünü kifayət qədər inamlı aparır və əsas məsələ ondan ibarətdir ki, hələlik güc strukturları hökumətə tabedir və onu müdafiə edir. Gürcüstan hökuməti də bütün mənfi variantlara, ssenarilərə özünü hazırlayıb və bunun qarşısını almaq üçün qətiyyətli olduğunu göstərməyə çalışır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Dekabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri