Icma.az
close
up
RU
Ora ediləcək hər bir hücum dünyanı fəlakətə sürükləyə bilər FOTO

Ora ediləcək hər bir hücum dünyanı fəlakətə sürükləyə bilər FOTO

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA), Ukraynanın Çernobil Nüvə Stansiyasında radioaktiv sızıntının qarşısını almaq üçün inşa edilən nəhəng polad konstruksiyanın fevral ayında həyata keçirilən dron hücumu nəticəsində zədələndiyini və artıq əsas təhlükəsizlik funksiyasını itirdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, agentliyin məlumatına görə, "Yeni Qoruyucu Qalxan" adlanan bu polad qurğunun xarici örtüyündə yanğın baş verib və konstruksiya radioaktiv materialların yayılmasının qarşısını əvvəlki kimi effektiv şəkildə ala bilmir. UAEA bildirir ki, stansiyada nüvə təhlükəsizliyinin tam bərpası üçün genişmiqyaslı təmir və bərpa işlərinə ciddi ehtiyac var.

UAEA-nın açıqlamasında qeyd olunur ki, müfəttişlər keçən həftə obyekt üzərində dəyərləndirmələri tamamlayıb. Strukturda məhdud miqyaslı müvəqqəti təmir aparılsa da, bu işlər uzunmüddətli təhlükəsizlik üçün kifayət deyil. Damdakı zədələrin genişləndiyi, bu səbəbdən daha ciddi bərpa işlərinə ehtiyac yarandığı vurğulanıb.

Hesabatda həmçinin bildirilib ki, Ukraynadakı Zaporojye Nüvə Elektrik Stansiyası müharibə başlayandan bəri 11-ci dəfə olaraq bütün xarici enerji təchizatını müvəqqəti olaraq itirib. Yarım saat davam edən enerji kəsintisindən sonra stansiya 330 kV-luq xəttə yenidən qoşulsa da, əsas 750 kV-luq xətt hələ də sıradan çıxmış vəziyyətdədir.

Qrossi qeyd edib ki, bölgədə gecə boyunca davam edən hərbi fəaliyyət elektrik şəbəkəsinə təsir göstərib və ölkədə fəaliyyət göstərən digər nüvə stansiyalarının da istehsalı azaltmasına səbəb olub. O, nüvə qəzası riskinin artmaması üçün tərəfləri maksimum ehtiyatlı olmağa çağırıb.

Ukrayna rəsmiləri dron hücumu ilə bağlı məsuliyyətin Rusiya daşıdığını iddia edib. Rusiya isə bu iddiaları rədd edir. UAEA fevral ayında verdiyi açıqlamada radiasiya səviyyələrinin sabit olduğunu və hər hansı sızıntı qeydə alınmadığını bildirmişdi.

Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Dekabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri