“Orada konsertinə icazə verilirsə, deməli, səviyyəsi var”
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Konsert vermək üçün həvəs və istək lazımdır. Bir şeyi əldə etmək istəyirsənsə, buna inanmalısan. İstəsən, baş tutacaq. Qarşına məqsəd qoymalısan”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “1001 şou” verilişində deyib. O, Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etməyə hər müğənniyə icazə verilmədiyini bildirib:
“Təbii ki, bu gün Heydər Əliyev Sarayı kimi böyük bir məkanda konsert verməyə hər müğənnini buraxmırlar. Əgər bir müğənniyə icazə verilirsə, deməli, onun müəyyən səviyyəsi, titulu var ki, orada konsert verir.
Bundan əlavə, Heydər Əliyev Sarayının ab-havası çox ağırdır. Orada konsert vermək böyük məsuliyyətdir. Müəyyən xərclər var və ən böyük məsuliyyət canlı oxumaqdır.
Səhnəyə çıxanda istəyirsən ki, zalı dolu görəsən. Hər bir müğənninin arzusudur ki, anşlaq olsun. Konsertə üç-dörd gün qalmış biletlər tükənsin, insanlar bilet tapmaq üçün əl-ayağa düşsün, sənə zəng etsinlər. Bu, sənə böyük şərəf verir, zövq alırsan. Bütün bunlar baş verəndən sonra isə rahatlaşırsan və konsertdə rahat oxuyursan”.
Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Vüsal Əliyev Heydər Əliyev Sarayında konsert vermək üçün dəfələrlə müraciət etdiyini, lakin müsbət cavab ala bilmədiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 22 Oktyabr 2026 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















