Icma.az
close
up
RU
Qurban Qurbanova istefa ilə bağlı sual verilirsə, deməli...

Qurban Qurbanova istefa ilə bağlı sual verilirsə, deməli...

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Bunu qəbul etmək nə qədər çətin olsa da, Azərbaycan klubları və azarkeşləri üçün avrokubok mövsümü “Ayaks”la oyunun 15-ci dəqiqəsində Romao meydandan qovulanda bitdi.

Bəli, “Qarabağ” ilk 15 dəqiqədə çox inamlı oynadı, rəqibi meydanın özünə aid hissəsinə sıxışdırdı, amma azlıqda qalandan sonra belə nəhəng rəqibin öhdəsindən gələcəyimizə inanmaq axmaqlıq olardı. Təbii, “Qarabağ” “Tottenhem” deyil ki, azlıqda da üstün oynamağı bacarsın. Belədə söhbət yalnız “Ayaks”a müqavimət göstərməkdən, daha abırlı hesabla uduzmaqdan gedə bilərdi ki, sonda bunu da bacarmadıq.
Artıq əminliklə demək olar ki, bu “Qarabağ” çox uzaq tarixdə yox, elə bu ilin fevralında, martında “Braqa”ya, “Bayer-04”ə qan udduran komandanın miskin kölgəsidi. “Niyə belə oldu” sualı ətrafında saatlarla danışmaq, diskussiya açmaq olar. Amma bütün bunların əhəmiyyəti yoxdu. “Qarabağ”ın avrokuboklarda zəfər yürüşünə başladığı 2009-un iyulundan bəri ilk dəfə Qurban Qurbanova ictimaiyyət önündə istefasının mümkünlüyü ilə bağlı sual verilirsə, deməli, gerçəkdən işlər qaydasında deyil. Mənə elə gəlir ki, Qurban bəy özü də bunun fərqindədi, sadəcə, məsuliyyət hissini itirən futbolçularını medianın, futbolsevərlərin ayağına vermək istəmir, heç şübhəsiz, onlarla paltardəyişmə otağında bir cür, onlar haqda jurnalislər önündə başqa cür danışır.
Şotlandiyalı Nikolas Uolşun müzakirəyə açıq olan dörd qərarı var. Söhbət Andrade rəqib qapısına yol taparkən ofsayd olub-olmamasından, Romaonun meydandan qovulmasından, ilk qolda Yankoviçin kobudluğa məruz qalıb-qalmamasından, Medinanın Rasmussenə qarşı kobudluğuna görə təyin olunan penaltinin “legitimliyindən” gedir. Əksər hakimlərin və mütəxəssislərin fikrincə, Uolşa bu qərarlara görə irad tutmağa dəyməz. Uzaqbaşı referinin meydan sahiblərinə heç bir simpatiya bəsləməməsindən gileylənə bilərik ki, futbol qaydalarında da bununla bağlı heç bir bənd yoxdu.
Artıq neçənci dəfə ayrı-ayrı futbolçuların məsuliyyətsiz qərarlarının güdazına getdik – bunu etiraf etmək, “dəsmal götürüb ağlamaq” lazımdı. Yığmada da belədi, “Qarabağ”da da. Konkret nümunələr üzərində dayanmaq vaxt aparar. Sadəcə, bir-iki detala toxunacam. Romaonun qovulduğu epizodda qərar vermək baxımından ən azı dörd variantı var idi. Məsələn, topu qapıçıya ötürə, meydandan çıxara və təkrar zərbə ilə rəqibə aid hissəyə qaytara bilərdi. Ancaq ən uğursuz qərarı verərək, Qodtsla təkbətək mübarizəyə girişdi və meydandan qovuldu. Üstəlik əməllərindən heç bir nəticə çıxarmayan Cəfərquliyev də həmin epizodda “sarı” aldı. Başqa məqamlar da var: rəqibin 1-ci qolunda Yankoviç, 2-ci qolunda Zubir uzun müddət topu özündə saxlamaqla nə etmək istəyirdi? Doğrudanmı, onlar qarşıdakı rəqibin üçqat Azərbaycan çempionu “Kəpəz” yox, ÇL-in dördqat qalibi “Ayaks” olduğunu bilmirdilər?
Qurban bəy oyundan sonra hələ vəziyyəti dəyişmək üçün imkanların olduğunu, böyük klublarla qarşılaşdıqlarını, irəlidə “Qarabağ”ı çox oyun gözlədiyini desə də, reallıq fərqlidi. Bəli, üçü səfərdə olmaqla 5 oyun qalır, bəli, nəzəri cəhətdən bütün oyunlarda qalib gəlməklə 15 xal toplamaq mümkündü. Amma və lakin... “Qarabağ”ın oyunçuları belə qəhrəmanlığa hazır deyil. Nə legionerləri, nə də yerli futbolçuları! Ümumiyyətlə, bəzən adama elə gəlir ki, onlar cari mövsümdə “kim daha çox səhv edəcək” yarışına çıxıb. Bu qədər səhv edən komandanın yeri isə elə sonuncu pillədi.
HUŞƏNG

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Noyabr 2024 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri