Orban onları “qorxaq dovşanlar” adlandırdı
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstanın Baş naziri Viktor Orban Aİ liderlərini ABŞ Prezidenti Donald Trampla idxal tariflərini müzakirə etməkdən qorxan “qorxaq dovşanlar” adlandırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o bu haqda Budapeştdə mətbuat konfransında danışıb.
Orban bildirib ki, Aİ öz təkliflərini amerikalılara müstəqil şəkildə təqdim etməlidir:
“Aİ liderləri qorxaq dovşanlar kimi oturub taleyini gözləyirlər. Ancaq qorxaqların gələcəyi yoxdur. Biz etimad göstərib danışıqlara başlamalıyıq”.
O, həmçinin Aİ-nin hazırkı rəhbərliyinin Birləşmiş Ştatlarla iqtisadi mübahisədə cəmiyyətin maraqlarını effektiv şəkildə qoruya biləcəyinə şübhə ilə yanaşdığını deyib, Almaniya və Fransanın təşəbbüsü öz üzərinə götürməli olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 12 Fevral 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















