Azərbaycan boksçusu Olimpiya 2 cisi oldu
Qol.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
QOL.az xəbər verir ki, Seneqalda 51 kq çəki dərəcəsində mübarizə aparan milli komandamızın üzvü finalda Qrenyellis Qarsiya (Venesuela) ilə üz-üzə gəlib.
Döyüşdə rəqib qalib gəldiyi üçün Hüseynova Olimpiya Oyunlarının ikincisi olub. O, bununla da Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.
Qeyd edək ki, Gülər Hüseynovadan əvvəl oğlan boksçularımızdan Rüfət Hüseynov (49 kq) Nankin-2014-də qızıl, Sinqapur-2010-da Salman Əlizadə (48 kq) ilə Elvin İsayev (57 kq) gümüş, Buenos-Ayres-2018-də isə Nurlan Səfərov (60 kq) bürünc mükafat əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 12 Noyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















