Orban: Putin dürüst tərəfdaşımız, Ərdoğan ilə Netanyahu dostlarımızdır
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hurriyyet.az "Qazeta.ru" portalına istinadla xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban "Magyar Nemzet" qəzetinə müsahibəsində RF Prezidenti Vladimir Putini "dürüst tərəfdaş", Türkiyə Prezidenti R.T.Ərdoğan ilə İsrailin Baş naziri Binyamin Netanyahunu "dostlarımız" adlandırıb.
Orban bildirib ki, sağlam ölkənin xarici siyasətinin hədəfi dostlar toplamaqdır.
Orban deyib: "Dünyada macarların uğurunda maraqlı olan ölkələrin sayı mümkün qədər çox olmalıdır. ABŞ-ın yeni Prezidenti Donald Trampın Macarıstana xoş münasibəti var. Çin Xalq Respublikasının sədri Si Cinpin Avropa İttifaqının cəmi iki ölkəsinə - Fransa ilə Macarıstana səfər edib. Türkiyə Prezidenti dostumuzdur, Rusiya Prezidenti dürüst tərəfdaşımızdır, İsrailin Baş naziri yaxşı dostumuzdur. Macarıstan diplomatiyası tarixində demək olar ki, bunun bənzəri olmayıb".
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Dekabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















