Orban Rusiyaya qarşı sanksiyalara yenidən baxılmasını təklif edib
Icma.az, Aznews.az portalına istinadən məlumat verir.
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara yenidən baxmalıdır, çünki onlar enerji qiymətlərinin artmasına səbəb olub və Avropanın rəqabət qabiliyyətini zəiflədir.
Bu barədə Macarıstanın baş naziri Viktor Orban məlumat verib.
Siyasətçi xatırladıb ki, Aİ liderləri noyabrın 8-də Budapeştdə keçirilən qeyri-rəsmi sammitdə Avropanın Rəqabət Qabiliyyəti haqqında Bəyannaməni imzalayıblar.
Bu sənəd, digər məsələlərlə yanaşı, neftin, qazın və elektrik enerjisinin qiymətlərinin əvvəlki səviyyələrinə qayıtması üçün qəbul edilib.
“Enerji qiymətləri bütün mümkün vasitələrlə aşağı salınmalıdır. Bu o deməkdir ki, [Rusiyaya qarşı] sanksiyalara yenidən baxılmalıdır, çünki mövcud sanksiyalar siyasəti ilə enerji qiymətləri azalmayacaq”, - Orban bildirib.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 15 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















