Orban Zelenskidən Drujba kəmərini dərhal açmağı tələb etdi
Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna prezidenti Zelenskiyə müraciət edib və ondan “Drujba” qaz kəmərinin fəaliyyətinin ərpa etməyə çağırıb.
Azpost.info bildirir ki, Orban bu barədə birbaşa müraciətində deyib.
Orban vurğulayıb ki, Zelenski dörd ildir davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı suveren Macarıstan hökumətinin və Macarıstan xalqının mövqeyini qəbul etmir: “Dörd ildir ki, Macarıstanı ölkənizlə Rusiya arasında müharibəyə sürükləməyə çalışırsınız…İndi Macarıstanın enerji təchizatı üçün çox vacib olan Drujba neft kəmərini bağlamısınız. Hərəkətləriniz Macarıstanın maraqlarına ziddir və macar ailələrinin təhlükəsiz və əlverişli enerji təchizatını təhdid edir. Buna görə də sizi Macarıstan əleyhinə siyasətinizi dəyişdirməyə çağırıram”.
Orban bildirib ki, Macarıstan xalqı Ukraynanın düşdüyü vəziyyətə görə heç bir məsuliyyət daşımır: “Biz Ukrayna xalqının düşdüyü vəziyyətə acıyırıq, lakin müharibədə iştirak etmək istəmirik. Biz hərbi əməliyyatları maliyyələşdirmək və elektrik enerjisi üçün daha çox pul ödəmək istəmirik. Sizi Drujba neft kəmərinin işini dərhal bərpa etməyə və Macarıstanın enerji təhlükəsizliyinə qarşı hər hansı bir əlavə müdaxilədən çəkinməyə çağırıram”.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 26 Fevral 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















