Icma.az
close
up
RU
Orbanın 16 illik hakimiyyətinə son qoyan Péter Magyar kimdir? DOSYE

Orbanın 16 illik hakimiyyətinə son qoyan Péter Magyar kimdir? DOSYE

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Macarıstanda keçirilən parlament seçkiləri əsas müxalifət partiyası “Tizsa”nın qələbəsilə yekunlaşdı. Müxalifət parlamentdə 138 yer qazanaraq Baş nazir Orbanın 16 illik hakimiyyətinə son qoyub.
Parlament seçkilərində qalib gəlmiş “Sayğı və Azadlıq Partiyası”nın (Tisza) lideri Péter Magyar indi Avropada diqqətləri özünə çəkib.
Péter Magyar kimdir?
Modern.az-ın məlumatına görə, Péter Magyar uzun müddət dövlət idarəçiliyi və bizneslə əlaqəli strukturlarda çalışıb. O, dövlət şirkətlərində vəzifələr tutub və hakim “Fides” partiyası ilə əlaqələri olub.

Péter Magyar geniş tanınmanı 2024-cü ilin əvvəlində hakimiyyətlə açıq münaqişədən və ölkədə idarəetmə sistemini sərt tənqid etməsindən sonra qazanıb. Onun açıqlamaları böyük ictimai rezonans doğurub və kütləvi etiraz əhval-ruhiyyəsinə səbəb olub.

Péter Magyar 16 mart 1981-ci ildə Budapeştdə Macarıstan cəmiyyətinin elitası sayılan bir ailədə anadan olub.

Onun babası Ereş Pal Macarıstan Ali Məhkəməsinin hakimi və 1970–80-ci illərdə ölkənin məşhur media siması idi. O, dövlət televiziyasında illərlə yayımlanan “Hüquqi işlər” proqramının aparıcısı olub. Real məhkəmə işlərini təhlil etməsi dövrün populyar mədəniyyətinə daxil olmuşdu, onu küçədə tanıyırdılar və ölkənin ən nüfuzlu hüquqşünaslarından biri hesab edirdilər.

Peter Magyarın xaç atası isə onun nənəsinin qardaşı, Budapeşt universitetlərindən birinin hüquq professoru Ferents Madl idi. O, sonradan “Fides” partiyasına qoşulub və 2000–2005-ci illərdə Macarıstanın prezidenti olub.

Peter Magyarın valideynləri də hüquqşünas idi. Buna görə də onun universitetdə hüquq təhsili alması təəccüblü deyil.

Bundan əvvəl isə Magyar Budapeştin mərkəzində yerləşən elit Piarist katolik məktəbini bitirib. O, daha sonra BBC müxbiri Nik Torpa verdiyi müsahibədə məhz burada ilk dəfə Viktor Orbanla qarşılaşdığını bildirib.

— 45 yaşlı siyasətçi 2024-cü ildə “Tizsa” partiyasına qoşulub. Formal olaraq pro-Avropa yönümlü olan bu partiya 2020-ci ilin oktyabrında yaradılıb, lakin əvvəlki parlament seçkilərində iştirak etməyib.

— Peter Magyar 12 il Viktor Orbanın “Fides” partiyasının üzvü olub və indi ona qarşı çıxıb. Partiya 2010-cu ildə seçkiləri qazandıqdan sonra Magyar Xarici İşlər Nazirliyində vəzifə alıb. Növbəti il isə Macarıstanın Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinə keçib.

— Orbanın rəqibi əvvəllər hakimiyyətdə olmuş bir ailədən gəlir. Onun qohumu Ferents Madl da “Fides” üzvü idi və 2000-ci ildə ikinci cəhddə Macarıstan prezidenti seçilib, 2005-ci ilin avqustuna qədər bu vəzifədə qalıb.

— Müxalif siyasətçinin soyadı “Magyar” macarca “macar” deməkdir. “Magyarlar” isə bu xalqın özünə verdiyi addır. Buna görə onun adı “Peter Macar” kimi tərcümə oluna bilər.

— “Tizsa” partiyasının lideri ictimai rəy sorğularında ön sıralarda olsa da və dünya mediası onun Viktor Orbanın 16 illik baş nazirliyinə son qoya biləcəyini yazsa da, Peter Magyar özünü baş nazirliyə namizəd adlandırmır. O bildirir ki, Macarıstan konstitusiyasında belə bir rəsmi status yoxdur. Bununla belə, adətən hökumətə partiya siyahısında birinci olan şəxs rəhbərlik edir və hazırda bu mövqedə Magyar dayanır.

— Peter Magyarın keçmiş həyat yoldaşı, üç uşağının anası Yudit Varga ölkənin sabiq ədliyyə naziri olub. Onlar Varganın Avropa Parlamenti seçkiləri üçün “Fides” kampaniyasına rəhbərlik etmək məqsədilə vəzifəsindən getməsindən az əvvəl boşanıblar. Lakin 10 fevralda Yudit Varga və Macarıstan prezidenti Katalin Novak uşaq evində baş vermiş cinsi zorakılıq hadisələrinin ört-basdır edilməsi ilə bağlı qalmaqal səbəbilə istefa veriblər.

— 2024-cü ilin fevralında Peter Magyar “Fides”dən ayrıldığını elan edərək siyasi elitanı və Viktor Orbanı korrupsiyanı və qohumbazlığı gizlətməkdə ittiham edib. O, sonradan da baş nazir və onun yaxın ətrafını dəfələrlə tənqid edib.

— Orbanla açıq qarşıdurmasına baxmayaraq, Magyar bir dəfə onu müdafiə edib. 2024-cü ilin martında Ukrayna prezidenti Volodimir Zelenski Budapeştin Kiyevə kredit ayrılmasını bloklamasından sonra Orbana hədələyici açıqlama verib. Buna cavab olaraq Magyar bildirib ki, “heç bir xarici lider Macarıstan vətəndaşını hədələyə bilməz”. O həmçinin Zelenski üzr istəməyənə qədər Aİ-ni Ukrayna ilə əlaqələri kəsməyə çağırıb.

— Orban tez-tez rusiyapərəst siyasətçi adlandırılsa da, Magyarı ukraynapırıst kimi xarakterizə etmək çətindir. O, Ukraynaya silah verilməsinin və ölkənin Aİ-yə sürətli qəbulunun əleyhinədir. Bununla belə, “Tizsa”nın proqramında Macarıstanın 2035-ci ilə qədər Rusiya nefti və qazından asılılığı tədricən azaltması nəzərdə tutulur. Magyar həmçinin Rusiyaya münasibətdə “pragmatik” yanaşmanın tərəfdarı olduğunu bildirib, yəni ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipini müdafiə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:384
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Aprel 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri