Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Magyar elə Orbanın öz layihəsidir Dosyeyə baxın!

Magyar elə Orbanın öz layihəsidir Dosyeyə baxın!

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Viktor Orbana diktator, avtoritar deyənlər də bir az utansınlar – diktator belə seçki keçirmir, rəqibini həmən təbrik etmir, hə, rəqibini də özü yaratdı, siyasi elita arasında anlaşmaya görə, Peter Magyarı önə çəkdilər ki, ana xətt, konservativ sağ-mərkəz xətti zədələnməsin.

Axar.az xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli Macarıstanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən qeyd edib.

“Seçki aktivliyi az qala 80% oldu – macar xalqının ən böyük uğurudur, parlamentə 3 partiya keçib, hər üçü də aşağı-yuxarı eyni xəttin, eyni ideologiyanın, sağ, sağ-mərkəz və sağlam konservatizmin nümayəndəsidir. İçiboş sol, psevdo-liberal siyasi partiyalar və şəxslər Macarıstan xalqı tərəfindən qəbul olunmadı.

Macar xalqı Orbandan yorulmuşdu, bunu hakim FİDES koalisiyası da bilirdi, görürdü, hiss edirdi. 2024-cü ildə “siyasi mühəndislik” layihəsi başlandı, Magyara Orban və komandası hərtərəfli dəstək oldular, çünki AB-nin, rəsmi Brüsselin axmaq yanaşması artıq Macarıstan üçün problemə çevrilirdi. Brüsselin tutumuna görə Macarıstan ümumilikdə 49 mlrd. avroya yaxın vəsaitdən məhrum olmuşdu. Bundan başqa, AB-nin özünü daxildən dağıdan miqrant proqramına qarşı çıxdığına görə Macarıstan uzun illərdir ki, hər gün (!!!) 1 mln. avro cərimələnirdi. İndi həmin 49-50 mlrd. avronu da alacaqlar, cərimələr də ləğv ediləcək.

Orban və komandası Macarıstan maraqlarına görə hakimiyyəti öz daxilindən çıxmış, onun dəyərlərini və ideologiyasını bölüşən siyasi komandaya təhvil vermək istəyirdi, çünki xalqın Orbandan bezdiyini də anlayırdı.

Yaxşı, kimdir bu Peter Magyar?! Magyar 2002-ci ildən Orbanın yanındadır, onun partiyasının üzvü olub. 2010-cu ildə Orban hakimiyyətə gələndə Magyar Macarıstan XİN-də, 2018-ci ildə Orbanın, yəni baş nazirin aparatında vəzifə alıb, 2019-2022-ci illərdə Orban onu öz hökumətində Tələbə Təqaüdləri Mərkəzinin rəhbəri təyin edib. Magyarın ailəsi də konservativ, sağ-mərkəzçi olub, anası Monika Ereş Macarıstan Ali Məhkəməsinin sədr müavini, ana tərəfdən babası (nənəsinin qardaşı) Ferens Madla isə Macarıstanın prezidenti olub - Magyar elitanın tam içindən çıxıb.

Gələk Magyarın keçmiş həyat yoldaşı Varga Judit xanıma – yeni boşanıblar, 3 övladları var. Judit xanım Orbanın partiyasında çox önəmli şəxslərdən biri idi, 2018-də Orbanın Baş Nazirlik ofisində AB məsələləri üzrə dövlət katibi, 2019-cu ildə isə Orbanın kabinetində ədliyyə naziri vəzifəsinə təyin edilib. 2023-cü ilə qədər nazir olub, 2024-də AB parlamentinə seçkilərdə Orbanın partiyasının siyahasına başçılıq edib.

Orban və Magyar ailəvi dost olublar, bir-birinin evinə gedib-gələn şəxslər olub, halaldı ki, ümumxalq maraqlarına görə öz ambisiyalarını boğub, möhtəşəm “siyasi mühəndislik” layihəsinə imza atıblar.

2024-də istefa verib, elə eyni ildə Magyar da FİDES-dən istefa edib, “Tisa”ya keçdi və qısa müddətdə (Orbanın dəstəyi ilə) həmin partiyanın rəhbəri və lideri oldu və dünən seçkiləri uddu.

Bir sözlə, Magyar elə həmin Orbandır, sadəcə daha cavan, daha xarizmatik, daha sevimli “Orban”dır və bu yerdəyişmə ilə həm AB-nin axmaq iddialarına son qoyacaqlar, həm də Macarıstan öz yolu ilə davam edəcək”, - o bildirib.

N.Cəfərli vurğulayıb ki, Magyar ilk səfərini, təbii ki, Polşaya, Avstriyaya, Brüsselə edəcək:

“Amma əminəm ki, növbəti səfərləri Türkiyəyə, yəqin ki, həm də Azərbaycana olacaq. Macarıstan Türk Dövlətləri Təşkilatından çıxmayacaq, hə, bəlkə əlaqələr bir az soyuyacaq, amma TDT Macarıstanda qalacaq. Magyar hökuməti Rusiya ilə də əlaqələri tam kəsməyəcək, onlardan neft-qaz almaqda davam edəcək – çünki bu sərfəlidir və Macarıstan maraqlarına uyğundur.

Orban isə siyasətə geri dönəcək, bir az pauza lazım idi, doğru yerdə, doğru qərar aldı, xalqını, dövlətini sevən liderlər həmişə zamanında “siyasi mühəndislik” alətinə baş vururlar, bunun üçün öz cılız ambisiyalarını arxa plana atmağı bacarırlar, hətta ABŞ və AB kimi böyük gücləri belə öz oyunlarında alətə çevirə bilirlər...”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Aprel 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri