Orbanın “oğurladığı” pulları Magyar qaytarsın Zelenski
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Macarıstan parlament seçkilərində qalib gələn Tisa Partiyasının lideri Peter Magyardan Viktor Orbanın dövründə bloklanmış “Oşadbank”dan vəsaitləri geri qaytarmasını istəyir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Onlar bizim pulumuzu alıblar. Artıq Magyarla danışacağıq. Düşünürəm ki, qaytarmalıdırlar. Bu pulları Orban sadəcə oğurlayıb”, - o qeyd edib.
Qeyd edək ki, martın 5-də Macarıstanda çirkli pulların yuyulmasında şübhəli bilinən yeddi ukraynalı saxlanılıb. Daha sonra Macarıstan parlamenti Ukraynanın “Oşadbank” bankından müsadirə edilmiş vəsaitlərin dondurulmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Martın 12-də Budapeşt müsadirə edilmiş nağd pul daşıyan nəqliyyat vasitələrini Ukraynaya qaytarmağa razılıq verib, lakin müsadirə edilmiş nağd pul və qızıl Macarıstanda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 20 Aprel 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















