Icma.az
close
up
RU
Ordan burdan teletamaşasının qəhrəmanları 40 ildən sonra görüşüblər: Elə bilirdik, vəfat edib

Ordan burdan teletamaşasının qəhrəmanları 40 ildən sonra görüşüblər: Elə bilirdik, vəfat edib

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ordan-burdan" teletamaşasının qəhrəmanları 40 ildən sonra görüşüblər.

Bu barədə Oxu.Az-a mədəniyyət yazarı, kino araşdırmaçısı Vasif Ayan məlumat verib.

O bildirib ki, sözügedən tamaşanın aktyorları Tahir Yaqubov və Hacı İsmayılov uzun müddət sonra yenidən bir araya gəliblər:

"Bir müddət öncə rejissor Ramiz Həsənoğlu "Şəxsi Əşyalar" verilişimin qonağı olanda "Ordan-burdan" (1987) tamaşası haqqında danışdıq. Orada Hacı İsmayılov rəqs səhnəsində "Salman bəy də avto alar" mahnısını oxuyur. Mahnının ikinci hissəsində bir nəfər qəlyan çəkərək segah deyir. Təbii ki, səs Qulu Əsgərovun səsidir, aktyor isə Tahir Yaqubovdur. O, uzun illər teatrlarda rəhbər, inzibatçı, gözətçi vəzifələrində çalışıb. Bu səhnəyə onu Ramiz Həsənoğluya Yaşar Nuri məsləhət görübmüş. Beləcə, Ramiz Həsənoğlu onu epizoda çəkir, bəstəkar Cavanşir Quliyevlə birgə xanəndə Qulu Əsgərovun səsini lentə yazırlar. Tahir Yaqubov tamaşanın ən maraqlı epizodlarından birində yer alır.

Uzun müddət Tahir Yaqubovdan xəbər olmadığından elə bilirdik, vəfat edib. Elə verilişdə də onu xatırlayandan "vəfat etmiş" bilirdik. Bir neçə müddət öncə Ramiz Həsənoğlu mənə Tahir müəllimin nömrəsini mesajla göndərdi və bildirdi ki, "qəlyan çəkən aktyor sağdır, Vasif". Çox sevindik. Sonra mən Tahir Yaqubovla zəngləşdim, pozitiv və səmimi söhbətimiz alındı. Qərara aldıq ki, bu gün görüşək. Hacı İsmayılov isə bilmirdi ki, mən onunla kimi görüşdürmək istəyirəm. Tahir bəy görüşə gələn müddətdə Teatr Xadimləri İttifaqında Hacı müəllimlə görüşüb, ona sürpriz bir görüş hazırladım. Sadəcə, bildirdim ki, tamaşaların birində birlikdə çəkildiyiniz aktyorla sizi indi görüşdürəcəyəm. Ona da maraqlı gəldi. Dedi, otaqda gözləyirəm. Beləcə, Tahir Yaqubovla Hacı İsmayılovun görüşü baş tutdu. Uzun illərdi, onlar da bir-birlərini görmürdülər. Tamaşadan təxminən 38-40 il müddət keçmişdi".

Sözügedən görüşün videosunu təqdim edirik:

"Ordan-burdan" teletamaşasının qəhrəmanları 40 ildən sonra görüşüblər: "Elə bilirdik, vəfat edib"

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyun 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see315

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see231

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see229

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see226

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see202

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see173

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see160

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see157

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see156

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see154

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see150

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see141

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see140

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see140

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see139

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see134

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see133

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see132

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see131

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri