Ordu Qəbələdə bu komanda ilə sınaq matçına çıxacaq
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni mövsümdə yüksək hədəflər uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyan 1-ci Liqa təmsilçisi "Ordu" çempionatın hazırlıqlarını davam etdirir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "hərbçilər" avqustun 24-də sınaq matçı keçirmək üçün "Mingəçevir"ə müraciət etsələr də, bu görüş baş tutmayacaq.
İlham Yadullayevin çalışdırdığı kollektivin yoxlama görüşlərindən birinin hansı rəqibə qarşı olacağı dəqiqləşib. Sözügedən kollektiv avqustun 21-də Qəbələdə digər 1-ci Liqa komandası "Şəfa" ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Ordu" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 30 xalla 6-cı yerdə başa vurub.
Nihat

Şəfa Qəbələdə MPL təmsilçisi ilə də sınaq matçına çıxacaq
20 Avqust 2025 17:35
Bu gün Şamaxı Qəbələdə yoxlama oyununa çıxacaq
25 Avqust 2025 15:38
Santuş Qəbələdə jurnalistlərin qarşısına çıxacaq İdmanXəbər
09 Noyabr 2024 14:33
Fernandu Santuş Qəbələdə jurnalistlər qarşısına çıxacaq
09 Noyabr 2024 11:10
U 19 Qəbələdə ikinci yoxlama görüşünə çıxacaq
22 Mart 2025 13:11

