Icma.az
close
up
RU
Ordubad üzrə ən yüksək bal toplayan abituriyent: Məqsədim hüquqşünas olmaqdır, bu yolda inamla addımlayıram

Ordubad üzrə ən yüksək bal toplayan abituriyent: Məqsədim hüquqşünas olmaqdır, bu yolda inamla addımlayıram

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan, 14 iyun, AZƏRTAC

Ordubad tarixən yetişdirdiyi ziyalıları, alimləri ilə Azərbaycan elminə sanballı töhfələr verib, mühüm elm və təhsil mərkəzlərindən biri kimi tanınıb. Müasir dövrdə də bu ənənə uğurla davam etdirilir, rayonun onlarla gənci öz biliyi, bacarığı sayəsində bölgənin adını ucaldırlar. 2024-2025-ci tədris ili də Ordubadın timsalında ürəkaçan təhsil uğurları ilə yadda qalmaqdadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI sinfini 298-i adi, 22-i isə fərqlənmə attestatına layiq görülməklə 320 şagird bitirib. II-III qruplar üzrə 18 abituriyent 500-700 intervalında bal toplayıb. Ordubad şəhər 3 nömrəli tam orta məktəbin məzunu Elmira Əliyev 643,1 balla rayon birincisi olub.

Məktəbin direktoru Anar Həsənli deyir ki, bu tədris ilində təhsil ocağından 35 şagird məzun olub, onlar həm buraxılış, həm də qəbul imtahanlarında yaxşı nəticə göstəriblər. Rayon məktəbləri arasında qəbul göstəricisi ən yüksək olan bu təhsil müəssisəsində qəbul faizinin 80 faizdən yuxarı olacağı gözlənilir: "Ötən il məktəbin 7 şagirdi 500-700 intervalında bal toplamışdı və bu il də nəticələrimiz eynidir. Rayonda II və III qruplar üzrə maksimal balı şagirdimiz Elmira Əliyeva toplayıb. Elmiranı birinci sinifdən tanıyıram. Ailəsinə də, özünə də yaxşı bələdəm. Çox məsuliyyətli şagirddir, müəllimlərinə qarşı da həmişə nümunəvi olub. Məlumdur ki, müəllimlər həmişə yaxşı oxuyan, çalışqan şagirdləri çox istəyərlər. Bu baxımdan Elmira da bizim seçilən, sevilən şagirdlərimizdəndir. Hətta tənəffüslərdə də Elmiranın kitab əlindən yerə düşməzdi. Sən çox oxuyursan deyəndə cavab verirdi ki, müəllim, mən ata-anama və müəllimlərimə yüksək bal toplayacağımı bildirmişəm. Həqiqətən də sözünün üstündə durdu. Deyərdim ki, müəllim-şagird-valideyn fəaliyyəti yüksək nəticənin əldə olunmasına şərait yaratdı".

Öyrənirik ki, Elmira Əliyevanın ən çox maraq göstərdiyi fənlərdən birincisi tarix olub. Ona bu fənni sevdirən isə müəllimi Gülər Məmmədlidir. “Elmiraya 6-cı sinifdən tarix dərsi deyirəm. O öz diqqətcilliyi, dərsə yanaşması ilə öndə gedən şagirdlərdən biri olub. Onu da qeyd edim ki, Elmira Əliyevlər ailəsinin şagirdim olan ikinci üzvüdür. Böyük bacısı tarix fənni üzrə olimpiada birincisi olmuşdu. O 30 sualın 30-da düz yazmışdı. Elmira isə 28-ni düz yazıb. Blok imtahanı verməmişdən öncə deyirdim ki, sən Ordubad birincisi olacaqsan. Halal olsun, ümidimi layiqincə doğrultdu. Şagirdimlə qürur duyuram. Fəxr edirəm ki, belə bir ailə tanımışam və bu ailənin iki övladına dərs demişəm", - deyə Gülər Məmmədli vurğulayıb.

Elmira Əliyevanın anası Vəfa xanım övladı ilə qürur hissi keçirdiyini bildirir: "Biz bu uğurlu nəticəni qazanmaq üçün Elmira və müəllimləri ilə birlikdə gərgin əmək sərf etmişik. Övladımın timsalında bütün məzunları, yüksək bal toplayanları təbrik edirəm, yolları açıq olsun. Hansı sənət sahibi olmalarından asılı olmayaraq hər birinin Vətənə, millətə xeyirli övlad kimi yetişmələrini arzulayıram. Bundan əvvəl iki övladım bu məktəbin yetirməsi olub. Böyük qızım musiqi kollecini bitirib, musiqi müəllimidir. İkinci qızım da 619 bal toplayaraq, qızıl medalla bu məktəbi bitirib. Hazırda xarici dil müəllimidir. Elmira sınaqlarda yüksək nəticələr göstərirdi. Əmindik ki, qəbulda istədiyi balı toplaya biləcək".

Elmira Əliyeva qazandığı uğura görə çox qürurludur. Bu nailiyyəti əldə etməsində valideyn və müəllimlərinin böyük rolu olduğunu bildirir. "Məqsədim gələcəkdə hüquqşünas olmaqdır. Bu yolda inamla addımlayıram. Seçimim isə ya Bakı Dövlət Universiteti və yaxud da Milli Aviasiya Akademiyası olacaq. Arzum gələcəkdə hüquq sahəsində peşəkar mütəxəssis kimi yetişib ölkəmə faydalı, savadlı kadr olmaqdır. Ən çox sevdiyim fənn tarix olub, tarix kitablarını oxuyanda həzz alıram. Bu fənnə sevgini tarix müəllimim aşılayıb. Düşünürəm ki, hansı ixtisası seçməyimizdən, harada işləməyimizdən asılı olmayaraq, tariximizi dərindən öyrənməli, bilməli, daim xatırlamalı və heç vaxt unutmamalıyıq".

Ordubad rayonu üzrə ən yüksək nəticə göstərən Elmira Əliyevanın son sözlərinə qüvvət kimi atalarımızdan miras qalan qiymətli fikirlər yada düşür: Keçmişini unudanın gələcəyi olmaz! Keçmişimizi, tariximizi dərindən öyrənməyə çalışan, onu unutmayan Elmiranın gələcəyinin parlaq olmasını diləyir, ona məqsədləri yolunda uğurlar arzulayırıq!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyun 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri