Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Ordubadda toyda qonaqlar arasında dava düşdü Xəsarət alan var

Ordubadda toyda qonaqlar arasında dava düşdü Xəsarət alan var

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 1992-ci il təvəllüdlü Niyaməddin həmkəndlisi Zaura xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Ordubad rayonunun Nüsnüs kəndində baş verib. 
Niyaməddin həmkəndlisi Zaur ilə şəxsi münasibətlər zəminində sözlü mübahisə edib. Mübahisə zamanı Zaurun sifət, baş və bədəninin müxtəlif nahiyələrindən bir neçə yumruq zərbəsi vurub. 
Hadisəni törədən Niyaməddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Niyaməddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 
O, ifadəsində göstərib ki, Ordubad rayonun Nüsnüs kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayıb, subay olub, ailəsini dolandırmaq məqsədilə gündəlik işlərə gedib: 
“Hadisə günü yaşadığım kənddə xalaoğlumun toy məclisinə dəvət olundum. Həmin gün saat 11 radələrində dəvət olunduğum toy məclisinə getdim. Həmin toy məclisinə dəvət olunan qonaqların masalarına baxaraq toya gələn qonaqlara qulluq etdim. Bir qədər keçdikdən sonra həmin toy məclisinə həmkəndlim Zauru gördüm. Orada olan qonaqlara qulluq edərkən Zaur mənə bir neçə dəfə kinayə ilə baxdığını gördüm. Zaura onunla küsülü olduğum üçün mənə baxmamasını bildirdim. Həmin vaxt Zaurla birlikdə toy mağarından çölə çıxaraq oradan bir qədər uzaqlaşdıq”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Zaurla arasında sözlü mübahisə yaranıb, daha sonra tanımadığı bir neçə nəfər şəxs Zaura yaxınlaşaraq oradan uzaqlaşdırıb: 
“Mən daha sonra yenidən toy mağarına geri qayıdaraq orada olan qonaqlara qulluq etməyə davam etdim. Bir saat keçdikdən sonra Zaurla söhbət etmək üçün onun yaşadığı evin önünə getdim. Zaurun yaşadığı evin küçə darvazasının önündən onu səslədim. Həmin an Zaur küçə qapısının önünə çıxaraq məndən evin həyətyanı sahəsinə gəlməyimi bildirdi. Daha sonra evin həyətyanı sahəsinə daxil oldum. Həmin vaxt Zaurla bir neçə dəqiqə söhbət etdikdən sonra toy məclisinə geri qayıtdım”. 
İş üzrə zərərçəkmiş Zaurun sözlərinə görə, Ordubad rayon Nüsnüs kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayıb: 
“Həmkəndlim Niyaməddin ilə heç bir ədavətim olmayıb. Anamı görmək məqsədilə Bakı şəhərindən doğulduğum Nüsnüs kəndinə gəldim. Mən anam ilə birlikdə həmin gün saat 12 radələrində həmkəndlim Əlinin toy şənliyinə getdik. Həmin gün saat 16 radələrində həmkəndlim ilə birlikdə masa arxasında əyləşərək yemək yedik.
Bir neçə dəqiqə keçdikdən sonra Niyaməddin heç bir səbəb və əsas olmadan bir qədər aralıdan əl işarələri ilə məni çölə dəvət etdi. 
Mən Niyaməddinin bu hərəkətlərinə hər hansı qarşılıq vermədim. Daha sonra Niyaməddin mənim əyləşdiyim masaya yaxınlaşdı, sözlü mübahisə etməyə başladı. Niyaməddinin ağız qoxusundan içkili olduğunu hiss etdim. Mən namaz qıldığımı Niyaməddinə bildirərək uzaq durmasını xahiş etdim. Niyaməddin daha sonra məndən mağardan kənara çıxmağımı tələb etdi. Toy məclisində iştirak edən qonaqlar narahat olmasın deyə mağardan kənara çıxdım. 
Niyaməddinə nə baş verdiyi barədə sual etdim. Niyaməddin gözlənilmədən sifət, baş və bədənimin müxtəlif nahiyyələrindən bir neçə yumruq zərbəsi vuraraq məni döydü. Zərbənin təsirindən yerə yıxıldım. Sonra ora gələnlər bizi aralaşdırdı. Həmin vaxt başımın sol hissəsindən qan axdığını hiss etdim.
Daha sonra məni yaşadığım evə apardılar. Bir neçə dəqiqə keçdikdən sonra evin həyətimin giriş qapısından Niyaməddinin məni nalayiq ifadələrlə səslədiyini eşitdim. Sonra Niyaməddin həyətə daxil oldu. Niyaməddin yenidən ünvanıma nalayiq ifadələr işlədərək üzərimə hücum çəkdi. Həmin an Ramillə Ziyəddin Niyaməddini sakitləşdirərək həyətimdən çölə çıxardılar”.
Bu cinayət işinə Ordubad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Niyaməddin 6 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsin üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Mart 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri