Icma.az
close
up
RU
Gənclər arasında dava düşdü, xəsarət alan var

Gənclər arasında dava düşdü, xəsarət alan var

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biləsuvar rayonunda “əsgər getdi” məclisində çıxan iki nəfər arasında yolda yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrın 14-də, saat 21 radələrində Biləsuvar rayonunun kəndində baş verib. 
Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü Vaqif həmkəndlisi Tacəddin (adlar şərtidir – red.) ilə aralarında yaranan şəxsi münasibətlər zəminində, yəni sonuncu onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında yaranmış mübahisə zamanı onun sifət nahiyəsinə qəsdən yumruqla bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Vaqifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dekabrın 14-də həmkəndlisi Səmədin hərbi xidmətə getməsinə görə təşkil etdiyi məclisdə iştirak edib və bir qədər spirtli içki qəbul edib: “Həmin gün saat 21 radələrində mən digər həmkəndlim  ilə birlikdə məclisdən çıxdım və siqaret almaq məqsədi ilə mağazaya getdim. Yolda piyada hərəkət etdiyimiz vaxt Tacəddinin küçədə nalayiq söyüşlər söyərək gəldiyini gördüm. Buna görə də mənimlə Tacəddin arasında mübahisə yarandı. Tacəddin mənim ünvanıma nalayiq ifadələr işlətdi. Buna görə də Tacəddinin sifət nahiyəsindən əlim ilə itələdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Tacəddin hadisə yerini tərk edib və öz evi istiqamətində gedib: “Mən Tacəddinə xəsarət yetirdiyim zaman sərxoş vəziyyətdə olmuşam. Mən əməlimdən peşmançılıq hissi  keçirirəm. Buna görə də Tacəddindən üzr istəmişəm”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Tacəddinin sözlərinə görə, dekabrın 14-də həmkəndlisi Səmədin hərbi xidmətə getdiyinə görə təşkil etdiyi məclisdə iştirak edib və bir qədər yemək yeyib, spirtli içki qəbul edib: “Mən saat 21 radələrində həmin məclisi tərk etdim və öz evimə getdim. Daha sonra isə siqaret almaq məqsədi ilə kənd ərazisində yerləşən mağazaya getdim. Lakin getdiyim mağaza bağlı olduğuna görə siqaret almadım, yaşadığım evə qayıtmaq qərarına gəlsəm də, yolda piyada hərəkət etdiyim vaxt həmkəndlim Vaqifin uzaqdan qışqıraraq, məndən nalayiq ifadələr işlətməməyimi tələb etdi. Mən həmin şəxsə heç bir söyüş söymədiyimi bildirsəm də,  sonuncu üstümə qışqırmağa davam etdi. Buna görə də aramızda mübahisə başladı. Mübahisə zamanı Vaqif əli ilə paltarımdan tutduğuna görə mən də onun yaxasından tutub. Həmin vaxt Vaqif qəflətən sağ gözümdən yumruqla vurdu. Mən həmin zərbənin təsirindən öz tarazlığımı saxlaya bilməyərək, yerə yıxıldım. Daha sonra yerimdən duraraq öz yaşadığım evə getdim. Gözümdə ağrı və qan axma olduğuna görə Daxili İşlər Nazirliyinin”102” qaynar xəttinə baş vermiş hadisə barədə məlumat verdim”. 
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur. 
Bu səbəbdən Vaqifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Aprel 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri