Icma.az
close
up
RU
Orijinal adı altında saxta məhsul satan obyektlər cinayət məsuliyyəti daşıyır EKSPERT FOTO

Orijinal adı altında saxta məhsul satan obyektlər cinayət məsuliyyəti daşıyır EKSPERT FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar vətəndaşlar arasında ən çox müzakirə olunan mövzulardan biri mağazalarda orijinal adı altında satılan saxta məhsullar olub.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan şikayətlərdən də görünür ki, vətəndaşlar aldıqları malların qiymətinin yüksək, keyfiyyətinin isə olduqca aşağı olmasından narazıdırlar. Alıcılar bəzi mağazaların vətəndaşlara keyfiyyətsiz məhsulları orijinal adı altında təqdim etdiyini və bunun həm maddi zərərə, həm də istehlakçı inamının sarsılmasına səbəb olduğunu bildirirlər.


Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, belə məsələləri iki formada nəzərdən keçirmək olar:
“Birinci hal odur ki, vətəndaş aldadılır: orijinal mal adı ilə ona saxta mal təqdim olunur. Bu istehlakçı hüquqlarının pozulmasıdır. Belə hallarda mal geri qaytarılmalı, vətəndaşa dəymiş ziyan ödənilməli və həmin subyekt qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır. Yəni, bu birbaşa aldatma faktıdır və hüquqi məsuliyyət yaradır. İkinci hal isə fərqlidir. Burada vətəndaş özü də bilir ki, aldığı məhsul orijinal deyil. Satıcı da bunu gizlətmir, sadəcə üzərinə müəyyən brend adları yapışdırılaraq “A-klas”, “B-klas” və s. kimi təqdim olunur. Vətəndaş da bu məhsulu aldıqda anlayır ki, bu, orijinal deyil. Çünki brend məhsullarının qiyməti dəfələrlə baha olur. Bu halda vətəndaş aldanmadığı üçün satıcı da hüquqi məsuliyyət daşımır”. 


Sosioloq Üzeyir Şəfiyevin fikrincə, sözügedən məsələ hüquqi məsuliyyət yaradan bir haldır: 
“Bu həm istehlakçılara, həm də istehsalçılara qarşı yol verilən hüquqi pozuntu kimi qiymətləndirilir və nəticə etibarilə hüquqi məsuliyyət doğurur. Satışı həyata keçirən marketlər və digər satış məntəqələri bu baxımdan birbaşa məsuliyyət daşıyırlar. Bununla yanaşı, belə hallar istehlakçılar arasında müəyyən brendlərə qarşı etimadı sarsıdır, inam böhranı yaradır. İstehlakçı aldadıldığını, alçaldıldığını hiss edir və nəticədə həm mənəvi, həm də maddi ziyana məruz qalır, hətta sağlamlığına bağlı fəsadlarla üzləşə bilər. Digər tərəfdən isə istehlakçının mala olan etibarı azalır, bazarda güvən mühiti pozulur”. 
Sosioloq deyib ki, bu sırf hüquqi müstəvidə araşdırılmalı bir məsələdir. İstehlakçılar isə belə hallara tolerant yanaşmamalı, əksinə, dözümsüz mövqe sərgiləməlidirlər. Qarşılaşdıqları halları ictimailəşdirmək, müvafiq qurumlara və hüquq-mühafizə orqanlarına çatdırmaq lazımdır. Çünki ictimai iştirakçılıq və sosial nəzarət olmadıqca bu cür problemlərin qarşısını almaq mümkün deyil.
Cəmiyyətin inkişafı üçün vətəndaşlardan ayıqlıq, həssaslıq və mövqe nümayiş etdirmək tələb olunur. Bu, həm öz hüquqlarının, həm də istehsalçıların hüquqlarının qorunmasına xidmət edir. Yalnız bu şəkildə ədalətli və vicdanlı bazar mühiti formalaşdırmaq mümkündür. Əks halda, istehlakçılar laqeyd qaldıqda, həm özləri aldadılır, həm də istehsalçı zərərə uğrayır”. 

Marketoloq Elxan Muradlı isə deyir ki, rəsmi mağazalarda satılan bütün məhsullar orijinaldır:
“Çünki bu mallar ölkəyə yalnız rəsmi idxal yolu ilə daxil olur, onların arxasında franşiza və ya distribütorluq müqavilələri dayanır. Həmin mağazaların ünvanları isə brendlərin rəsmi saytlarında açıq şəkildə göstərilir. Buna görə də rəsmi satış şəbəkələrində istehlakçı aldadılmır.
Orijinal olmayan məhsullar bütün dünyada mövcuddur və xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha geniş yayılıb. Bunun əsas səbəbləri qanunvericiliyin bu sahəni tam tənzimləməməsi və sosial amillərlə bağlıdır. Əhalinin gəliri aşağı olduqda bahalı orijinal məhsul almaq imkanı məhdudlaşır, nəticədə ucuz saxta mallara tələbat artır”. 
Elxan Muradlı bildirib ki, bazarlarda 10 AZN-ə ayaqqabı, 15 AZN-ə gödəkçə kimi mallara rast gəlinir: 
“Bu məhsullar çox vaxt tanınmış brendlərin etiketləri altında satılır. Onlar həm keyfiyyət baxımından zəifdir, həm də insan sağlamlığı üçün təhlükə yarada bilər. Çox vaxt belə mallar karqo vasitəsilə ölkəyə gətirilir və iri bazarlarda, şəhər kənarlarında kütləvi şəkildə satışa çıxarılır. Saxta məhsulların bazarda mövcudluğu brendlərin nüfuzuna mənfi təsir edir. Çünki istehlakçı hər zaman rəsmi satış nöqtələrindən alış etmədiyi üçün, bazardan aldığı saxta məhsulu da orijinal hesab edə bilər. Belə olduqda keyfiyyətsizlik və narazılıq brendin üzərinə yazılır. Bu isə markaya olan inamı azaldır, müştəri loyallığını zəiflədir və uzunmüddətli imicə zərbə vurur. Saxta məhsul satan mağazaların məqsədi qısa müddətdə yüksək qazanc əldə etməkdir. Orijinal məhsul baha olduğu halda, saxta malların maya dəyəri çox aşağıdır. Satıcı isə onları ya orijinal qiymətə, ya da bir qədər ucuz qiymətə təqdim etməklə böyük mənfəət qazanır. Bu, uzunmüddətli müştəri etimadını nəzərə almayan, yalnız “tez qazanc” yanaşmasıdır”.
Marketoloq qeyd edib ki, brendlər bu problemlə mübarizə üçün bir sıra strategiyalar həyata keçirməlidirlər:
“Maarifləndirmə kampaniyaları – istehlakçılara orijinal və saxta məhsulu necə ayırmaq lazım olduğunu öyrətmək. Rəsmi satış nöqtələrinin reklamı – yalnız brendin rəsmi mağazalarının ünvanlarını ictimaiyyətə çatdırmaq. Antisaxtalaşdırma texnologiyaları – məhsullarda hologram, QR kod və onlayn yoxlama sistemlərindən istifadə etmək. Hüquqi və inzibati mübarizə – saxta məhsul gətirən və satan şəbəkələrə qarşı hüquqi addımlar atmaq problemlə mübarizənin əsas həll yollarından bir neçəsidir”.
Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Avqust 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri