Icma.az
close
up
RU
® Orqan transplantasiyası əməliyyatlarının ilk ünvanı

® Orqan transplantasiyası əməliyyatlarının ilk ünvanı

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2008-ci il dekabrın 12-də Azərbaycanda və regionda ilk dəfə qaraciyər transplantasiyası həyata keçirilib. O vaxtdan sonra 2 minədək xəstə üzərində orqan transplantasiyası əməliyyatı icra edən komanda Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərir.

Hospitalın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin transplantoloqu, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi və ümumi cərrah, transplantoloq Kamran Beydullayev həm böyüklərə, həm də uşaqlara qaraciyər və böyrək transplantasiyası əməliyyatlarını uğurla həyata keçirirlər. Əməliyyatdan əvvəl və sonrakı dövrlərdə cərrahlarla yanaşı, xəstələrə ixtisaslaşmış qastroenteroloq, hepatoloq, nefroloq və eyni zamanda uşaq hepatoloqu, uşaq nefroloqu tərəfindən mütəxəssis xidməti göstərilir.

Xəstə uşaqlar üzrə kifayət qədər təcrübəsi olan anestezioloq və reanimatoloqlardan ibarət komanda kiçik yaş qrupundan olan uşaqlara da transplantoloji xidmət göstərir. Həmin komanda tərəfindən 6 aylıq körpəyə qaraciyər transplantasiyası, 4 yaşlı uşağa isə böyrək transplantasiyası əməliyyatları uğurla həyata keçirilib. Həmin xidmət uğurla davam etdirilir. Qürurverici haldır ki, həmin komanda eyni seansda 6 yaşlı uşaq üzərində açıq ürək əməliyyatı və canlı orqanizmdən qaraciyər transplantasiyası əməliyyatını dünyada ilk dəfə olaraq aparıb.

Ölkəmizdə ilk dəfə olaraq canlı orqanizmdən qaraciyər transplantasiyası zamanı donor əməliyyatı laparoskopik üsulla Gömrük Hospitalında yerinə yetirilib.

2025-ci ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi və onun peşəkar komandası tərəfindən qaraciyər sirrozundan əziyyət çəkən xəstəyə meyit donordan qaraciyər köçürülməsi əməliyyatı uğurla aparılıb. Həmçinin Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə Mərkəzi Gömrük Hospitalında meyit donordan böyrək çatışmazlığından əziyyət çəkən xəstəyə böyrək transplantasiyası əməliyyatı da uğurla icra olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri