Icma.az
close
up
RU
Orqanizm qidasız qalanda nə baş verir?

Orqanizm qidasız qalanda nə baş verir?

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 avqust, AZƏRTAC

Aclıq təkcə boş mədə hissi deyil, orqanizm üçün ağır sınaqdır. Qida çatışmazlığı artdıqca, orqanizm əvvəlcə yağ ehtiyatlarını, sonra əzələləri parçalayır, sonda isə həyati orqanlar sıradan çıxır. Bu proses ölümlə nəticələnə bilər.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatına görə, insanın yaşamaq üçün gündə orta hesabla 2 min 100 kilokalori enerji qəbul etməsi vacibdir. Bunun 50-60 faizi karbohidratlardan (çörək, düyü), 10-35 faizi zülaldan (ət, lobya), 20-35 faizi yağdan (yağ, qoz-fındıq) gəlməlidir. Hamilə qadınlar və uşaqlar daha çox yağa ehtiyac duyurlar. Enerji ilə yanaşı, dəmir, A vitamini, yod, sink kimi vitamin-minerallar da həyati əhəmiyyət daşıyır.

Aclıq mərhələlərinə əsasən, orqanizm ilk 48 saat ərzində, yəni qaraciyərdəki qlikogen tükənənə qədər həmin orqandan enerji alır. Sonrakı günlərdə əzələ və yağ parçalanaraq qlükoza istehsal olunur. Ketoz mərhələsində yağlardan ketonlar əmələ gəlir, beyin və orqanlar bunlarla işləyir. Yağ ehtiyatı bitdikdən sonra orqanizm zülalları yandırmağa başlayır, immunitet zəifləyir, infeksiya riski artır. Qidasız qalma 60-70 gün davam edərsə, ölüm tez-tez qeydə alınan sətəlcəmdən və digər ağırlaşmalardan baş verə bilir.

Aclığın əlamətləri kəskin arıqlama, əzələ zəifliyi, quru dəri, saç tökülməsi, yaraların gec sağalması, psixoloji olaraq isə apatiya, əsəbilik, narahatlıq, depressiya prosesləridir. Uşaqlarda bu proses böyümə və beyin inkişafından geriqalma kimi özünü göstərir.

Aclıqdan sonra dərhal çox qida qəbul etmək isə “qidalanma sindromu”na səbəb ola bilər. Bunun ürək və tənəffüs çatışmazlığı ilə nəticələnməsi mümkündür. Ona görə də qidalanma, tədricən, xüsusi terapevtik qidalarla (məsələn, süd, fıstıq yağı əsaslı pastalar) bərpa olunmalıdır. Bu zaman müvafiq qaydala əməl edilməsi də vacibdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri