Icma.az
close
up
RU
Orta Dəhliz mövzusu AİİB in Pekində keçirilən illik toplantısında müzakirə olunacaq

Orta Dəhliz mövzusu AİİB in Pekində keçirilən illik toplantısında müzakirə olunacaq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pekin, 24 iyun, AZƏRTAC

İyunun 24-də Pekində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının illik toplantısı başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirə bankın üzvü olan ölkələrin müvafiq qurumlarının rəhbər şəxsləri, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri, iş adamları, ekspertlər qatılır. İyunun 27-dək davam edəcək illik toplantının proqramına açılış mərasimi, “Müdirlərin dəyirmi masası”, panel iclasları daxildir.

Tədbirin proqramına daxil edilən mövzular arasında “Orta Dəhlizin kilidini açmaq: vizyonu əlaqəyə çevirmək” də var. Bankın panel iclasa dair məlumatında qeyd olunur ki, Xəzər dənizini Mərkəzi Asiya və Avropa ilə birləşdirən Orta Dəhliz əsas şərq-qərb ticarət arteriyası kimi sürətlə inkişaf edir. Bu sessiya AİİB və onun tərəfdaşlarının, o cümlədən Dünya Bankı Qrupunun onu iqlim baxımından ağıllı, texnologiyaya əsaslanan iqtisadi dəhlizə çevirmək üçün necə işlədiyini araşdıracaq. İclasda Orta Dəhlizin qlobal ticarət mənzərəsində artan rolu, AİİB-nin marşrut boyunca iqlimə davamlı, texnologiyaya əsaslanan infrastrukturun yaradılmasına dəstəyi barədə danışılacaq.

Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan çoxtərəfli bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit, iqlim və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir. Hazırda bankın təsdiqlənmiş üzvlərinin sayı 110-dur. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək müxtəlif ölkələrdə 10-larla layihəyə kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib. Bank Azərbaycan hökumətinin pandemiya ilə mübarizəsini dəstəkləmək üçün 100 milyon, Neftçala və Biləsuvarda günəş enerjisi layihəsinin maliyyələşdirilməsinə 170 milyon dollar ayırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see165

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see148

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see143

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see125

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see124

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see122

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see122

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri