Icma.az
close
up
RU
Orta Dəhliz yük daşımalarının sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır Sahil Kərimli VİDEO FOTO

Orta Dəhliz yük daşımalarının sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır Sahil Kərimli VİDEO FOTO

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır.

Trend xəbər verir ki, bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktor müavini, "Baku Network" Araşdırma Mərkəzinin sədr müavini Sahil Kərimli Ankarada baş tutan "Qafqaz və Orta Dəhlizin Gələcəyi: İqtisadiyyat, Nəqliyyat və Enerji" mövzusundakı paneldə deyib.

Sahil Kərimli çıxışında Qafqaz regionunun Avropa və Asiya arasında strateji körpü olduğunu vurğulayıb:

"Qlobal ticarət axınları dəyişir, dünyada yeni nizam formalaşır. Bu kontekstdə Orta Dəhliz regionun əhəmiyyətini daha da artırır. Orta Dəhlizin iqtisadi önəmi, ilk növbədə, ticarət dövriyyəsinin artması ilə bağlıdır. Şərqdən Qərbə yük daşımalarının daha sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır. Cənubi Qafqaz ölkələri tranzit ölkə kimi iqtisadi gəlirlərini artıracaq, regionda ticarət həcmi genişlənəcək."

Onun sözlərinə görə, dəhliz boyunca limanların, dəmir yollarının və gömrük keçidlərinin inkişafı həm də yeni iş yerlərinin yaradılmasına səbəb olacaq:

"Regional inteqrasiya güclənəcək, ortaq infrastruktur layihələri ölkələrimiz arasında iqtisadi əməkdaşlığı daha da artıracaq. Cənubi Qafqaz ticarət mərkəzinə çevriləcək. Orta Dəhliz həm Şimal, həm də Cənub dəhlizlərinə alternativ kimi strateji rol oynayır və beynəlxalq şirkətlər üçün riskləri azaldır. Yük daşımalarında vaxt itkisinin qarşısı alınır. Orta Dəhliz ənənəvi dəniz yolundan daha qısadır, bu da çatdırılma müddətini və nəqliyyat xərclərini azaldır."

Sahil Kərimli çıxışının davamında Avropanın enerji təhlükəsizliyində Orta Dəhlizin mühüm rol oynadığını vurğulayıb:

"Enerji mənbələrinin şaxələndirilməsi Avropa üçün strateji məqsəddir və Cənubi Qafqaz bu hədəfin reallaşmasında əsas həlqədir. Cənubi Qafqaz və Orta Dəhliz XXI əsrin ticarət, nəqliyyat və enerji xəritəsində strateji mövqeyini daha da möhkəmləndirir. Region yalnız tranzit ərazi deyil, həm də qlobal iqtisadi təhlükəsizlik, enerji müxtəlifliyi və beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır."

Sahil Kərimli qeyd edib ki, infrastrukturun inkişafı, iqtisadi inteqrasiya və sabitlik bu əhəmiyyəti daha da artıran əsas faktorlardır:

"Azərbaycan və Türkiyə həm siyasi, həm iqtisadi sahələrdə dərin əməkdaşlıq edən iki qardaş dövlətdir. Hər zaman bir-birimizin yanındayıq."

Qeyd edək ki, Ankarada Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Politika və Strateji Araşdırmalar Vəqfi (TÜRKPAV) əməkdaşlığı ilə "Qafqaz və Orta Dəhlizin Gələcəyi: İqtisadiyyat, Nəqliyyat və Enerji" mövzusunda panel Ankarada baş tutub.

Tədbirdə Qazi Universitetinin rektoru Prof. Dr. Uğur Ünal, Azərbaycanın Ankaradakı səfirliyinin missiya rəhbərinin müavini - müşavir Eldar Əliyev, Türkiyə Böyük Millət Məclisinin Bayındırlıq, İmar, Ulaşıma və Turizm Komissiyasının sədri, AK Parti Trabzon millət vəkili Adil Karaismailoğlu, Bakı Network Araşdırma Mərkəzinin sədr müavini Sahil Kərimli, Azərbaycan Beynəlxalq Münasibətlər və Təhlil Mərkəzinin eksperti Fuad Abdullayev, Azərbaycan Dövlət Televiziyasının redaktoru Mahir Qəribov və çox sayda qonaq iştirak edib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see312

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see176

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri